Paşinyan Rusiyanı və “Qarabağ klanı”nı ifşa etdi: Qərb üçün isə Ermənistan “Kremlin açıq hədəfi”dir

ABŞ-Avropa Birliyi xətti Cənubi Qafqazdakı sülh prosesini artıq “regional geopolitik layihə”yə çevirməyə çalışır... Ermənistandakı seçkilər ərəfəsində ABŞ və Qərb Rusiyaya qarşı informasiya müharibəsini artıq açıq elan etmiş kimi görünür...
Avropa Birliyinin yüksək rütbəli rəsmilərinin son ardıcıl açıqlamaları Qərb siyasi dairələrinin Cənubi Qafqazda fəallığını əhəmiyyətli dərəcədə artırdığını göstərir. Bu nüfuzlu qurumun genişlənmə üzrə ali komissarı Marta Kosun və xarici siyasət sektorunun rəhbəri Kaja Kallasın Ermənistanla bağlı bəyanatları Avropa Birliyinin həm regiondakı sülh prosesinə, həm də bu ölkənin daxili siyasi proseslərinə yönəlmiş yeni gündəmini müəyyən edir. “Sülh realdır və proses müsbət istiqamətdə gedir” deyən Marta Kosun Bakıya və İrəvana səfərlərindən sonrakı mövqeyi Avropa Birliyinin Cənubi Qafqazda sabitliyin mümkünlüyünə əvvəlkindən daha nikbin yanaşdığını təsdiqləyir. Çünki onun sözlərinə görə, hər iki paytaxtdan alınan mesajlar pozitiv məzmun daşıyır və realllığı əks etdirir.
Onu da qeyd etmək lazımdır ki, Marta Kosun qənaətinə görə, Azərbaycan-Ermənistan sülh prosesində konstruktivlik artıb. O, ilk dəfə olaraq, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyində “niyyətlərin real olduğunu hiss etdiyini” bildirir. Bu, xüsusən 2023–2024-cü illərdə kəskinləşmiş münasibətlərin fonunda önəmli siyasi-diplomatik mesajdır. Avropalı siyasətçinin fikrincə, qarşılıqlı ekspert səfərləri əvvəlki onilliklərdə “tamamilə ağlasığmaz” hesab edilirdi və bu gedişat Brüssel üçün yeni siyasi dinamikanın göstəricisidir.
868122a99f67292f06606760be9b9843.jpg (340 KB)
Maraqlıdır ki, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə münasibətdə son vaxtlar Qərb siyasi dairələrinin Türkiyənin pozitiv təsirlərinə xüsusi olaraq, önəm verməsi bu regiondakı əsas geopolitik xəttin məhz ABŞ-Türkiyə-Avropa Birliyi üçbucağı üzrə formalaşmaqda olduğunu biruzə verir. Əsas qənaətlər ondan ibarətdir ki, regional proseslərdə ABŞ və Türkiyənin birbaşa iştirakı sülhü və sabitliyi daha real edir. Bu önəmli məqam Avropa Birliyinin Ermənistana vermək istədiyi siyasi-diplomatik mesajın açıq məzmunu hesab olunur. Yəni, Cənubi Qafqazda sülh prosesi artıq yalnız Azərbaycan-Ermənistan münasibətləri demək deyil, çünki bu, indi həm də Qərbin geniş regional layihəsinin tərkib hissəsinə çevrilir.
Məsələ ondadır ki, Qərbdə həssas yanaşılan digər önəmli məqam Avropa Birliyinin ABŞ-la birgə müzakirə etdiyi TRIPP (“Tramp Marşrutu”) layihəsidir. Bu layihə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək geniş logistik dəhliz kimi təqdim olunur və faktiki olaraq, Hind-Xəzər-Qafqaz-Avropa xətti üzrə yeni nəqliyyat-kommunikasiya arxitekturası yaradır. Şərqi Zəngəzur bölgəsindəki 42 kilometrlik dəmir yolu hissəsi layihənin mərkəzində olsa da, Avropa Birliyi məsələni yalnız bu hissəyə fokuslanmaq kimi görmür.
Onu da qeyd etmək lazımdır ki, Brüssel həm Şərq, həm Qərb, həm də Türkiyə-Azərbaycan xəttini tam regional paket kimi müzakirə edir. TRIPP marşrutu artıq yalnız infrastruktur layihəsi deyil, ABŞ-Avropa Birliyi strateji əməkdaşlığının yeni geoiqtisadi dayağıdır. Və bu baxımdan, Brüsseldən verilən açıq mesajlara görə, Cənubi Qafqaz ABŞ və Avropa Birliyi üçün enerji və nəqliyyat təhlükəsizliyi baxımından, artıq açar regiona çevrilməyə başlayıb.
727a7900-750d-46f4-83c3-e44561c2f561.jpg (227 KB)
Ancaq Avropa Birliyinin xarici siyasət sektorunun rəhbəri Kaja Kallasın açıqlamaları isə siyasi perspektivdən daha sərtdir. Kaja Kallas Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı Avropa Birliyinin toplantısına dəvət etdiyini bildirərək, bu ölkədə seçkiöncəsi vəziyyətə ciddi şəkildə diqqət çəkib. Onun fikrincə, 2025-ci ilin Avropa Birliyi-Ermənistan münasibətləri üçün önəmli olub, avqustun 8-də Vaşinqtonda imzalanmış Azərbaycan-Ermənistan razılaşmaları münaqişəyə faktiki olaraq, son qoyub.
Digər tərəfdən, Qərb siyasi dairələri Paşinyan hakimiyyətinin gələcək taleyindən narahat olduğunu da qətiyyən gizlətmir. Belə qənaətlər mövcuddur ki, Rusiya və Kremlin proksi şəbəkələri Ermənistandakı seçkiləri ərəfəsində dezinformasiya hücumlarını gücləndirəcək. Belə ki, Moldovada istifadə olunan Rusiyanın proksi şəbəkələrinin Ermənistanı da hədəfə aldığı və bunun eyni “ssenari” üzrə reallaşdırıldığı vurğulanır. Və bu, Avropa Birliyinin Ermənistandakı siyasi prosesləri yalnız Rusiyanın təxribatları kimi deyil, həm də bu ölkənin Qərb ilə inteqrasiya sınağı kimi görməyə başladığının göstəricisidir.
Təbii ki, Qərbdə Paşinyan hakimiyyətinin hazırda ən təhlükəli mərhələdən keçdiyini anlayırlar. Xüsusilə də, Rusiyanın agentura şəbəkəsi Kremlin təlimatı ilə Ermənistanda hakimiyyət dəyişikliyi ssenarisini reallaşdırmağa çalışır. Ona görə də, Paşinyan hakimiyyəti “Qarabağ mövzusu” ilə bağlı siyasi manipulyasiyalar edən müxalifət düşərgəsinə qarşı ifşa prosesinə start verib. Belə ki, Paşinyan hakimiyyətinin Qarabağ danışıqlarına ilə bağlı Madrid prinsipləri, Kazan sənədi, Serj Sarkisyan dövrünün sənədləri və ATƏT layihələrini açıqlaması ölkədaxili auditoriyaya hesablanmış addım kimi görünür.
78cf3d825dd433471cc489097077b02e.jpg (60 KB)
Baş nazir Nikol Paşinyan sübut etməyə çalışır ki, bütün keçmiş Ermənistan rəhbərləri əslində, işğal olunmuş ərazilərin geri qaytarılmasının labüdlüyünü bilirdilər. Üstəlik, Paşinyan hakimiyyətinin bu addımı indiyə qədər Azərbaycan və Türkiyəni ittiham etmək üçün istifadə olunan erməni narrativlərinin əsassız olduğunu tamamilə təsdiqləyir. Halbuki, həmin sənədlərin açıqlanması şəffaflıq jesti deyil, gecikmiş etirafdır. Yəni, Ermənistanın hakim elitası onilliklər boyu erməni toplumuna reallıqdan tamamilə uzaq uydurma iddialar təqdim edib. Və bu, həm də seçki ərəfəsində hakimiyyət uğrunda mübarizədə baş nazir Nikol Paşinyanın öz siyasi rəqiblərinə qarşı ağır ittihamlarla yüklənmiş arqumentləri kimi qabardılır.
Göründüyü kimi, ABŞ-Avropa Birliyi xətti Cənubi Qafqazda sülh prosesini artıq regional geopolitik paketə çevirməyə başlayıb. Buna paralel olaraq, Ermənistandakı seçkilər ərəfəsində ABŞ və Qərb Rusiyaya qarşı informasiya müharibəsini artıq açıq elan etmiş kimi görünür. Bu baxımdan, Avropa Birliyi ilk dəfə olaraq, Ermənistanı açıq şəkildə Rusiyanın geopolitik hədəfi kimi təqdim edir. Rəsmi İrəvanın “Qarabağ mövzusu” ilə bağlı arxivləri açması isə Ermənistanın Qərbə inteqrasiya siyasətində yeni mərhələnin başlanğıcı da ola bilər. Və bu, həm Paşinyan hakimiyyətinin öz legitimliyini artırmaq, həm də ABŞ və Qərb üçün “keçmişlə hesablaşma” görüntüsü yaratmaq cəhdi təsiri bağışlayır.(musavat.com)
Dünən, 22:31
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Dünən, 16:00
2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz
Dünən, 15:30
Afrika ölkələri Avropadan təzminat tələb edəcək: 300 il əvvəl...
Dünən, 13:34
Prezidentin qızları və gəlini onları ziyarət etdi - Video
Dünən, 13:01
Köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb
Dünən, 12:12
Üç kəndin adı milliləşdirildi
Dünən, 11:46
Sudan liderindən İlham Əliyevə MƏKTUB
Dünən, 10:55
ABŞ-nin Yaxın Şərqdəki ən böyük diplomatik kompleksi vuruldu
Dünən, 10:50
Son Dəqiqə: İran İsraildə elektrik stansiyasını VURDU
Dünən, 10:32
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Dünən, 10:30
Epşteyn sənədlərində yeni iddialar - Ədliyyə Nazirliyi gizlədilən materialları açıqladı
Dünən, 10:29
DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var - VİDEO
Dünən, 10:19
“Real” “Mançester Siti”yə, PSJ “Çelsi”yə qarşı
Dünən, 10:14
“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı
Dünən, 10:05
Son Dəqiqə: İranın daxilində əməliyyatlar başladı
Dünən, 10:02
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Dünən, 09:27
ABŞ-nin İrandakı əməliyyatı zamanı 150 əsgəri yaralanıb - KİV
Dünən, 09:24
KİV: İran Hörmüz boğazını minalayır
Dünən, 09:17
Ağ Evdən İrana son xəbərdarlıq: "Quru əməliyyatı masadadır, tam təslim olun!"
Dünən, 09:15
Araqçidən dünyaya qorxunc xəbərdarlıq: "Böyük neft krizinə və bahalaşmaya hazır olun"
Dünən, 09:11
İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi
Dünən, 09:04
Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?
Dünən, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10-03-2026, 17:30
İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
10-03-2026, 16:00
Hörmüzdən keçən gəmilərdən haqq alınacaq
10-03-2026, 15:30
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
10-03-2026, 14:22
Sabah hava yağıntılı olacaq