Trampın qlobal planı ÜZƏ ÇIXDI - İLGİNC DETALLAR
Məlum olduğu kimi, BMT Baş Assambleyasının son sessiyasında ABŞ prezidenti Donald Tramp öz əvvəlki mövqeyindən tamamilə fərqlənən mövqe ortaya qoydu. O, Rusiyanı “kağızdan pələng”ə bənzədərək, Ukraynanın qələbəsinə inandığını, hətta rəsmi Kiyevin işğal altındakı əraziləri ilə yanaşı, rus torpaqlarını da ələ keçirmək hüququnun olduğunu bildirdi.
Bundan əlavə, o, Avropa dövlətlərini də hava sərhədlərini pozan rus təyyarələrini vurmağa çağırdı.
Nələr baş verir? Tramp öz əvvəlki mövqeyini 180 dərəcə dəyişərək nəyə nail olmağa çalışır? Onun əsl hədəfi nədir? Rusiyanın vəziyyəti necə olacaq?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Trampın əvvəlki mövqeyini dəyişməsi istədiyini Rusiya lideri Putindən ala bilməməsi ilə əlaqədardır:
“Sirr deyil ki, ABŞ dünya hegemoniyası uğrunda mübarizədə getdikcə ən böyük rəqibi Çinə uduzur. Hələ 2011-ci ildə ABŞ Milli Kəşfiyyat Agentliyinin dörd ildən bir dərc etdiyi hesabatda vurğulanırdı ki, 2030-cu ilə qədər Çin ABŞ-ı keçərək dünyanın ən böyük iqtisadi gücünə çevriləcək.
Hesabatda həmçinin əhalinin qocaldığı inkişaf etmiş ölkələrdə iqtisadi artımın yavaşlayacağı və həyat səviyyəsinin aşağı düşəcəyi bildirilirdi. Barak Obamanın ikinci prezidentlik dövründə dərc olunan “2030 Qlobal Trendlər” adlı hesabat əhali artımı, adambaşına düşən gəlir, hərbi xərclər və texnologiya investisiyaları kimi sahələrdə təkcə Çinin deyil, Hindistan kimi digər Asiya ölkələrinin də 2030-cu ilə qədər ABŞ və Avropadan daha güclü olacağı vurğulanırdı. Qlobal iqtisadiyyat və hərbi güc baxımından ikinci plana düşmək istəməyən ABŞ bəzi strateji yol xəritələri hazırlamağa məcbur oldu. Bu yol xəritələrində Çinin inkişafının qarşısını almaq üçün Rusiya ilə onu ayırmaq nəzərdə tutulurdu.
Fikrimcə, 2017-ci ildə məhz bu səbəbdən Tramp hakimiyyətə gətirilmiş, ancaq ABŞ-dakı qlobalist güc mərkəzləri ilə mübarizədə uğurlu siyasət yürüdə bilməmişdi. ABŞ-da və dünyada yayılan koronavirus pandemiyası Trampın öz siyasətini yerinə yetirə bilməsini əngəlləmişdi. Təsadüfi deyil ki, Tramp hələ o zamanlarda ABŞ-da yüz minlərlə insanın ölümü ilə nəticələnən koronavirusu məcazi mənada Çin virusu adlandırır, onun Çin tərəfindən ABŞ və Qərb dövlətlərinə yayıldığını düşünürdü.
Donald Tramp bu il başlayan ikinci hakimiyyətini Co Baydendən yeni sürprizlərlə təhvil aldı. 2022-ci ilin fevral ayında Rusiya prezidenti Putin Ukraynaya hücum etmiş 4 ildir davam edən və nə zaman bitəcəyi məlum olmayan savaş ilk başda Trampın da işinə yaramırdı. Çünki ABŞ prezidenti Rusiya ilə iqtisadi əməkdaşlığı gücləndirərək onu Çindən ayırmağa, Avropa ilə Çin arasında tədarük zəncirini qırmağa çalışırdı. Hətta bu məqsədlə Ukraynanın ərazi güzəştləri hesabına müharibəni durdurmaq istəyirdi.
Avqustun 16-da Putinlə keçirdiyi Alyaska görüşü heç bir nəticəyə varmadan bitdi. Trampın irəli sürdüyü atəşkəs təklifi rədd edildi. Üzərindən bir neçə gün keçəndən sonra – sentyabrın 3-də Çində keçirilən hərbi paradda Putinin Si Cinpinqin sağında, Şimali Koreya lideri Kim Çen Inın isə solunda yürüməsi Tramp üçün əsl soyuq duş oldu.
Qəzəbini saxlaya bilməyən Tramp öz sosial şəbəkəsindən yaydığı paylaşımında həm Si Cinpinqə, həm də Putin və Kim Çenə səslənərək onları ABŞ-a qarşı təxribat planlaşdırmaqda günahlandırdı və bunun cavabını verəcəyinə eyham vurdu. O gündən etibarən Trampın Putindən üzü döndü. Açıq şəkildə Ukraynanı dəstəkləməyə başladı”.
H.Oğuz qeyd edib ki, BMT Baş Assambleyasının 80-ci sessiyası ərəfəsində Rusiya təkcə Ukraynaya qarşı deyil, həm də NATO-ya qarşı aqressiyasını artırdı. Öz dron və təyyarələri ilə bir çox NATO ölkələrinin hava sərhədlərini pozmağa başladı:
“Bu, açıq şəkildə NATO üzvü olan Avropa ölkələrini duelə dəvət etmək idi. Tramp da bu dəvəti qəbul edib döyüş meydanına çıxmağa məcbur idi. Əks halda qlobal rəqabəti Rusiyanın arxasında dayanan Çinə uduzduğunu etiraf etmiş olardı.
Bundan sonra nə olacağına gəlincə, gördüyümüz kimi, ABŞ prezidenti Avropa ölkələrindən hava sərhədlərini pozan rus təyyarələrini vurmağı tələb edir. Təbii ki, bu, Avropanı Rusiya ilə müharibəyə çağırışdır. Bununla belə, özü savaşa qatılmaq istəmir, sadəcə Avropa dövlətlərinin maliyyə gücü hesabına onları və Ukraynanı silahla təchiz edə biləcəyini vurğulayır. Bir növ, bir daşla bir neçə quş vurmağı planlaşdırır – həm yüz milyardlarla xərc tələb edən müharibənin sponsor kimi qaz vurub qazan doldurmağa, həm də gələcək qlobal rəqabətdə önünə çıxacaq bütün potensial rəqiblərini savaşdıraraq zəiflətməyə çalışır. Görünən budur ki, Rusiyanın da təhriki ilə Polşa, Rumıniya və Baltik ölkələri bu təhrikə getməyə hazırlaşırlar və prosesin qarşısı alınmasa, Şərqi Avropa coğrafiyası olduqca ağır döyüşlərin poliqonuna çevrilə bilər”.
Rusiyanın vəziyyətinə gəlincə, siyasi şərhçinin fikrincə, bu münaqişəli vəziyyətdə ən çox itirənlərdən biri müharibənin əsas iştirakçıları olacaqlar:
“Ən azı ona görə ki, müharibə onların ərazilərində gedir və müasir müharibələrdə poliqon dövlətlər ağır itkilərdən başqa heç nə qazana bilmirlər. Elə buna görə də müharibə iştirakçıları əksər vaxtlarda döyüşə özləri çıxmır və proksi qüvvələri vasitəsilə döyüşürlər.
Putinin lovğalığı, boş qüruru və uzaqgörənlikdən yoxsul düşüncəsi sayəsində Rusiya getdikcə Çinin proksisinə çevrilir və savaşın haqsız tərəfində yer alır. Nəticədə Rusiya içərisindən çıxılması mümkün olmayan ağır və ekzistensial böhrana sürüklənir. Savaşın sonunda Rusiyanın mövcud olub-olmayacağı belə müzakirə mövzusudur”.

Bu gün, 20:49
Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi - Fotolar
Dünən, 12:43
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama
Dünən, 12:38
İlham Əliyev şəhidlərin xatirəsini Gəncədə yad etdi - Video
Dünən, 12:31
Prezident Yevlaxda açılışda iştirak edib - Fotolar
Dünən, 12:21
ABŞ-də xatirə fotosu!
Dünən, 09:30
Əliyev BMT-də Qafqazın yeni güc balansını rəsmən elan etdi: Rusiya isə dərhal Ermənistanda "təxribat şəbəkəsi"ni hərəkətə gətirdi
Dünən, 09:12
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - Foto
Dünən, 09:07
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Dünən, 09:02
Azərbaycanda Anım Günüdür!
Dünən, 09:00
Ərdoğanın yanından ayırmadığı Fatimə kimdir? - FOTO
26-09-2025, 16:00
Adnan Əhmədzadə ötən il də saxlanılıbmış
26-09-2025, 15:30
Trampın qlobal planı ÜZƏ ÇIXDI - İLGİNC DETALLAR
26-09-2025, 14:17
Qanunsuz balıq ovu edən bir qrup şəxs saxlanıldı - Fotolar
26-09-2025, 14:11
Adnan Əhmədzadə İsveçrədə yarım milyonluq cərimə edilibmiş
26-09-2025, 13:59
İlham İsmayıl sərbəst buraxıldı
26-09-2025, 12:25
Təyyarə ilə Azərbaycana narkotik gətirdi, tutuldu - FOTO
26-09-2025, 12:14
Anım Günü ilə bağlı dünya parlamentlərinə müraciət edilib
26-09-2025, 11:36
Tramp: Türkiyə 2000 ildə edilməyən bir işi bacardı
26-09-2025, 10:53
Putinlə Paşinyan görüşdü - Nədən danışdılar? - VİDEO
26-09-2025, 10:46
Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi
26-09-2025, 10:30
“Qarabağ” “Qəbələ”yə, “Zirə” “İmişli”yə qarşı
26-09-2025, 10:25
“İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil”
26-09-2025, 09:41
Hörmətini belə göstərdi...
26-09-2025, 09:35
Suriyadan 7 nəfər Azərbaycan vətəndaşı ölkəmizə gətirilib
26-09-2025, 09:30
Türkiyə və ABŞ arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb
26-09-2025, 09:26
Prezident ailəsinin Nyu-Yorkdan fotosu
26-09-2025, 09:21
İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib