Əliyev BMT-də Qafqazın yeni güc balansını rəsmən elan etdi: Rusiya isə dərhal Ermənistanda "təxribat şəbəkəsi"ni hərəkətə gətirdi
Siyaset
Oxunub: 166
27 sen 2025 | 09:30
Əliyev BMT-də Qafqazın yeni güc balansını rəsmən elan etdi: Rusiya isə dərhal Ermənistanda "təxribat şəbəkəsi"ni hərəkətə gətirdi


Rəsmi Bakının Cənubi Qafqazda istənilən yeni geopolitik prosesə çoxvektorlu reaksiya imkanları mövcuddur, Azərbaycanın bütün situasiyalara tam hazır olduğu qətiyyən şübhə doğurmur... Bu baxımdan, rəsmi Bakının Cənubi Qafqazı Azərbaycanın geopolitik iradəsinin nəzarətində saxlamaq üçün yetərincə strateji təsir mexanizmlərinə sahib olduğu inkaredilməz reallıqdır...

"Yeni Müsavat xəbər verir ki,Cənubi Qafqazda qüvvələr nisbəti ciddi şəkildə dəyişib. Bu region artıq vaxtilə Rusiyanın "hegemonluq kaprizləri"nin təsiri altında olan coğrafi məkan durumundan çıxıb. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında səsləndirdiyi fikirlər məhz bu baxımdan, böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan lideri bütün dünyaya xitab edərək, həm beynəlxalq auditoriyaya, həm də konkret olaraq, Cənubi Qafqazda formalaşmaqda olan yeni geopolitik reallıqlara yönəlik birmənalı mesajlar verdi.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin mesajları eyni zamanda, regionda baş verən proseslərə paralel şəkildə Ermənistan daxilində baş qaldıran gərginliklərlə də üst-üstə düşür. Azərbaycan lideri öz çıxışında bir neçə strateji tezisi önə çəkdi. Ən mühümü odur ki, Ermənistanla danışıqlar məhz ikitərəfli əsasda aparıldığına görə real nəticələr əldə olunub. Azərbaycanın dövlət başçısı bunu birbaşa “müharibədə qələbə və sülhün qazanılması” kimi xarakterizə etdi.

Prezident İlham Əliyev həmçinin, ATƏT-in Minsk Qrupu barədə sərt mövqe nümayiş etdirərək, bu qurumun missiyasının uğursuz olduğunu vurğuladı. Onun fikrincə, Minsk Qrupu beynəlxalq hüququ bərpa etmək əvəzinə status-kvonu qorumağa çalışmaqla, münaqişəni dondurmağa cəhd göstərirdi. Bu isə, Prezident İlham Əliyevin fikrincə, problemin həlli üçün Azərbaycanı öz gücünə arxalanaraq, hərbi və siyasi üstünlük qazanmaq məcburiyyətində buraxıb.

Maraqlıdır ki, ən diqqət çəkən məqamlardan biri də “Vaşinqton Sammiti”nin önəmli nəticələri sırasına daxil olan si “Tramp Marşrutu” barədə verilən mesajlar idi. Prezident İlham Əliyev vurğulayıb ki, bu layihə Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional iqtisadi əlaqələri gücləndirəcək. Və bu, Azərbaycanın artıq yalnız region daxilində deyil, həm də qlobal platformalarda öz nəqliyyat-kommunikasiya gündəmini qəbul etdirməsi kimi dəyərləndirilə bilər.

Onu da qeyd etmək lazımdır ki, məhz Azərbaycan liderinin beynəlxalq miqyasda verdiyi bu önəmli mesajlarla eyni vaxtda, Ermənistanda Rusiyaya bağlı radikal-revanşist siyasi və media dairələrinin yenidən ciddi şəkildə aktivləşdiyi müşahidə olunur. Böyük ehtimalla Kremlə bağlı bu agentura şəbəkəsinin əsas məqsədi regional sülh prosesini sabotaj etmək və Ermənistan cəmiyyətini yanlış istiqamətə yönəltməkdir.

Məsələ ondadır ki, Rusiyameylli “Armenian Military Portal” adlı media resursu Azərbaycanı “200 kv.km ərazini işğal etmək” və “istehkamlar qurmaq” kimi uydurma iddialar ilə ittiham etməyə çalışır. Digər tərəfdən, Azərbaycanın hərbi büdcəsinin 2026-cı ildə 5,1 milyard dollara çatmasının Ermənistan üçün ciddi “təhdid” olduğu iddia edir. Və bu uydurma iddialara bağlı radikal ritorika, əslində, Rusiyanın Ermənistan cəmiyyətində qorxu və revanşist əhval-ruhəyyəni aktual saxlamağa çalışmasının açıq nümunəsidir.

Eyni zamanda, Ermənistanda ölkədaxili gərginliyin artırılması prosesiində erməni kilsəsi də irbaşa iştirak edir. Bəzi erməni analitiklərin fikrincə, kilsə Rusiya kəşfiyyat strukturları ilə sıx bağlıdır və məhz oradan gələn təlimatlar əsasında fəaliyyət göstərir. Və erməni kilsəsinin propoqanda tezislərində Bakıdakı məhkəmə prosesləri ilə əlaqədar müxtəlif uydurma mövzuların xüsusilə qabardılması, radikal-revanşist dairələrin öz auditoriyasını yenidən səfərbər etmək cəhdidir.

Təbii ki, bütün bunlara paralel olaraq, Paşinyan hakimiyyətinin Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Kremldən gələn sərt təzyiqlərə tab gətirməkdə çətinlik çəkdiyi müşahidə olunur. Ona görə də, Qərb və Rusiya arasında manevr məkanı daralan Paşinyan hakimiyyəti müəyyən mənada, "Kreml dilemması" ilə üzləşmiş kimi görünür. Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında son Moskva görüşü barədə verilən məlumatlar da Kremlin Ermənistan üzərindən Cənubi Qafqaza müdaxilə imkanı axtardığını göstərir.

Məsələ ondadır ki, indiki situasiyada baş nazir Nikol Paşinyan Qərb ilə yaxınlaşma xəttini davam etdirdiyi halda, Rusiya qarşısında da balansı saxlamağa məcburdur. Ən azından ona görə ki, Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca, Rusiyanın rəsmi İrəvana təzyiqləri artır və Kremlin “aktiv sabotaj oyunları” real təhlükəyə çevrilir. Xüsusilə də, son vaxtlar Ermənistan paytaxtında Rusiyanın agentura şəbəkəsinin kütləvi etiraz aksiyalarının intensivliyi də Kremlin artıq hərəkətə keçdiyini və həlledici planları işə saldığını göstərir.

Göründüyü kimi, Prezident İlham Əliyev BMT tribunasından bütün dünyaya mesajlar verməklə, Azerbaycanın mövqeyini beynəlxalq səviyyədə daha da gücləndirərək, Cənubi Qafqazda geopolitik üstünlüyünü ciddi şəkildə möhkəmləndirib. Buna paralel olaraq isə Ermənistan daxilində Rusiyanın agentura şəbəkəsi - erməni kilsə, oliqarxiya, radikal-revanşist siyasi düşərgə və onlara bağlı media Kremlin təlimatı ilə Cənubi Qafqazda sülhü və sabitliyi poza biləcək situasiyanın yaradılması üçün aktiv qarşıdurma mərhələsinə start veriblər.

Ancaq rəsmi Bakının Cənubi Qafqazda istənilən yeni situasiyaya çoxvektorlu reaksiya imkanlarının olduğu da inkaredilməz reallıqdır. Hətta Azərbaycanın bütün situasiyalara tam hazır olduğu da qətiyyən şübhə doğurmur. Çünki Prezident İlham Əliyevin BMT-dəki çıxışı məzmun etibarilə, Azərbaycanın qlobal məkanda mövqeyinin təsdiqi olmaqla yanaşı, həm də Cənubi Qafqazda yeni güc balansının formalaşmasının rəsmi elanıdır. Və bu baxımdan, rəsmi Bakının Cənubi Qafqazı Azərbaycanın geopolitik iradəsinin nəzarətində saxlamaq üçün yetərincə strateji təsir resurslarına sahib olduğu inkaredilməz reallıqdır.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı