Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı
Dunya
Oxunub: 140
3 mar 2025 | 09:00
Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı


Noyabrın 9-da, ABŞ seçkilərindən bir neçə gün sonra demişdim: Ən keçərli planlardan biri ikili şantajdır. Bu, Amerikanın keçən əsrin ortalarında bir çox ölkələrdə və münaqişələrdə tətbiq etdiyi yoldur: yəni hər iki tərəfə çox sərt şərtlər irəli sürərək anlaşmaya məcbur etmək. Məsələn, Donald Tramp Rusiyaya deyə bilər ki, Amerikanın şərtləri çərçivəsində anlaşmasa, Ukraynaya bütün müasir silahları verəcək. Eyni zamanda Ukraynaya bildirər ki, bizim şərtlərlə razılaşmasanız hərbi yardımları dayandırarıq. İndiki dövrdə münaqişənin dondurulması daha real görünür və məsələnin kökündən həlli mümkün deyil. Sadəcə olaraq qarşılıqlı güzəştlər çərçivəsində savaş dondurula bilər.

Axar.az xəbər verir ki, bu sözləri siyasətçi Natiq Cəfərli 28 fevralda Ağ Evdə Ukrayna və ABŞ liderləri Zelenski və Tramp arasında baş verən qalmaqal haqda qeyd edib.

O bildirib ki, ABŞ-da, Ağ Evdə baş verən Tramp-Zelenski “söz davasının” nəticələri haqqında soyuq başla düşünmək çətindir, amma başqa yol da yoxdur:

“Çünki baş verənlər dünyanın gələcəyinə, o cümlədən bizim bölgənin taleyinə təsirsiz ötüşməyəcək. Problem odur ki, Ukrayna müharibə aparmaq istəyirsə, ABŞ-a möhtacdır, yox, bu məsələnin sülh yolu, danışıqlarla həllinə çalışacaqsa, yenə ABŞ vazkeçilməzdir.

Ağ Evdə baş verənlərin ən böyük üzücü nəticəsi odur ki, bu hadisə Putinin işinə yaradı. Kreml daha təcrübəli çıxdı, Trampa “yox” demədi, danışıqlara getdi, Zelenski isə emosiyalarının deyil, Avropalı dostlarının qurbanı oldu.

Bu günün Avropası Trampın və komandasının ideoloji düşmənidir, 4 illik dözə bilərlər, amma respublikaçılar uzun müddət hakimiyyətdə qalsa, növbəti seçkilərdə hakimiyyət Münhendə Avropa elitasının üzünə tüpürən Ceyms Vens keçsə, bu, artıq Avropanin indiki elitası üçün dəhşət olacaq. Çünki uzun illər apardıqları axmaq siyasətin köləsinə çevriliblər, Avropada da sürətlə sağ, konservativ siyasi cərəyanlar güclənir”.

N.Cəfərli qeyd edib ki, Münhendə ABŞ-ın Avropaya qarşı tutumu, sonradan Avropanın masadan kənarda qalması “elitanı” qəzəbləndirdi, onlar da Ukrayna əsgərinin canı-qanı hesabına masada yer almağa çalışırlar, bunun üçün Zelenskidən istifadə edirlər:

“Üzücü mənzərədir. İndi Putin, “Mən danışmağa, anlaşmağa, hətta güzətlərə razıyam”, deyir, Trampa, “Görürsən, problem Ukraynada, Avropadadır”, söyləyir. Deməli, “ikili şantaj” metodunun Ukrayna ayağı işə düşür – Moskvanın istədiyi də bu idi. Əgər Zelenski ABŞ-la anlaşsaydı, Avropanın gedərayaq öz maraqlarını düşünən kif basmış “elitasını” dinləməsəydi, bu metodun Rusiya “ayağı” işə düşəcəkdi. Amma hələ də gec deyil, hələ də vəziyyəti düzəltmək olar.

Anlamaq lazımdır ki, müharibənin ən böyük qalibi indidən ABŞ-dır, Ukrayna da, Rusiya da uduzub, sadəcə, bu məğlubiyyəti normal rəsmiləşdirmək lazımdır.

Avropa “siyasi impotentdir”, birləşə, birgə siyasət yürüdə bilmir, Putinin güclənməsinə, harınlamasına səbəb olan da onlardır.

Avropa nə vaxt birləşibsə, Rusiyanın üzərinə gedib, amma məğlub olub. İmperator Napolion Avropanı birləşdirdi, Rusiyaya doğru yürüdü, Moskvanı da aldı və yandırdı, amma sonra məğlub oldu. Ruslar Parisə qədər gəldilər, Avropada gücləndilər. Sonra Hitler eyni şeyi etdi, yenə məğlub oldu, Rus İmperiyasının adı dəyişən, məğzi dəyişməyən SSRİ adlı yeni formatı yenə gücləndi, Avropanın yarısına sahib oldu. Səbəbi çox sadədir – zalım uşaqları ölməyə-öldürməyə hazırdırlar, toplum olaraq o kafanın sahibidirlər.

Amma hər dəfə Avropa nə vaxt Rusiyanın üzərinə gedibsə, bundan yenə ABŞ qazanıb. İndi ABŞ əlini çəksə, Avropa Rusiya ilə vuruşmağa, ölməyə hazırdırmı?! Məncə yox, dərdləri heç Ukrayna da deyil, yeni qurulan “geo-iqtidsadi” təməllər üzərinə inşa edilən dünya düzənində yer almaqdır. Ağılları olsaydı, Türkiyəni 30 il AB qapısında saxlamazdılar, bu gün Türkiyə AB üzvü olsaydı, öz arxasınca Avropanı apara bilərdi – çünki Avropa coğrafiyasında dövlət maraqlarına görə ölməyi, vuruşmağı, qalib gəlməyi gözə alan bircə ölkə var ki, o da Türkiyədir.

Xülasə, Rusiyanı qucaqlayıb boğmaq, iqtisadi olaraq çökdürməkdən başqa yol yoxdur. ABŞ bu gün məhz belə yanaşmanı ortaya qoyur, Reyqanın etdiyini edir, amma hələ də köhnə dünyanın gündəliyi ilə yaşayan “sol-psevdo-liberal” Avropa elitası bunu anlaya, bununla barışa bilmir.

Bu gün Lodonda Ukrayna üçün toplandığı görünən Avropa, əslində, özü üçün, öz problemlərini həll etmək üçün toplanıb. Ciddi qərarlar çıxacağını, birləşib Rusiyanın üzərinə yürüyəcəklərini düşünmürəm, amma möcüzə baş versə, elə qərar çıxsa belə, yenə udan ABŞ olacaq – kənarda gözləyib həm Rusiya, həm də Avropa ilə alverini edəcək (1933-1943-cü illər arası olduğu kimi), sonra qan və güc itirən Avropa və Rusiyaya öz maraqlarını diktə edib, “ağ köynəkli” lider, “ağsaqqal” olub, yenə ən karlı çıxan ölkə olacaq.

Anlayın ki, ABŞ siyasəti fərdlər deyil, Tramp deyil, funksiyadır, illərlə hazırlanan planları həyata keçirən funksiya”.
13-12-2025, 10:08
ABŞ Latın Amerikasında quru əməliyyatlarına başlayır – Tramp
13-12-2025, 10:02
“Azərbaycan müharibəyə hazırlaşır” isterikası
13-12-2025, 09:52
ABŞ-dən İstanbul zəlzələsi xəbərdarlığı: Ən ağır humanitar fəlakətlərdən biri ola bilər
13-12-2025, 09:43
ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur
13-12-2025, 09:00
Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək
12-12-2025, 16:00
Hakan Fidan: Müharibə artıq genişlənib, Avropaya keçə bilər
12-12-2025, 15:30
Borcunu qaytarmayan şəxslər nə qədər cərimə olunur? - CAVAB
12-12-2025, 13:41
Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarəti ilə bağlı paylaşım edib
12-12-2025, 13:22
Bəhramdan Nərimana dəstək: Hər böyük futbolçu belə anlardan keçib - FOTO
12-12-2025, 13:16
Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən xaric ediləcək
12-12-2025, 13:00
Ümummilli Lider Heydər Əliyevin dəfn günündən TARİXİ FOTOLAR
12-12-2025, 11:43
DİN-in şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - Video
12-12-2025, 11:16
Rəsmilər Fəxri xiyabanda - Fotolar
12-12-2025, 11:07
Prezident xanımı və qızı ilə Fəxri xiyabanı ziyarət etdi
12-12-2025, 10:21
Leyla Əliyevadan babası ilə bağlı - Paylaşım
12-12-2025, 09:58
Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
12-12-2025, 09:41
DTX-dən Ulu Öndərin anım günü ilə bağlı - Videoçarx
12-12-2025, 09:28
Tramp bu prezidenti də düşmən elan etdi
12-12-2025, 09:11
Ağ Ev Avropa Birliyini “DÖRDÜNCÜ REYX” elan etdi: ABŞ “qoca qitə”yə genişmiqyaslı "hücuma" başladı
12-12-2025, 09:09
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
12-12-2025, 09:04
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
12-12-2025, 09:00
Ümummilli Lider Heydər Əliyevin anım günüdür
11-12-2025, 16:00
Türkiyə mühüm qərar ərəfəsində - Ankara buna getsə...
11-12-2025, 15:30
Qurbanovun ədalətinin uduzduğu gecə
11-12-2025, 15:30
İrəvanda Qarabağ separatçılarının ofisində axtarış aparılır
11-12-2025, 15:26
Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam
11-12-2025, 14:01
Anasını pəncərədən atıb “Görüşərik, bay-bay” deyibmiş... - Səs yazıları araşdırıldı-Fotolar