Bərdədə Seyid Nizami “birqadir” işləyir?
Bolge
Oxunub: 2 352
3 apr 2015 | 14:18
Bərdədə Seyid Nizami “birqadir” işləyir?










Rayonun Mehdili kənd sakini olan Seyid Nizami, deyəsən seyidlikdən daha çox “birqadir” işləməyə üstünlük verir. Görəsən buna səbəb nədir və onun cəddi ona nə vaxt qənim olacaq?

Əslində bu sual olduqca düşündürücü, hər kəsin diqqətini cəlb edən bir sualdır. Çünki, bu sual kimlərinsə adı ətrafında hansısa ictimai fikrin formalaşmasına səbəb olur, kimlərinsə ictimai qınağa tuş gəməsini hər kəsə bəyan edir, kimlərin mövcud qanunvericiliyimizi saya salmadığını ortaya qoyur və.s, və ilaxır.
Onu da qeyd edək ki, milli-mənəvi əxlaq məsələsi hər zaman xalqımız üçün müqəddəs sayılıb, onun qorunub yaşadılması və gələcək nəsllərə ötürülməsi isə, əsas amalımız olub. Bəs bu gün nələr baş verir ki, milli-mənəvi əxlaq məsələsi yenidən gündəmə gəlir, daha çox ictimai müzakirələrə səbəb olan mövzulardan birinə çevrilir. Əslində bunu zəruri edən səbəblər olduqca çoxdur. Bunlardan biri də, kimlərinsə var-dövlət qazanmaq istəyi ilə yaşamasıdır. Məsələn, bir neçə gün bundan əvvəl informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirdi ki, Bərdə-Ağcabədi yolunun üstündə, rayonun Mehdili kəndi ərazisindəki Bərdə Soyuducular Anbarının qarşısında, Ulu Öndərin portreti yerləşdirilmiş ərazinin lap yaxınlığında, Seyid Nizami adı ilə tanınan şəxsə məxsus olduğu bildirilən kafe fəaliyyət göstərir. Əldə etdiyimiz məlumatlara görə, bu gün həmin kafe Bərdədə ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri olaraq xüsusi ad da çıxarıb.
Məlumatlı mənbə bildirir ki, fəaliyyəti daha çox axşam saatlarına təsadüf edən həmin kafedə, bəzi təminolunmalar olduğundan, həmin ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Kafe 3 otaqdan ibarətdir. 1 otaqda 2 dəmir çarpayı, o birisi otaqların hər birində isə, 1 ədəd dəmir çarpayı var. Otaqlarda yemək yemək, çay içmək nəzərdə tutulsa da, həmin otaqlardan fərqli məqsədlər üçün, yəni qadınlarla görüş üçün istifadə olunur. Yəni, Bərdə şəhərində yaşayan və hələlik adının çəkilməsini isəmədiyimiz əməkdaşımız bildirir ki, qadınla “görüşə” təşrif buyuran hər kəs, sadəcə olaraq hansı otağa daxil olarsa, əvvəlcədən 10 manat “rüsum” ödəməlidir. Elə ki, “görüş” baş tutur, bu zaman əlavə 10 manat da ödəməyə məcbur edilir. Yəni, əldə olunan 20 manatın 10-nu Seyid Nizamiyə, 10-nu isə “xanıma” çatır.
Bütün bunlar yerli mənbə tərəfindən informasiya mərkəzimizə çatdırılan məlumatlardır ki, bununla da biz əksər mətləblərdən xəbər tuta bilirik. Məlumatlı olduğumuz xəbərlərdən biri də ondan ibarətdir ki, həmin kafe rayonun Mehdili kənd sakini Seyid Nizami adlı şəxsə məxsusdur. Hansı ki, o, bu gün sahiblik etdiyi kafedə 3-4 “xanım” üzərində “birqadir” vəzifəsini daşıyır.
Diqqəti cəlb edən məqamlardan biri də ondan ibarətdir ki, həmin ünvanda yemək verilmir, lazımi şərait olmadığından antisanitariya baş alıb gedir, kafedə “əmək fəaliyyəti” ilə məşğul olan “xanımlar” hər həfə “iş ünvanları”nı dəyişirlər. Kafedə təmizliyin göstəricisi, yəni gigiyenik qaydalara əməl olunma da, tələb olunan normalara cavab vermir.
Ümumiyyətlə, Seyid Nizaminin kafesi adı ilə məşhur olan ünvan, bu gün Bərdədə ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Bu belə olduğu halda, görəsən cəddi ona qənim olan Seyid Nizamiyə niyə qaşın üstə qara var deyilmir? Bax belə bir sualın varlığı, bu gün də bizi düşündürməkdədir. Maraqlı hal odur ki, sıravi vətəndaş hansısa qanunsuzluğa qol qoyarsa, dərhal hüquq-mühafizə orqanı əməkdaşları tərfindən aşkarlanır və lazımınca da cəzalandırılır. Amma, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında, Seyid Nizaminin sahiblik etdiyi kafedə minbir hoqqalara qol qoyulur, bir kimsə dinmir, bir kimsə danışmır, bir kimsə də onun əməllərinin qarşısını almaq üçün əməli addımlarını atmır. Deməli torbada “qara pişik”, başqa-başqa əmmalar, kimlərinsə də bilmədiyi həqiqətlər var.
Diqqətiçəkən məqamlardan biri də ondan ibarətdir ki, ölkə rəhbərinin hələ 06 fevral 2009-cu il tarixli 133 sərəncamı ilə “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar Prezident Administrasiyasına, aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdur. Və 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində, yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Seyid Nizaminin sahiblik etdiyi kafedə və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və onun prinsipləri olsa da, bu şəxs nə sərəncamı sayır, nə də ki, onun prinsiplərini qəbul edir. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi kafedə qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, cəddi ona qənim kəsilənn Seyid Nizaminin yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, bu şəxsin qol qoyduğu əməllərdən xəbər tutmaq mümkün olsun.

Araşdırmamız davam edəcək, odur ki, bizi izləməyi unutmayın.

Elmar
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə