Mingəçevirdəki “Xəyal” kafesində “xəyala” dalan əxlaqımız

“Xəyal” kafesi adı ilə məşhur olan ünvan, bu gün Mingəçevirdə ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Bu belə olduğu halda, görəsən Məzahir “bəy”ə niyə qaşın üstə qara var deyən tapılmır?
Əslində bu sual olduqca düşündürücü, hər kəsin diqqətini cəlb edən bir sualdır. Çünki, belə bir sual kimlərinsə adı ətrafında hansısa ictimai fikrin formalaşmasına səbəb olur, kimlərinsə ictimai qınağa tuş gəldiyini hər kəsə bəyan edir, kimlərin mövcud qanunvericiliyimizi saya salmadığını ortaya qoyur və.s, və ilaxır.
Onu da qeyd edək ki, milli-mənəvi əxlaq məsələsi hər zaman xalqımız üçün müqəddəs sayılıb, onun qorunub yaşadılması və gələcək nəsllərə ötürülməsi isə, əsas amalımız olub. Bəs bu gün nələr baş verir ki, milli-mənəvi əxlaq məsələsi yenidən gündəmə gəlir, daha çox ictimai müzakirələrə səbəb olan mövzulardan birinə çevrilir. Əslində bunu zəruri edən səbəblər olduqca çoxdur. Bunlardan biri də, kimlərinsə var-dövlət qazanmaq istəyi ilə yaşamasıdır. Məsələn, bir neçə gün bundan əvvəl informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirdi ki, Mingəçevirdə Rezinzavod adlanan ərazinin yaxınlığında “Xəyal” adı ilə tanınan kafe fəaliyyət göstərir. Verilən məlumatlara görə, həmin kafe yeməkxana adı altında fəaliyyət göstərsə də, əslində ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri olaraq fəaliyyət göstərməkdədir.
Məlumatlı mənbə bildirir ki, fəaliyyəti daha çox axşam saatlarına təsadüf edən “Xəyal” kafesi, bu gün elə bir təminolunmalarla təmin olunub ki, həmin ünvanda yaş həddindən asılı olmayaraq, bütün qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Birmərtəbəli olan kafenin arxa hissəsində təqribən 5-6 otaq var. Düzdür, kafenin ön hissəsi ümumi zaldan ibarət olub görkəmi daha çox diqqəti cəlb etməsə də, arxa hissəsində hər gün saat 10-dan sonra baş verən həngamələriin şahidi olduqca dəhşətə gəlirsən.
Otaqlar kondisionerlə isidilir və hər birində lazımi şərait yaradılıb. Amma otaqlardan yemək yemək, çay içmək üçün deyil, tamam başqa məqsədlər üçün, yəni qadınlarla görüş üçün istifadə olunur. Bu haqda məlumatı verən mənbə bildirir ki, qadınla görüşə gedən hər kəs hansı otağa daxil olarsa, mütləq 10 manat “rüsum” ödəməyə məcbur edilir. Amma, ümumilikdə hər bir müştəri qadınla görüşərkən, orta hesabla 20-30 manat xərcə düşür.
Bütün bunlar yerli mənbə tərəfindən informasiya mərkəzimizə çatdırılan məlumatlardır ki, bununla da biz əksər mətləblərdən xəbər tuta bilirik. Məlumatlı olduğumuz xəbərlərdən biri də ondan ibarətdir ki, həmin kafe Məzahir adlı şəxsə məxsusdur. Və o da, sahiblik etdiyi kafenin adi kafe kimi fəaliyyət göstərməsindən daha çox, qadınların cinsi istismarına şərait yaradan bir ünvana çevirib. Başlıca məqsədi var-dövlət qazanmaq istəyinə düşdüyü üçün o, belə bir yolu seçib. Yevlaxda yaşayan və hələlik adının çəkilməsini istəməyən mənbəmiz onu da bildirir ki, “Xəyal” kafesində elə hallar da olub ki, Mingəçevirin müxtəlif təhsil ocaqlarında təhsil alan tələbə qızlar da aldadılaraq belə, həmin ünvanda cinsi istismara məruz qalıblar.
Diqqəti cəlb edən hal odur ki, “Xəyal” adı ilə məşhurlaşan bu ünvanda, bir ədəd olsun belə kassa aparatı yoxdur. Belə bir halın varlığı da, kafe sahibinə vergidən yayınmaq imkanı yaradır. Kafedə təmizliyin göstəricisi, yəni gigiyenik qaydalara əməl olunma da tələb olunan səviyyədə deyil. Cəmi bir neçə nəfərlə fəaliyyətini davam etdirən kafedə, əmək müqaviləsinin olub-olmamasından söhbət belə gedə bilməz.
Ümumiyyətlə “Xəyal” kafesi adı ilə məşhur olan ünvan, bu gün Mingəçevirdə ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Bu belə olduğu halda, görəsən Məzahir “bəy”ə niyə qaşın üstə qara var deyən tapılmır? Bax belə bir sualın varlığı, bu gün də hər kəsi düşündürməkdədir. Maraqlı hal odur ki, sıravi bir vətəndaş hansısa qanunsuzluğa qol qoyarsa, dərhal hüquq-mühafizə orqanı əməkdaşları tərfindən aşkarlanır və lazımınca da cəzalandırılır. Amma, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında, Məzahir adlı şəxsin sahiblik etdiyi kafedə minbir hoqqalara qol qoyulur bir kimsə dinmir, bir kimsə də onun əməllərinin qarşısını almaq üçün əməli addımlarını atmır. Deməli torbada “qara pişik”, başqa-başqa əmmalar, kimlərinsə də bilmədiyi bəzi həqiqətlər var.
Diqqətiçəkən məqamlardan biri də ondan ibarətdir ki, ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixdə imzaladığı 133 saylı sərəncamı əsasında, “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar Prezident Administrasiyasına, aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdur. Və 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində, yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən olunması və aradan qaldırılması, hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Məzahir “bəy”in sahiblik etdiyi kafedə və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində irəli sürülən tələblərə əməl olunmadığı açıq-aşkar görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və qəbul olunmuş prinsiplər olsa da, nə imzalanan sərəncam saya salınır, nə də ki, qəbul olunmuş prinsipləri qəbul edən bir kimsə tapılır. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi kafedə qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, Məzahir “bəy”in yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, bir qədər də götür-qoy etmək gərəkdir ki, Məzahir “bəy”in qol qoyduğu əməllərdən xəbər tutmaq mümkün olsun.
Növbəti açıqlamamızda Məzahir “bəy”in qol qoyduğu başqa-başqa əməllərindən, hansı ki, bu günədək ictimaiyyətə bəlli olmayan qaranlıq məqamlarından bəhs edəcəyik.
Araşdırmamız davam edir. Odur ki, bizi izləməyi unutmayın.
“Azərinfo.az”
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi