Göygölün icra başçısı ilə bağlı ŞOK iddialar

Arif Seyidov şikayətçiləri otağında təhqir edərək, qovur
Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır. Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.
Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidov da məhz vəzifəsindən sui-istifadə edən bu dırnaqarası icra başçılarının siyahısında ön sıralarda gəlir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb digər həmkarları kimi sonradan ikinci təhsil alaraq icra hakimi postuna yiyələnən Arif Seyidovun əməlləri artıq rayon camatının əsəblərini tarıma çəkib. Bəs maraqlıdır Seyidov Arif Akif oğlu bu vəzifəyə gəldikdən sonra əhalinin rifah halının yaxşılaşdırılması üçün hansı tədbirləri görüb? Əlbəttə ki, bu suala ən doğru cavabı məhz Göygöl rayonunun yerli camaatı verər.
Əhali içərisində apardığımız qısa sorğu zamanı bəlli oldu ki, İcra hakiminin qəbuluna düşmək çox müşkül məsələdir. Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar. Hər şeyin nə zamansa bir sonu olduğuna inanan rayon əhli səslərini çıxartmadan acı taleləri ilə barışırlar.
Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir. Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir. Həmçinin rayonda bir neçə il bundan əvvəl və keçən il Narkomaniyaya qarşı Mübarizə İdarəsinin apardığı tədbirlər zamanı həbs olunan şəxslər icra başçısının yaxın qohumları çıxıb. Bütün bunlar sübut edir ki, İcra başçısı Arif Seyidov rayonda “bütün sahələri” nəzarətdə saxlaya bilir.
Maraqlıdır ki, bütün bu baş verənlərdə mərkəzdə dayanan icra başçısı cəzasız qalır. Heç kimə sirr deyil ki, icra başçılarının ən böyük yeyinti yerləri abadlıq işlərinin aparılması ilə bağlıdır. Lakin bəzən xərclənən vəsaitlər arasında elə məbləğlərə rast olunur ki, adamın özü belə çaş-baş qalır. Çünki peşəkar olub-olmamasından asılı olmayaraq, sərf olunan məbləğ adamda qeyri-adi heyrət hissi yaradır. Hər şey o qədər kobud həyata keçirilir ki, istər-istəməz korrupsiya adamın üzünə sıçrayır. Ötən il icra başçısı Arif Seyidovun 5 nəfərin ölümü ilə nəticələnən saxtakarlığından sonra bəziləri icra başçısının artıq Göygöl rayonu barədə düşünəcəyini fərz etsələr də bu elə fərziyyə olaraq da qaldı. İndi hamıya maraqlıdır ki, Arif Seyidov və onun əlaltılarının heç bir hüquqi əsasa sığmayan bu saxtakarlıqları nə vaxta qədər davam edəcək?!
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi