Şirvanda vəhabiyə vəzifə veriblər
Bolge
Oxunub: 1 787
12 mar 2015 | 11:31
 Şirvanda vəhabiyə vəzifə veriblər

Şirvan İcra Hakimiyyətinin 1 saylı Ərazi Dairəsi üzrə nümayəndəliyi ilə bağlı maraqlı, həm də ittiham dolu şikayətlər var. Azerinfo.az-ın JAM.AZ-a istinadən yaydığı məlumata görə, sözügedən dairədə bir xeyli qanun pozuntusu və bir o qədər yeyinti hallarının olduğu iddia edilir.

Məlumatda deyilir ki, nümayəndəliyin rəhbəri Hamlem Hüseynov bu posta 2013-cü ilin martında təyinat alıb. İddia edilir ki, bu qurumdan «Forma 2» və ya yaşayış yerindən arayış almaq heç də pulsuz başa gəlmir. Bundan əlavə, Şirvanda yaşıllaşdırma və abadlıq işlərinə də nəzarət edən həmin qurumun rəhbəri bir xeyli ciddi pozuntulara yol verib. Hərçənd həmin pozuntuların ona Bakının bahalı yerində özünə villa inşa etdirməsi, habelə bahalı avtomobillər sürməsinə səbəb olub. O da deyilir ki, Hamlet Hüseynov məhz ağacların kəsilməsi, torpaq satışı və digər işlərdə də ad çıxarmış ərazi nümayəndəsidir.

Maraqlı məqamlardan biri odur ki, Şirvanda baş verən hər hansı bir avtomobil qəzası nəticəsində şəhər təsərrüfatına zərər dəyirsə, Hamlet Hüseynov həmin sürücüdən idarənin illik xərclərini alır. «Kiçik və yenicə əkilmiş şam ağacına zərər dəyərsə, həmin ağac Hamlet Hüseynovun sənədləşdirməsi əsasında dönüb olur 30 illik «Xan Çinarı». Hətta onun qəzadan sonra cavabdeh şəxsin ödədiyi pulların böyük qismini mənimsədiyini də bilməyən yoxdur».

O da vurğulanır ki, Şirvan 1 saylı Ərazi İdarəsində əhali tərəfindən ödənilən rüsumlar üçün sek sənədləri verilməli olduğu halda, dədə-baba qaydasına üstünük verilir.

JAM.AZ-a məlumat verən şəhər sakinləri bildirirlər ki, H.Hüseynovun əsas himayədarı bir zamanlar Şirvanda baş arxitektor olmuş Hacı Vüqardır. Bəzi iddialara görə, sözügedən şəxs Şirvandakı vəhhabilərin əsas himayəçisi kimi tanınır. Və onlara maliyyə dəstəyi verir. Həmin maliyyəçilərdən biri kimi, H.Hüseynovun da adı çəkilir. Hətta onun hər cümə kənd evlərində yerləşən vəhhabi məscidinə getdiyi bildirilir və bununla bağlı videogörüntülərin belə olduğu deyilir.

Həmin görüntüləri bizə təqdim edən şirvanlılar Hamlet Hüseynovun şəhərdə vəhhabilərə yardımçı olduğunu israr edirlər.

Qeyd edək ki, həmin görüntülər hazırda tərəfimizdən incələnməkdədir. Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi