SURAXANIDA İşçiləri icra başçısını saymadılar
Rayonda özbaşınalıq hökm sürür, İlqar Abbasovun əlil hərbçiyə verdiyi torpağın üzərində ev tikməsinə yerli məmurlar qadağa qoyub
Suraxanı rayonunda özbaşınalıq hökm sürür. JAM.AZ xəbər verir ki, icra başçısı İlqar Abbasov rayonu demək olar ki, idarə edə bilmir. Elə bu səbəbdəndir ki, verdiyi tapşırıqlar ya yerinə yetirilmir, ya da onun tapşırıqlarına belə məhəl qoyulmur.
Azerinfo.az bildirir ki, JAM.AZ-a müraciət edən Hövsan qəsəbəsində yaşayan 2-ci qrup hərbi əlil, ehtiyyatda olan mayor Rövşən Novruzov 2013-cü ildən bəri etdiyi müraciətlərinə cavab verilmədiyini bildirir. O qeyd edir ki, 1993-cü ildən Hövsanda yaşayır və ordu sıralarında 18 il qulluq edib. «2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalıyla, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə və 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalıyla təltif olunmuşam. Xidmətimin axırıncı 8 ilini isə düşmənlə təmas xəttində keçirmişəm».
Rövşən Novruzov bildirir ki, ötən il Suraxanı İcra Hakimiyyətində olub və icra başçısı İlqar Abbasov Hövsan bələdiyyəsinə torpaqla təmin olunması üçün göstəriş verib. «21.01.2015-ci il tarixdə 4 sot torpaqla təmin olunmağım barədə Hövsan bələdiyyəsinin sədri Nərgiz Talıbova mənə torpaqın yerləşdiyi yerin sxemin və Bakı şəhər İcra Hakimiyyətinə təqdim etmək üçün məktub təqdim edib. Sonra icra başçısının göstərişinə əsasən Hövsan qəsəbəsinin icra nümayəndəsi Ağasəlim Əliyev və daha bir neçə nəfər 4 sot yeri özləri şəxsən mənə göstərdilər».
Amma hərbi əlilə bu torpaqlarda ev tikməyin qadağan olunduğunu deyiblər. Rövşən Novruzov JAM.AZ-a ünvanladığı məktubunda qeyd edir ki, bunun üçün ona heç bir səbəb göstərilməyiyb. «İcra nümayəndəsi Ağasəlim Əliyev və bələdiyyə sədri Sultan müəllim işləri bir birinə atmaqla, məni bezdirdilər. Bu azmış kimi, həmin şəxslər icra başçısının göstərişinə əhəmiyyət vermədən məni də hədələyirlər. Deyirlər ki, əgər tikinti işləri aparsam, traktorla gəlib oranı dağıdacaqlar».
Onu da bildirək ki, söügedən şəxsin ailə üzvləri də Qarabağ savaşında döyüşüblər. Rövşən Novruzovun atası Qarabağ müharibəsi veteranıdır və hazırda oğlunun himayəsində yaşayır. Suraxanının icra başçısı İlqar Abbasovun başı isə özünə qarışıb. Və bu olay həm də bir icra başçısının işçiləri yanında nə qədər hörmətsiz olduğunu nümayiş etdirir. Çünki qəsəbə icra nümayəndəsi onun rəhbəri olan şəxsin verdiyi tapşırığı icra etməməklə yanaşı, həm də bunu icra edənləri də hədələməkdən çəkinmir. Demək ki, İlqar Abbasov yerində deyil və bu səbəbdən də Suraxanı camaatının əziyyət çəkir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi