Qazaxda Qarabağ əlilinə haqsızlıq

Qazax rayon İcra Hakimiyyətindən gələn şikayətlərin ard-arası kəsilmir.
Azerinfo.az jam.az-a istinadən xəbər verir ki, Rayonun Ağköynək kənd sakini, 2-ci qrup hərbi əlil, istefada olan gizir Tural Mürşüdov icra orqanının ona qarşı qərəzli münasibətindən gileylidir. O, Qarabağ müharibəsi əlillərinə verilən imtiyazdan məhrum olduğunu bildirir. Veteran mənzil növbəsinə yazıldığını, lakin icra hakimiyyətinin əsassız bəhanələrlə onu qeydiyyata almaqdan imtina etdiyini iddia edir: “Xidməti vəzifələrimi yerinə yetirərkən əlil olmuşam və imtiyazlarım Qarabağ müharibə əlilərinə bərabərdir. Belə ki, mən 2-ci qrup əlil kimi Qazax rayon İcra Hakimiyyətində birinci növbəli mənzil qeydiyatına götürülməli və mənzillə təmin olunmalıyam. Məni 07.01.2015-ci ildə Qazax rayon icra hakimiyyətinə çağırdılar və məndən mənzilimdə otaqların sayı və sair ağıla sığmayan sənədlər tələb etdilər. Mən sənədləri toplayıb 18.02.2015-ci il tarixdə Qazax rayon İcra Hakimiyyətinə göndərdim. Bir neçə gün öncə isə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev məni qəbula çağırdı və bildirdi ki, “Sən Qarabağ müharibə əlili deyilsən, sənə güzəştli şərtlərlə ev təminatı növbəsi aid deyil”. Məmurların prezidentin sərəncamından bixəbər olduğunu deyən veteran T.Musayevin onu get-gələ saldığını, özünü öldürmə həddinə çatdırdığını deyir: “Bildirmək istəyirəm ki, prezidentin sərəncamında göstərilib ki, xidməti vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərin statusu Qarabağ müharibə əlillərinə bərabərdir. Lakin Qazax rayon İcra Hakimiyyətinin səlahiyyətlilərinin bundan xəbəri yoxdur. Səbəbi bilinmir ki, nə üçün yarı can əlili növbəyə götürməyib başıma oyun açırlar? Tahir Musayev məni o həddə çatdırıb ki, az qalır ki, özümə qəsd edim. Artıq mən bu həyatdan bezmişəm”.
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi