ŞİRVANDA Şəhid anasının çörəyi əlindən alındı
Bolge
Oxunub: 1 470
3 mar 2015 | 12:00
ŞİRVANDA Şəhid anasının çörəyi əlindən alındı

68 yaşlı şəhid anası, Şirvan şəhər sakini Sitarə Mikayılova dövlət tərəfindən ona verilən çörək dükanının əlindən alınmasından şikayətlənir.

Bununla bağlı musavat.com-un redaksiyasına şikayət edən şəhid anasının sözlərinə görə, 1993-cü ildə oğlu şəhid olduqdan sonra Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi, 4 nömrəli mağazanın 2 saylı filialında yerləşən çörək dükanı Mikayılovlar ailəsinə verilib.
Qeyd edək ki, Sitarə Mikayılovanın oğlu Vahid Mikayılov 1992-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və hökumət şəhid ailəsinə kömək məqsədilə bu dükanı onlara verib.
Sitarə Mikayılova deyir ki, 2000-ci illərin əvvəllərinə qədər onlar mağazanı işlədiblər. Son bir neçə ildə isə istifadəsiz qalıb. Bu müddətdə yan tərəfdəki dükanın sahibi Əziz Əliyev öz dükanının ərazisini böyüdərək, Mikayılovların dükanının ərazisinə keçib.
İndi Mikayılovlar öz dükanlarını özəlləşdirmək istəsələr də, Ə.Əliyev onların yerini zəbt etdiyindən obyekti planda nəzərdə tutulan qaydada özəlləşdirə bilmirlər. Əmlak Komitəsindən ailəyə bildirilib ki, obyektin özəlləşdirilməsi üçün ilk növbədə məhkəmə qərarı ilə Əziz Əliyevin dükanın zəbt etdiyi hissəsindən çıxması lazımdır.
Şikayətçilər deyir ki, qarşı tərəf – Əziz Əliyevin kürəkəni Ruslan Mirzəyev həmin rayonda vəkildir və yuxarı dairələrlə yaxın münasibətləri var. Əziz Əliyev də onun imkanlarından istifadə edərək, özünə məxsus olmayan əraziyə keçib.
Sitarə Mikayılovanın sözlərinə görə, öncəki məhkəmə qarşılaşması zamanı vəkil Ruslan Mirzəyev onu şəhid anasına layiq olmayan sözlərlə təhqir edib: “Mənə dedi ki, bir şəhid ailəsi vəsiqəsi götürüb, dilənçi kimi düşmüsən qapılara, bununla heç nə əldə edə bilməyəcəksən. Bu söz məni çox yandırdı. Mən bu vətən üçün övladımı qurban vermişəm. Ancaq bu ölkədə haqqımı qoruya bilmirəm”.
Sitarə Mikayılovanın qardaşı Ağaşükür İmanov deyir ki, bir müddət öncə Ə.Əliyevi onlara aid olan ərazini boşaltması üçün məhkəməyə veriblər, ancaq hələlik məhkəmə keçirilməyib: “Dəfələrlə Əmlak Komitəsinə, son olaraq da Ədliyyə Nazirliynə müraciət etmişik. Ancaq hələ ki, cavab verilməyib. İnanırıq ki, bu iş ədalətlə həll olunar”.
Qeyd edək ki, Mikayılovlar ailəsi 10 nəfərdən ibarətdir və bu dükan ailənin yeganə çörək ümididir.
P.S. Yazıda adı çəkilən digər şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi