Suraxanın icra başçısının yalanının üstü açıldı
Yeni Suraxanı bataqlığa çevrilib, büdcədən pul ayrılsa da qəsəbədə heç bir abadlıq işləri görülməyib, İlqar Abbasovun Heydər Əliyevin təşəbbüsü ilə salınmış yaşayış massivinə etinasızlığının səbəbi isə məlum deyil
Yeni Suraxanı qəsəbəsinin sakinləri düşdükləri vəziyyətdən dolayı dəhşətli durumda olduqlarını bildirirlər. Onların adından dövlət başçısına müraciət ünvanlayan Bayram Məmmdov JAM.AZ-a bildirib ki, Mərkəzi küçə kimi tanınan yaşayış massivinin sakinləri bu əraziyə 2000-ci ildə köçüblər. Bu torpaq sahələrini isə onlara sabiq prezident Heydər Əliyev verib.
Bayram Məmmədov bildirir ki, 15 ildir bir eni 20 metr, uzunluğu isə 2 km olan və 31 məhəllədaxili yola malik olan qəsəbənin durumu acınacaqlıdır. «Hazırda bu qəsəbədə 6000 insan yaşayır. Amma bu illər ərzində zərrə qədər abadlıq işləri aparılmayıb. Mərkəzi küçənin əhalisi yayda tozdan boğulur, qışda palçıqda batır».
Qəsəbə sakinləri deyirlər ki, yaranmış vəziyyətdən xiasl olmaq üçün dəfələrlə yollara öz hesablarına çınqıl töksələr də, yenə də xeyri olmayıb. «Ağır tonajlı yük avtomobilləri yolları bərbad günə qoyub. Hələ bu azmış kimi, yeni tikilmiş “Akasiya” şadlıq evinin qarşısındakı küçənin bir hissəsini də qazıb, yaxınlığına isə zibil yeşikləri qoyublar. Ona görə də oradan nə maşın, nə də piyada keçə bilmir. “Taksi” market deyilən yerdən “Yeni Şuşa” qəsəbəsi istiqamətndə qəsəbəmizin ortasından keçən yola 2007-ci ilin mayın 7-də prezidentin “Yeni Şuşa” qəsəbəsinin açılışında iştirak etməyinizə görə tələsik bu yolu asfalt etdilər. İki aydan sonra isə kanalizasiya xətti çəkilməsilə əlaqədar bu asfalt yolun 300 metrini sol tərəfdən dağıtdılar. Və aradan 8 il keçməsinə baxmayaraq yeganə asfalt yolumuz dağılmış vəziyyətdə qalmaqdadır».
Yeni Suraxanı sakini bildirir ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də xeyri olmayıb. «Heç olmasa bu asfaltın sol tərəfinə 2 m enində asfalt hissə vusunlar ki, yol tam dağılmasın. Amma bizi eşidən olmayıb. Hazırda bütün qəsəbədaxili yollar palçıq işində olduğundan ağır xəstələr üçün çağırdığımız təcili yardım maşınları bu yerlərə gəlməkdən imtina edir. Uşaqlar palçığın içiylə məktəbə getmək zorunda qalırlar. Avtomobil qəzaları da dağılan asfalt yolda tez-tez baş verir».
JAM.AZ-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Yeni Suraxanı qəsəbəsinə hər il onminlərlə manat pul ayrılıb və həmin vəsait abadlaşmaya sərf olunub. Hətta bununla bağlı çeşidli tenderlərin keçirildiyi də vurğulanır. İndi maraqıdır ki, öz hesabatlarında hər il qəsəbədə abadlıq və quruculuq işləri apardığını bəyan edən Suraxanının icra başçısı İlqar Abbasov bununla kimi aldatmaq istəyib? Dövlət başçısınımı? Yoxsa, büdcəyə nəzarət edən qurumları? Ortada fakt ondan ibarətdir ki, Yeni Suraxanı qəsəbəsinin sakinləri 21-ci əsrdə yaşasalar da, mövcud vəziyyətdən dolayı özlərini 2-3-cü əsrlərdə hiss edirlər. Üstəlik, qəsəbədə iş görüldüyü rəsmi sənədlərdə yer alsa da, reallıqda bu yoxdur. Və bu da istər-istəməz əlavə söz-söhbətlərə, yeyintinin olmasına yol açır. Ki, bu məsələdə də real vəziyyətin belə halların olmasını deməyə yetərli qədər imkan verir.
Daha bir sual ortaya çıxır ki, sabiq prezident Heydər Əliyevin şəxsi təşəbbüsü ilə salınmış həmin qəsəbə niyə bu vəziyyətdədir? Və ya Suraxanının icra başçısı Ümummilli Liderinin inşa etdirdiyi həmin qəsəbəyə bu qədər diqqətsizlik və etinasızlıq haradan qaynaqlanır?
Hər halda İlqar Abbasovun bu suallarla bağlı mətniqli bir açıqlaması olacaq. Çünki o rayonun rəhbəridir və məsuliyyətdə onun üzərindədir. Qarşı tərəfi dinləməyə hazırıq.
Azerinfo.az
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi