Şirvanda da sahibkardan şikayət edirlər
Bolge
Oxunub: 1 563
11 fev 2015 | 10:07
Şirvanda da sahibkardan şikayət edirlər

Azerinfo.az bildirir ki, Şirvan şəhərində "Tuz İbrahim" kimi tanınan İbrahim adlı iş adamı hegemonluq edir. Bu barədə Şirvan sakinləri .dia.az redaksiyamıza müraciətlərində bildiriblər. Onların şikayəti "Rövşən" şadlıq sarayının sahibi olan "Tuz İbrahim"in qanunsuz əməllərindəndir.

Şikayətçilər deyir ki, şadlıq evi fəaliyyətə başlayan gündən bütün rahatlıqları əllərindən alınıb: "Şadlıq evi yaşadığımız binaların bir neçə metrliyində yerləşir. Kabab tüstüsündən, həmçinin musiqinin səsindən birtəhər olmuşuq. Rahatlığın nə olduğunu bilmirik. Gecə saatlarına kimi musiqi səsi kəsilmək bilmir. İbrahim adlı iş adamından fərqli olaraq ətrafda yaşayan insanlar ayda-ildə bir dəfə, o da ki, toyda-bayramda kabab yeyirlər. Şadlıq evində bişən kababın tüstüsü hər yanı bürüyür. Hamilə qadınlar, eləcə də uşaqlar kabab tüstüsündən şişməmək üçün evdən çölə çıxmırlar. Çox biabırçı vəziyyət yaranıb. "Rövşən" şadlıq evinin sahibinin maddi imkanları ən yüksək səviyyədədir. Buna baxmayaraq, o şadlıq evinin mətbəx hissəsinə hava təmizləyən filtr qurğusu qoymur. Bu səbəbdən ətrafa dağılan kabab tüstüsü həm insanlara mənfi təsir göstərir, həm də ekologiyamızı korlayır. Çox güman ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının bu vəziyyətdən xəbəri yoxdur. Əks halda restoran rəhbərliyini çoxdan cərimə edərdilər. Ümumiyyətlə, şadlıq evinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Burda bir çox tələb və standartlara əməl edilmir". Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Şadlıq saraylarının təsnifatı və qaydalar" dövlət standartını təsdiq edib. Şikayətçilər isə deyir ki, şadlıq sarayında həmin standartların heç birinə riayət olunmur: "Bu standartlar barədə televiziyada da məlumat verdilər. "Rövşən" şadlıq sarayının sahibi İbrahim müəllim isə sanki bundan xəbərsizdir. Standartda şadlıq saraylarının təsnifatı, texniki və digər tələblər öz əksini tapıb. Sənədə əsasən sarayda qarderob otağı, tualet, sanitar qovşağı, telefon, gözləmə zalı (avanzal), bar, artistlərin otağı, gəlin otağı, administrator otağı, şəkilləri çap etmək üçün otaq olmalıdır. Texniki tələblər sırasında şadlıq sarayının mətbəxinə olan tələblər də əsas yeri tutur. Standarta əsasən şadlıq sarayının zalında masa ilə oturacaqların arasında olan məsafə 40-45 sm, bir masanın oturacağı ilə ona paralel olan masanın oturacağı arasında olan məsafə 80-100 sm təşkil etməlidir. Lakin "Rövşən" şadlıq sarayının fəaliyyəti qeyd olunan standartların tələblərinə cavab vermir. Obyektin mətbəxindəki təmizlik ürəkaçan səviyyədə deyil. Antisanitariya baş alıb gedir. Şadlıq evinə ətin haradan gətirildiyi dəqiq məlum deyil. Kim bilir bəlkə də burda toy edən insanlara, toya gələn qonaqlara ölmüş heyvan əti yedizdirilir. Yerli baytarlıq idarəsinin əməkdaşları hər gün şadlıq evini yoxlayıb, ətin və balığın keyfiyyətini nəzərdən keçirməlidir. Əfsus ki, Şirvan Baytarlıq İdarəsinin rəhbərliyi "Tuz İbrahim"in obyektində cərəyan edən qanun pozuntularına nəyinsə müqabilində göz yumurlar". Vətəndaşların şikayətinin izinə düşüb İbrahim adlı iş adamı ilə bağlı qısa araşdırma apardıq. Araşdırma nəticəsində öyrəndik ki, sözügedən şəxs uzun müddət Rusiyada bizneslə məşğul olub və bu ölkənin vətəndaşıdır: "Onun Rusiyanın ayrı-ayrı şəhərlərində iri biznes şəbəkəsi fəaliyyət göstərir. İş adamı Rusiyada qazandığı milyonlar hesabına Şirvanda da bir sıra biznes obyektlərinə sahib çıxmağı bacarıb. Rusiya vətəndaşının "Rövşən" şadlıq sarayından savayı saysız-hesabsız ticarət obyektləri mövcuddur. Bir məsələni də deyim ki, biznesmenə məxsus şadlıq sarayının yerində əvvəllər yaşıllıq sahəsi var idi. İş adamı burda nə qədər ağac var idisə hamısını məhv etdi. O puluna güvənərək Şirvan camaatına yuxarıdan aşağı baxır. Rayonun aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları "Tuz İbrahim"in törətdiyi özbaşınalıqları görməzdən gəlirlər. İş adamı bir neçə gün əvvəl kasıb Şirvan sakinlərindən birini heç bir səbəb olmadığı halda döyüb. Hələ bu azmış kimi, həmin şəxsin ünvanına təhqirlər yağdırıb. Və heç kimin onun sözünün qabağında söz demək iqtidarında olmadığını bildirib. Rusiya vətəndaşı olan birisinin Azərbaycanda belə işlərlə məşğul olması, insanları döyməsi qəbuledilməz haldır. Yerli camaat iş adamının bu hərəkətlərini böyük narazılıqla qarşılayır. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə münbit şərait yaradılıb. Amma sahibkarın vətəndaşa əl qaldırmağa, onu döyməyə ixtiyarı yoxdur. Maraqlıdır ki, İbrahim adlı iş adamına bu ixtiyarı kim verib?" İnanmaq istərdik ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri sakinləri aşağılayan İbrahim adlı iş adamını qanunlar çərçivəsində cəzalandıracaqlar.
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi