Daha bir icra başçısı sahibkarlara qarşı
Bolge
Oxunub: 1 537
10 fev 2015 | 17:21
Daha bir icra başçısı sahibkarlara qarşı

Azerinfo.az Bolgexeber.com-a istinadən xəbər verir ki, RİH başçısının açıqlamasında sözügedən obyektlərin hüquqi vəziyyətlərinə dair heç bir fikir yer almadı

Yeni ilin demək olar ki, ilk iş günlərindən gündəmə gətirilən “söküntü planı” mövzusu Yasamal rayon ictimaiyyətinin diqqətini bir müddət özündə saxlaya bildi. Lakin bu müddət mövzunun eninə-boyuna çeynənməsinə yetərli olsa da, planın özünün nə dərəcədə səmərəli reallaşdırıla bildiyinin düzgün qiymətləndirilməsi üçün çox qısa oldu. Məsələ bundadır ki, iri başlıqlarla qəzet manşetlərində yer almış mövzu reallıqda sadəcə Yasamal rayonu ərazisində, metronun “İnşaatçılar” stansiyasından “ASAN” Xidmət istiqamətinə gedən yolda yerləşən, ərzaq və qeyri məhsulların satışı ilə məşğul olan birmərtəbəli obyektlərdən ibarət ticarət mərkəzinin dərhal söküləcəyinə dair qəfil xəbərlərin yayılması ilə aktuallaşdı. İlk növbədə bu hadisə baş vermiş olsa idi belə, onun əhatə edəcəyi ərazinin kifayət qədər məhdud olması, olayın uzun müddət diqqət mərkəzində qalmayacağına təminat verirdi. Belə ki, Yasamal rayonunda gedən və gözlənilən irimiqyaslı yenidən layihələndirmə, söküntü və inşaat proseslərinin fonunda bu hadisənin təəssüratları çox tez arxa plana keçəcəkdi. Mövzunun az-çox səs-küy təmin etdiyi bir neçə gün isə yalnız mətbuat səhifələrində bir neçə qarşılıqlı ittihamın, mülahizə və proqnozların biri-digərini əvəz etməsinə bəs oldu. Elə Yasamal RİH-nin başçısı İbrahim Mehdiyev özü də mətbuata verdiyi açıqlamasında qaldırılan problemin miqyas və əhəmiyyət baxımından az vacibliyini vurğulamışdı: “Biz bu dəqiqə daha ciddi işlərlə məşğuluq. Avropa Olimpiya Oyunlarına hazırlıq və “Sovetski” də söküntü işlərinin həyata keçirilməsinə daha çox zaman ayırırıq...” Digər tərəfdən isə “söküntü planı” həqiqətən də mövcud idi. Hətta onun mövcudluğu müəyyən konkret əməli tədbirlərlə vurğulanmışdı da. Bu xüsusda həmin günlərdə mətbuatda dərc edimiş məlumatlarda qeyd olunmuşdu ki, artıq yanvar ayının 20-də məlum obyektlərin qarşısına söküntü təhlükəsizliyi ilə əlaqədar dirəklər basdırılıb. Mənbənin sözlərinə görə, artıq növbəti gün obyektlərin söküntüsünə start verilə bilərdi. Lakin növbəti gün söküntü olmadı. Bunun əvəzində yanvarın 21-də İbrahim Mehdiyevin mətbuat vasitəsilə iki ünvanlı və iki mənalı mesajı öz sahiblərinə çatdırıldı: “Mənim obyekt sahibləri ilə nə işim var. Qoy dolansınlar...” Mesajın geniş ictimaiyyətə ünvanlanan mənası heç bir insidentin gözlənilmədiyini təsdiq etdi. Sahibkarlar isə məsələnin yoluna qoyulmasının mümkünlüyünə əmin oldular. Yəni mətbuatda da əks olunmuş “obyektlərin hər metri üçün 900 manat məbləğində pul ödəmək” təklifi aradan qaldırılmasa da, məbləğin oynaqlığına müəyyən ümidlər yarandı. Beləliklə də “söküntü planı” gündəmdə olduğu bir neçə gün ərzində öz funksiyasını yerinə yetirə bildi. Çünki bu planda real söküntü işləri heç nəzərdə də tutulmamışdı (ən azından həmin zaman kəsiyində - red.). Məqsəd isə səs-küy pərdəsi altında növbəti pul yığımını məhz operativ şəkildə həyata keçirmək idi. Buna da əksər mənbələrin məlumatına görə nail olundu. Əgər belə olmasaydı, çəpər dirəklərinin basdırılması özünü doğrultmazdı. Fikir verdinizsə, RİH başçısının açıqlamasında sözügedən obyektlərin hüquqi vəziyyətlərinə dair heç bir fikir yer almadı. Bu obyektlərin fəaliyyətinin qanuna uyğun olub-olmadığı, hansı layihə və razılaşdırılma sənədləri əsasında inşa olunduqları, gözlənilən perspektivlərin qiymətləndirilməsi və bir çox digər məqamlar barədə qətiyyən rəy verilmədi. Sadəcə “qoy dolansınlar...”, bax bu qədər bəsit. Əlbəttə ki, sahibkarların dolnmaları çox gözəl ideyadaır. Lakin bu obyekt sahibləri sadəcə özlərini və işçilərinimi dolandırırlar? Hər halda İbrahim Mehdiyevin həm özündən, həm də obyektlərin fəaliyyətindən razılıq hissini kifayət qədər aşkar vurğulayan bu ifadəsi, sözü gedən ticarət mərkəzinin gəlir bölgüsündə RİH rəhbərliyinin də kifayət qədər sanballı iştirakını düşünməyə əsas verir.

Eyni zamanda da daxil olan məlumatlar bu cür “yerli əhəmiyyətli” əməliyyatların rayon rəhbərliyi tərəfindən kifayət qədər tez-tez təcrübə olunduğunu təsdiq edirlər. Bu gün metronun “İnşaatçılar” stansiyasının bilavasitə ətrafında artıq istifadədə olan və tikilən obyektlər də, məhz gələcəkdə keçiriləcəyi planlaşdırılan bir neçə oxşar “əməliyyat” üçün əla hədəfdirlər. İlk növbədə bu obyektlərin tikintisi və fəaliyətə başlamaları üçün onların sahibləri kifayət qədər böyük pullar verməli olurlar. Bunsuz sadəcə mümkün deyil. Çünki rayon rəhbərliyini razılığı olmadan, ətraf binalarda yaşayan sakinlərin etirazlarına rəğmən bu tikinti işlərini heç kəs həyata keçirə bilməz. Digər tərəfdən isə, “sakinlərin etirazı” amili gələcəkdə də söküntü ehtimalının İbrahim Mehdiyevin əlində tutarlı əsas kimi tətbiq olunaraq yeni yığımlara yol açacağını zəmanətlə təmin edir.
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi