İcra başçısından şok özbaşınalıq

Azerinfo.az Dia.az-a istinadən xəbər verir ki, Şəkidə bağça tikintisinə pul ayırmaq istəməyən sahibkara divan tutulur
Sahibkarlığın inkişafı qarşıya qoyulan prioritet məsələlərdən biridir. Heç kimə sirr deyil ki, son illər ölkə iqtisadiyyatının güclənməsi nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə göstərilən maliyyə yardımlarının da həcmi xeyli artıb.
Təkcə ötən beş il ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə istər Bakıda, istərsə də bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara külli miqdarda güzəştli kreditlər verilib. Təbii ki, həmin kreditlər regionlarda sahibkarlığın inkişafı baxımından müsbət təsirini göstərir. Danılmaz faktdır ki, ölkə rəhbərliyi sahibkarların rahat fəaliyyət göstərə bilməsi üçün hər cür şəraiti yaradır. Lakin bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri sahibkarların fəaliyyətinə yersiz müdaxilələr edirlər. Bu isə öz növbəsində bir sıra problemlərin əmələ gəlməsinə, o cümlədən sahibkarlığın inkişafdan qalmasına gətirib çıxarır. "Gündəlik Bakı"nın keçən saylarından birində ölkəmizin ən qədim şəhərlərindən sayılan Şəkidə sahibkarların icra başçısı Elxan Usubov tərəfindən haqsız olaraq incidilməsi barədə böyük yazı dərc etmişdik. Xatırlatma üçün qısaca bildirək ki, icra hakimi rayon ərazisində görülən təmir-tikinti işlərinə yerli iş adamlarını da cəlb edir. Onun tapşırıqlarını yerinə yetirməkdən imtina edən sahibkarlar isə incidilir. Başçının sahibkarlardan sonuncu bu cür tələbi 20 ton Ukrayna istehsalı olan armatur olub. Belə ki, rayon rəhbəri 14 nömrəli uşaq bağçasının tikintisi üçün Şəkidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün iş adamlarına 20 ton armatur almağı tapşırıb. Ancaq iş adamlarının bir çoxu icra başçısının tələbini yerinə yetirməkdən boyun qaçırıb. Nəticədə həmin şəxslər Elxan Usubovun qəzəbinə tuş gəlib. Və onlardan bir neçəsinin obyekti heç bir səbəb olmadan yerlə-yeksan edilib. Şəkidəki mənbələrimizdən əldə etdiyimiz ən son məlumatlara görə, Elxan Usubov, həmçinin icra hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin baş məsləhətçisi Nizami İsmayılov və digər məmurlar qəzetimizdə dərc olunan məqalədən sonra yerli sahibkarlara qarşı daha da aqressivləşiblər: "Elxan müəllim iş adamlarını incitməkdən sanki zövq alır. Rayonun keçmiş rəhbərliyinin zamanında da sahibkarların incidilməsi hallarına rast gəlinirdi. Təəssüf ki, eyni problemi bu gün də yaşayırıq. Başçının adamları, xüsusilə də Nizami İsmayılov bizə işləməyə imkan vermir. Vallah çox qəribədir e, bir vaxtlar dövlət çevrilişinə cəhd edəsən, indi də gəlib belə məsul vəzifədə işləyəsən. Nizami İsmayılov keçmişini nə tez yaddan çıxarıb. Rayonun abadlaşmasını, yolların təmir edilməsini, küçələrin gözəlləşməsini bütün şəkililər kimi, biz də istəyirik. Amma icra hakimi bu işlərin çoxunu bizə gördürməyə çalışır. Bunun səbəbini bilmirik. Dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə irihəcmli vəsaitlər ayrılmasaydı, Elxan Usubovu hardasa başa düşərdik, onun istəklərini yerinə yetirərdik. Axı cənab prezident demək olar ki, hər il Şəki İcra Hakimiyyətinə külli miqdarda vəsait ayırır. Həmin pullar hara gedir? Niyə Elxan müəllim büdcə hesabına həyata keçirilməsi nəzərdə tutulan layihələri bizə gördürmək istəyir? Onun qanuna sığmayan hərəkətlərindən cana doymuşuq. Son günlər daha ağır probemlə qarşı-qarşıya qalmışıq. İcra hakimi uşaq bağçasının tikintisi üçün bizə 20 ton armatur aldırmaq istəyir. Şəkidə nə qədər ticarət obyekti varsa hamısına haqq qoyulub. Kim vermək istəmirsə, dərhal cəzalandırılır. Məsələn, bu günlərdə "Elit" çay evinin sahibinin başına müsibət açdılar. Başçının adamları çay evinin yiyəsindən bağça tikintisinə maliyyə yardımı göstərməsini tələb ediblər. Sahibkar buna etiraz edib. Nəticədə başçının göstərişi ilə çay evinin qarşısı başqa bir adama satılıb, deyilənə görə, həmin ərazidə dükan tikiləcək. Beləcə müştərilərin çay evinə girişinin qarşısı alınıb. Hətta rayon rəhbərinin adamlarından biri çay evinin sahibinə "Bundan sonra müştərilərini içəri vertolyotla gətirərsən, ağlın başına gələr" deyə lağ edib". Mənbəmiz vurğulayır ki, icra başçısı rayona ayrılan büdcə vəsaitlərinin bir hissəsinin arxasına keçməklə özünə böyük biznes şəbəkəsi yaradıb: "Onun Şəkidə beton zavodu, çörəkbişirmə sexi və saysız-hesabsız obyektləri var. Bütün market və dükanlar çörəyi başçıya məxsus çörəkbişirmə sexindən almalıdır, başqa cür ola da bilməz. Əks təqdirdə həmin dükanların fəaliyyətinə son qoyulur". Xatırladaq ki, bir müddət əvvəl Elxan Usubovun böyük çətinliklərlə üz-üzə qalması barədə mətbuatda məlumat yayıldı. Saytların yazdığına görə, prezident ötən il Şəki rayonuna 3,3 milyon manat vəsaitin ayrılması üçün sərəncam imzalayıb. Sərəncama əsasən, Şəki şəhərinin Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi davam etdirilməli imiş. Məlumatlarda bildirilir ki, ötən ilin 9 ayının hesabatının verilməsi zamanı, habelə 2014-cü ilin yekun hesabatının hazırlanması prosesində böyük çətinliklər yaranıb: "Şəkinin icra başçısı yarım milyon manatlıq yeyintini ört-basdır edə bilmir. Belə ki, rayonun yerli maliyyə işçiləri heç cür büdcə vəsaitinin xərclənməsi ilə bağlı rəqəmləri uyğunlaşdıra bilmirlər. Söhbət təxminən yarım milyon manata yaxın vəsaitin mənimsənilməsinin ört-basdır edilməsindən gedir. Konkret olaraq icra başçısı tərəfindən məhz yol tikintisinin inşası üçün ayrılan vəsaitdən götürülən həmin yarım milyon manatlıq payın "rəsmiləşdirilməsinə", digər dövlət qurumları da maraqlı görünmədiklərindən Elxan Usubovun maliyyəçiləri əməlli-başlı çıxılmaz vəziyyətə düşüblər. Bunun isə icra başçısına baha başa oturacağı heç şübhəsizdir". Əldə etdiyimiz başqa bir məlumata görə, Şəki rayonunda müxtəlif təmir-tikinti işlərinin həyata keçirilməsi əksər hallarda "Polad" MMC-yə həvalə edilir. Məlumatda deyilir ki, adıçəkilən şirkət Elxan Usubova məxsusdur və şirkətə nəzarəti onun qaynı həyata keçirir. Məhz bu səbəbdən rayonda keçirilən tenderlərin əksəriyyətində "Polad" MMC qalib gəlir.
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi