Neftçalada tməmur özbaşınalığı pik həddə ÇATIB

Neftçalada məmur özbaşınalığı pik həddə
Azərbaycan Respublikasının ana qanunu olan Konstitusiyamızın birinci maddəsinin birinci hissəsində göstərilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır! Məhz bu aspektdən çıxıs edərək ölkə başçısı respublikanın 2014-2018-ci illər üçün inkişaf planına həsr edilmiş toplantıda məmurların əsas vəzifə borclarının xalqa qulluq etmələri olmasını vurğulayaraq, məmur-vətəndaş münasibətlərində xüsusilə həssas davranmalarını teleb etmişdir.
Lakin efsuslar olsun ki, bir çox prezident fərman və sərəncamları kimi ölkə başçısının bu göstərişləri də Neftçala rayonundakı bəzi məmurlar tərəfindən icra olunmur! Daha doğrusu tam əksinə icra olunur! Yeni ki, dəriden-qabıqdan çıxıb min bir fitnə-fesadla əlinə rəhbər vəzifə keçirib kresloya əyləşən bəzi ''məmurlar'' əsas vəzifələrinin dövlət başçısının göstərişinə uyğun olaraq xalqa xidmət etmək yox, şəxsi ambisiyalarını həyata keçirmək olduğunu qərarlaşdırıb, elə xalqın üzərinə ''hücuma'' keçirlər! Deyəndə, deyirlər ki, bu vəzifəyə gəlmək üçün ətək-ətək pul xərcləmişik, onun əvəzini çıxarmalıyıq?!
Belə məmurlardan biri ''Qarabağ müharibəsi veteranları, əlil və şəhid ailələri'' İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri Aydın Aslanovdur! İlk öncə bildirib ki, Aydın Aslanovun bu ictimai təşkilata rəhbərlik etməsinin özü Qarabağ qazilərinə, əlil və səhid ailələrinə qarsı yumşaq desək hörmətsizlikdir! Çünki Aydın Aslanovun Qarabağda nə vaxt, harada olması, hansı istiqamətdə gedən döyüşlərdə istirak etməsini rayonda heç kim bilmir. Bilinən odur ki, Aydın Aslanov məhz Qarabağ müharibəsindən yayınmaq üçün polisdən çıxıb. Hətta bezi ağzıgöyçəklərin dediklərinə görə, Aydın Aslanov tabel silahını Qarabağda qoyub qaçıb?! 2012-ci ildə isə birdən-birə necə oldusa Aydın Aslanov gəldi oldu ''Qarabag müharibəsi veteranları, əlil və şəhid ailələri'' Ictimai Birliyi Neftçala rayon təşkilatının sədri?! Sonra isə, təskilata sədrliyə başlayan kimi Aydın Aslanov basladı rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevdən müxtəlif instansiyalara şikayət ərizələri yazmağa. Daha sonra bu şikayətlərin nə məqsədlə edildiyi aydınlaşdı. Demə, bütün bunlar sadəcə, şahmat termini ilə desək, ''Atla gediş''imiş?! Bunu deməyə Aydın Aslanovun icra başçısı ilə sonrakı yaxınlığı əsas verir. Bir müddət sikayətləri ilə icra başçısını şantaj edən Aydın Aslanov indi artıq icra başçısının obrazlı desək, vuran əli, eşidən qulağı, lazım gələndə danışan dilidir! Rayon rəhbərinin yanında belə hörmət qazanan Aydın Aslanovun ilk işi o oldu ki, rayonun avtovağzalını bu məqsədlər üçün tam yararlı olan bir binadan, rayon mərkəzində-yaşayış binaları, həyət evləri və 3 saylı orta məktəblə əhatə olunmuş bir ərazidə tikilən bazarda, avtovağzal üçün heç bir şəraiti olmayan bir otağa köçürülməsinə nail oldu. Həqiqət naminə deyək ki, bu işdə icra başçısının da xüsusi marağı oldu. Çünki yeni tikilmiş bazarın el dililə desək, gurlaşması icra başçısının da marağında idi. Əks halda bu bazarı da Qobustan rayonunda inşa edilmiş bazarın aqibəti gözləyirdi. Bütün bunlara qanuni don geyindirmək üçün isə rayonun 1 saylı orta məktəbinin direktoru Alim Abdullayevin rəhbərlik etdiyi ''Avtoservis''MMC-yə Aydın Aslanov icraçı direktor təyin edildi. Bu da az oldu! Aydın Aslanov Nəqliyyat Nazirliyinin Cəlilabad rayon 13 saylı Regional Nəqliyyat Departamentinin rəisi Namiq Kərimovla əlbir olub başladı yeni avtovağzalda marşrut alveri etməyə. ''Burda mənəm, Bağdadda Kor Xəlifə" prinsipinə əsaslanan Aydın Aslanov və Namiq Kərimov cütlüyü Neftçala bazarı -Sədərək ticarət mərkəzi marşrutu üzrə işləyən mikroavtobusları şəxsi əmlakları kimi istifade edib, qaz vurub, qazan doldururlar! Kassası olmayan, vətəndaşlara bilet satılmayan ''avtovağzaldan'' qalxan mikroavtobusların sürücüləri hər oturacağa görə Aydın Aslanova reysdə bir manat ödəyirlər. Əvəzində isə Aydın Aslanov onlara ''yolunuz aydın olsun'' deyib yola salır. Yox əgər kimsə Aydın Aslanovun icra başçısı üçün tələb etdiyi 1300 (min üç yüz) manat pulu verməsə, onda Aydın Aslanov həmin sürücüyə hücum edib, onun kimliyindən, ailə vəziyyətindən asılı olmayaraq onu reysdən çıxarıb ailəsini çörəksiz qoyur! Namiq Kərimov da Aydın Aslanova dəstək verib, şikayət edənlərin qarşısında dağ olub, dim-dik dayanır.
Ümumiyyətlə, Nəqliyyat Nazirliyinin əməkdaşlarının törətdikləri özbaşınalıqlardan çox yazılıb, çox göstərilib. Lakin nə faydası?! Yəqin elə bu səbəbdəndir ki, 13 saylı Regional Nəqliyyat Departamentinin inspektoru olan Ramal adlı şəxs rayonda ''at oynadır''. Təxminən, 100 nəfərə yaxın taksi sürücüsünü aylıq 10 manat haqqa ''otuzduran'' Ramal, sürücülərə açıq-açığına meydan oxuyub hara istəsələr sikayət edə billəcəklərini əminliklə deyir! Doğrudan da, hara şikayət etsələr də, kimə dərdlərini desələr də, nə onların şikayətlərinə qulaq asan var, nə də dərdlərinə əlac edən! Belə şikayətçilərdən biri də Neftçala rayon sakini Hüseynov Elmir Təyyar oğludur. Elmirin bildirdiyinə görə, mərhum atası Təyyar Hüseynov uzun illər Neftçala-Bakı marşrutu üzrə mikroavtobusla sərnişindaşıma ilə məşğul olub. Özünün şəxsi avtomobili olmadığı üçün Təyyar Hüseynov başqasının avtomobilini icarəçi qisminde işlədib. 2014-cü il 25 iyulda atası qəfildən dünyasını dəyişib və yas mərasimindən sonra Aydın Aslanov Elmiri çagırıb məsləhət görüb ki, başqası üçün hambalçılıq etməkdənsə borc-xərc edib özünə mikroavtobus alsın, sonra da gəlib atasının növbəsində işləsin. Bu təklifdən sevinən Elmir qohum-əqrəbadan borc-xerc edir, banklardan kredit götürüb ''Ford'' markalı mikroavtobus alır. Aydın Aslanovun yanına gəlib reysə çixmağa hazır olduğunu bildirən Elmirin, Aydın Aslanovdan eşitdiyi cavabın qarşısında nitqi tutulur. Aydın Aslanov Elmirə bildirir ki, reysə çixmaq üçün 1300 manat pul verməlidir. Aydın Aslanov bildirir ki, bu pulu o yox, icra başçısı tələb edir?! Vəziyyətin bu həddə çatdığını görən Elmir Aydın Aslanovun yanına ağsaqqal bildiyi, qohumu Hacı Natiq Hüseynovu xahişə göndərir. Natiq Hüseynova da ''yox'' cavabı verən Aydın Aslanov pulun 13 saylı Regional Nəqliyyat Departamentinin rəisi Namiq Kərimova çatmalı olduğunu deyir. Natiq Hüseynov bu dəfə Namiq Kərimovun Cəlilabad rayonunda yerləşən ofisinə yollanıb Namiq Kərimovdan xahiş edir ki, Elmirin ailə vəziyyətini nəzərə alıb pulun ödənilməsi üçün möhlət versin. Namiq Kərimov isə Neftçala-Bakı marşrutu üzrə hərəkət edən mikroavtobus reyslərində yalnız bir boş yerin olduğunu bildirir və qeyd edir ki, onu da Prezident Adminstrasiyasından tapşırıblar. Amma imkan olsa o, Elmirə kömək edər. Lakin ''Avtoservis''MMC-nin təsisçisi və baş direktoru olan Alim Abdullayevin anasının hüzr mərasimində istirak edən Namiq Kərimov, sonra Aydın Aslanov tərəfindən təşkil edilmiş qonaqlıqda yeyib-içərkən unudularaq açıq qalmiş telefon Namiq Kərimovun ''iç üzünü'' açir. Belə ki, məsələ ilə bağlı növbəti dəfə Namiq Kərimova zəng edən Natiq Hüseynova ''Arxiv baba və Lyonka''nın nağılını danışan Namiq Kərimov içkinin təsirindənmi, həyəcandanmı, yoxsa unutqanlıqdanmı telefonu söndürməyi unudur. Özündən biixtiyar Namiq Kərimovla Aydın Aslanovun söhbətinə qulaq asan Natiq Hüseynov eşidir ki, onlar Natiq Hüseynovun da, Elmir Hüseynovun da sadəlövhlüyünü ələ salıb gülürlər?! Hər şey bu sonluqla bitsəydi nə dərd! Natiq Hüseynovun məsələyə müdaxilə etməsini görən Aydın Aslanov ona qarşı iyrənc bir metoda əl atir. Neftçala-Gəncə marşrutu üzrə isləyən mikroavtobusla Gəncə səhərindəki hospitalda xəstə yatan oğluna Natiq Hüseynovun bağlama göndərdiyini bilən Aydın Aslanov bağlamanı açdırıb içərisinə narkotik maddə olan marixuana yerləsdirir və onun səklini çəkib Neftçala rayon Polis Şöbəsinə aparır. Neftçala rayon Polis Şöbəsində Aydına başa salsalarda ki, bu dəlil-sübut deyil, bu da Aydın Aslanovun Natiq Hüseynova qarşı nifrətini soyutmayıb. Aydın Aslanov Gəncə-Neftçala marşrutu üzrə işləyən və əslən Gəncəli olan sürücüyə tapşırır ki, hospitala gedib Natiq Hüseynovun oğluna hədə-qorxu gəlsin. Sürücü hospitala gedib, lakin əsgər həmin ərəfədə hərbi hissəyə getdiyindən, həkimə hədə-qorxu gəlib. Bütün baş verənlər barədə Natiq Hüseynov da, Elmir Hüseynov da bir çox instansiyalara müraciət etsələr də, yuxarıda qeyd etdiyimiz kimi heç bir xeyri olmayıb?! Əvəzində isə Aydın Aslanov bələdiyyə seçkilərində ''qalib gəlib'', bələdiyyə sədri oldu?! Bələdiyyə sədri olmamişdan, daha doğrusu hələ bələdiyyə seçkiləri keçirilməmişdən 1-2 ay əvvəl bələdiyyə sədri olacağını, buna görə nəisə verdiyini elan edən Aydın Aslanov bələdiyyə sədri olan kimi, Natiq Hüseynovun sahibkarlıq fealiyyətilə məşğul olduğu bazarı dağıdacağına and içib?! Bir sözlə, dünyanın dərdi İŞİD və Eboladırsa, Neftala rayon sakini Elmir Hüseynovun dərdi iki körpə qız övladını, anemiya xəstəliyindən əziyyət çəkən anasını öz zəhmətilə qazandığı halal pulla yaşatmaqdır. Lakin görünür, dünya ISID-ə də, Ebolaya da qalib gələcək, amma Elmir Hüseynovun sesini eşidib, Neftçala rayonunda baş alib gedən korrupsiya və rüşvətxorluq faktlarını araşdırıb ona hüquqi qiymət verməyə cürət edən məmur tapılmayacaq! Yenə də naumid şeytandir deyib, bu məmurların hərəkətlərinə huquqi qiymət veriləcəyinə inanmaq istərdik. Dia.az
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə