Rayon icra hakimiyyəti daxilində çəkişmə

Redaksiyamıza Ağstafada məmur toqquşçasından xəbər verən maraqlı bir müraciət daxil olub. DİA.AZ-a anonim olaraq göndərilən müraciətin müəlliflərinin icra başçısı Məhərrəm Quliyevə yaxın şəxslər olduğu heç şübhəsizdir. Mənbə icra başçısından son zamanlar mətbuatda artan şikayətlərin qaynağını nişan verməyə çalışsa da, həm də əslində Ağstafa RİH daxilindəki toqquşmaları da etiraf etmiş olur.
Azerinfo.az DİA.AZ -a istinadən həmin informasiyanı təqdim edir:
“Son zamanlar bir neçə mətbuat orqanında davamlı şəkildə Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev tənqid olunur. Onun tənqid olunması səbəbsiz deyil. İcra başçısı haqqında tənqidi materialları sayt və qəzetlərə ötürən rayon icra hakimiyyətində çalışan şöbə müdiri Şaiq müəllim və başçının müavini Ramiz müəllim ötürür.
Rayon əhalisinin fikirləri öyrənilsə, bilinər ki, icra başçısı bu iki şəxsin rayonda meydan sulamaqlarına 2 ildir imkan vermir. Hamı bilir ki, rayon əhalisinin varidatı bu iki şəxs tərəfindən talanıb. Hər iki şəxsin maldarlıq fermaları, taxta sexləri, un dəyirmanları, kafe və çayxanaları, 300 hektarlarla torpaq sahələri var və hegamon olublar. Zəli kimi rayon camaatının qanını sovurublar. İndi hər şey əllərindən çıxıb, Məhərrəm Quliyevin Ağstafada nizam-intizam yaratmasını həzm edə bilmirlər. Və bu hesabdan mətbuata davamlı şəkildə Məhərrəm Quliyevdən materiallar ötürürlər.
Həqiqətdə meşələri qırdıran, qaz, su xətlərini torpağın altından çıxarıb satdıran, müxalifətə xidmət edən, rayonda narazılıq yaradan Şaiq və Ramiz müəllim olub. Ramiz Tatarov 25 il bundan qabaq müsavatçı olub. Şaiq Qurbanovun qaynı və özü həmişə AXC partiyasına xidmət ediblər. İndi belə məlumatlar yayılır ki, guya Ağstafada narazılıq var, Şaiq Qurbanov bunun qarşısını alır. Bu səmimiyyətə Ağstafa rayonunda heç kim inanmır.
Hər iki şəxs rayonun keçmiş icra başçısı Cümşüd Musayevlə birləşib rayon əhalisinə divan tutanda nədən belə məsələləri mətbuat yazmırdı? İndi isə qeyd olunur ki, guya Məhərrəm Quliyev Ağstafaya qohumlarını vəzifəyə yerləşdirir. Ağstafada hamı bilir ki, Məhərrəm Quliyevin vəzifədə qohumu yoxdur, özü də Ağstafa rayonundan deyil. Belədirsə, nədən yalandan ajiotaj yaradılır?”
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi