Lənkəranda növbəti qalmaqal
Bolge
Oxunub: 2 332
29 yan 2015 | 11:16
Lənkəranda növbəti qalmaqal


Asfalt zavodunun direktoru Raqib adlı şəxsdən külli miqdarda pul tələb edildiyinə dair iddialar var


Dünən Lənkəran Şəhər Rayon Polis Şöbəsi «əməliyyat» keçirərək, rayonun ən tanınmış iş adamlarından birini həbs edib. Azerinfo.az-ın JAM.AZ-a istinadən yaydığı məlumata görə, Raqib adlı həmin iş adamı Cənub bölgəsindəki ən iri asfalt zavodlarından birinin direktoru işləyir.

Lənkəranda gəzən söz-söhbətə görə, polis rəisi Möhübbət Hüseynov və şəhər prokurorunun birgə qurduğu «əməliyyat»ın məqsədi heç də zavod direktorunu həbsə göndərmək deyil. Əksinə, Raqib adlı iş adamından külli miqdarda pul istənildiyinə dair söhbətlər dolaşır. İddia edilir ki, guya, polis rəisi adıkeçən sahibkardan külli miqdarda pul müqabilində azadlığa buraxılacağını deyib.

Rayondan aldığımız məlumata görə, həbs olunan Raqib həqiqətən də maddi imkan baxımından ölkənin ən sayılıb, seçilənləri sırasındadır. Üstəlik, onun qurduğu iş bölgədə rəqabətədavamlılığı ilə də ad çıxarıb. Çünki bir müddət əvvəl Lənkəranda istifadəyə verilən Gilan Asfalt Zavodu fəaliyyət göstərsə də, bunun Raqibin zavoduna heç bir təsiri olmayıb. Halbuki regiondakı əksər asfalt zavodları rəqabətə dözməyib, sıradan çıxıb.

JAM.AZ-a verilən məlumatda o da deyilir ki, Raqibə qarşı konkret olaraq hansı ittihamın irəli sürüldüyü də məlum deyil. Ehtimal edilir ki, Raqibi həbsdə saxlamaq üçün heç də kiçik «cinayət»lərdən istifadə olunmayacaq. Bunun üçün daha tutarlı «əsas» yaradılacaq.

Lənkəran camaatı bu olayı maraqlı bir şəkildə ifadə edir: «Polis rəisi Möhübbət Hüseynovun toruna qızıl balıq düşüb».
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi