Vaqif Səlimov “xod” gedir

Su təminatından manipulyasiya etmək üçün minbir rola girən Vaqif Səlimov, suyun bir kubunu qəbul olunmuş Səlimov “qanunları”na uyğun satışa çıxarır
Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi, cənab Vaqif Səlimovun qol qoyduğu qanunsuzluqlar barədə dərc etdiyimiz açıqlamalardan sonra, deyəsən o, yamanca “xod” getməyə başlayıb. Ümumiyyətlə, “xod” getmək yaxşı əlamətdir, amma gərək elə edəsən ki, yol gedərkən, hansısa mövzu haqda danışarkən, məsələyə münasibət bildirərkən və.s “sürət həddi”ni aşmayasan. Əgər kimsə “sürət həddi”ni aşarsa, çox zaman bu acı bir sonluqla da nəticələnə bilər. Elə bu səbəbdən də, dəyərli dostlara, qiymət verdiyimiz insanlara, şəxsiyyətinə hörmət etdiyimiz hər kəsə və.s tövsiyyəmiz odur ki, “xod” gedərkən bir az diqqətli olmaq lazımdır.
Amma belə bir tövsiyyələrimizə baxmayaraq, şəxsiyyətinə hörmət etdiyimiz Vaqif Səlimov, son vaxtlar KİV nümayəndələrinə qarşı yamanca “xod” getməyə başlayıb. Məsələn, əldə etdiyimiz məlumatlara görə o, bir müddət bundan əvvəl Xaçmaz rayon İcra Hakimiyyətində iki nəfər media nümayəndəsinə kəskin iradını bildirən SSİ-nin rəisi, onu da vurğulayır ki, “sizlər məndən yazmaqla nəyə nail olacaqsınız. Mənim arxamda dağ kimi söykəndiyim komitəmiz, bir də ki, rayonda mühüm vəzifə daşıyan rəhbər şəxslərdən biri durur. Mən bu günə qədər yığdığımı yığmışam, yediyimi yemişəm. Tutaq ki, məndən yazırsınız, məni də işdən çırarırlar, mən heçnə itirəsi deyiləm. Gedin, nə bacarırsınızsa onu da yazın” deyir.
Belə bir yanaşma, əslində bu gün hər kəsi düşündürməli, hər kəsi götür-qoy etməyə vadar etməlidir. Axı, necə ola bilər ki, hakimiyyətin ən yuxarı kürsüsündə vəzifə sahibi olan hər kəs, media təmsilçilərinə diqqətlə yanaşırlar, hörmət və ehtiramlarını bildirirlər. Vaqif Səlimov gəldikdə isə o, KİV nümayəndələrini saya salmır, hətta aşağılayıcı münasibət bildirməkdən belə çəkinmir.
Bütün bunlar qalsın bir yana, Vaqif Səlimov qanunsuzluğa söykənən iş fəaliyyəti haqda məlumatları, informasiya mərkəzimizə çatdıran mənbə onu da vurğulayır ki, onun bu günədək əldə etdiyi gəlirin daha çoxu, büdcə vəsaitini oğurlamaqdan keçir. Məslən, komitədən müxtəlif layihələri həyata keçirmək üçün, idarəyə külli miqdarda pul vəsaiti ayrılır. Bu zaman SSİ-nin rəisi həmin vəsaitlərin çoxunu, guya bir çox layihələrin həllinə yönəldir adı altında mənimsəyir. Əldə etdiyimiz səhih məlumatlara görə o, təkcə bu yolla hər kvartalda yüz minlərlə manatı “çıxdaş” da edə bilir. İdarənin balansında olan texnikaların təmiri adı altında, külli miqdarda vəsait də Vaqif Səlimov tərəfindən “həzmi-rabedən” keçirilir. Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin suvarma suyuna ehtiyacı olanda, SSİ-i rəisinin bəxti yamanca “gül” açır. Yəni, su təminatından manipulyasiya etmək üçün minbir rola girən Vaqif Səlimov, suyun bir kubunu qəbul olunmuş Səlimov “qanunları”na uyğun satışa çıxarır. Belə bir halın varlığı isə, ümumi ictimai narazılığına baş qaldırmasına gətirib çıxaran hal olur.
Bütün bu kimi amillərin varlığıdır ki, bu gün Vaqif müəllim həm davranışına, həm də maliyyə imkanına görə, Xaçmazda ən “xod” gedən vəzifə sahiblərindən biri hesab olunur. Diqqəti cəlb edən hal odur ki, hələ bir neçə gün bundan əvvəl cənab Vaqif müəllimin qol qoyduğu qanunsuzluqlardan bəhs etmişdik. Elə bu səbəbdən də, əldə etdiyimiz məlumatları əsas tutaraq onun ünvanına məktubla müraciət etdik ki, hər kvartal üçün büdcədən ayrılan vəsaitin həcmi və həmin vəsaitlərdən hansı məqsədlər üçün istifadə olunması haqda suallarımıza cavab versinlər. Təəssüf doğuran hal o oldu ki, qanunvericiliyin tələb etdiyi müddətdən çox vaxt keçməsinə baxmayaraq, biz bu gün də qarşı tərəfdən ünvanladığımız məktuba yazılı cavab əldə edə bilmirik. Bax bu kimi halın varlığı, şəxsiyyətinə hörmət etdiyimiz Vaqif müəllimin “xod” getməsi deyilmi?
Hörmətli oxucular! İnformasiya mərkəzimizi müfəssəl məlumatlarla məlumatlandıran mənbə, Vaqif müəllimin son iki ayda hər kəsi şoka salacaq qanunsuzluqlara qol qoyduğunu və bu haqda məlumatları bizimlə bölüşəcəyini bildirib. Odur ki, yaxın günlərdə, həmin məlumatlarla sizləri məlumatlandırmağa çalışacağıq.
Qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.
Odur ki, bizi izləməyi unutmayın.
Elmar
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu
22-08-2026, 09:53
Bütün Hörmüz regionuna ABŞ nəzarət edir - Tramp
22-08-2026, 09:38
Əməkdar jurnalist vəfat etdi