Zaqatala təhsili məhvə sürüklənir
Bolge
Oxunub: 2 776
24 noy 2014 | 22:49
Zaqatala təhsili məhvə sürüklənir

Zaqatala təhsili məhvə sürüklənir

Artıq neçə illərdir ki, rəhbərlik etdiyi təhsil şöbəsini rüşvətxorluq girdabına sürükləyən cənab Habil müəllimi, yaxın vaxtlarda nələr gözləyə bilər?

Qurbanov soyadı ilə tanınan Zaqatala rayon təhsil şöbəsinin müdiri cənab Habil Qurbanovun adı, artıq respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsinlər. Amma, Qurbanov soyadı ilə tanınan Zaqatala rayon təhsil şöbəsinin müdiri Habil Qurbanovun adı çəkiləndə isə, hər kəs bir anlığa olsa da, onu təhsilimizin qənimi hesab etməkdən belə çəkinmirlər.
Belə bir yanaşma hardan qaynaqlanır, niyə ona qarşı belə bir ictimai münasibət formalaşıb? Belə bir sualın əmələ gəlməsinə səbəb olan amillər nələrdir? Odur ki, bu haqda lazımi məlumatları əldə etmək üçün, heç də vaxt itirməyə dəyməz. Sadəcə olaraq, rayonun bir neçə təhsil ocaqlarına baş çəkmək kifayət edər ki, cənab Habil müəllimi nədən təhsilimizin qənimi hesab edirlər yanaşmasına aydınlıq gətirə bilək. Çünki, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, H.Qurbanov neçə illərdir ki, daşıdığı vəzifəsinə sahib olub və bu illər ərzində Zaqatala təhsilinə o, elə bir zərbələr vurub ki, bu zərbələrin izini hələ uzun müddət təmizləmək mümkün olmayacaq.
Cənab Habil müəllimin həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda məlumatları informasiya mərkəzimizə təqdim edən mənbə bildirir ki, o, hər il dərs günü başlamazdan əvvəl, məktəb direktorlarının iştirakı ilə “məşvərəti-məclis” keçirir və onlara lazımi tapşırıqlarını da verir. Keçirilən görüşdə təhsilə dair bir neçə məsələ müzakirəyə çıxarılsa da, əsas müzakirə mövzusu şöbə müdirinin maraqlarının təmin olunmasına yönəldilir. Məsələn, o, keçirilən “məşvərəti-məclis”də məktəb direktorlarına tapşırıqlarını verir ki, yeni dərs ili başladı, məktəblilər dərsə məktəbli formasında getməlidirlər. Verilmiş tapşırıqların mahiyyətini anlayan kəs həm də gözəl bilir ki, verilən tapşırıqlar heç də elə-belə verilmir. Çünki, rayon mərkəzinin yerləşdiyi ərazidə və ətraf bölgələrdə məktəbli formasını tikən bir neçə sexlər var ki, həmin sexlər də, bu və ya digər yollarla Habil müəllimə bağlı olan sexlərdirlər. Dərs günü başlamazdan əvvəl, elə ki, həmin sexlərdə məktəbli formaları tikilib hazır olur, bu zaman şöbə müdiri məktəb direktorlarından konkret siyahını tələb edib və məktəbli formalarını onlara siyahı ilə paylatdırır. Ümumi satışdan əldə olunan gəlirin bir hissəsi həmin sexlərə çatsa da, gəlirin daha çox hissəsi şöbə müdiri ilə məktəb direktorları arasında “pay-püş” edilir.
Bundan əlavə, rayonun təhsil ocaqlarında direktor vəzifəsini daşıyanların tam əksəriyyəti, Habil müəllimə bağlı məktəb direktorlarıdırlar. O, belə bir addımlarını atarkən yüz ölçüb bir biçib. Yəni, əvvəlcədən götür-qoy edib ki, hər təhsil ocağına rəhbər təyin olunan şəxs ona bağlı şəxs olmalıdır. Çünki, müəyyən maxinasiyaları, saysız-hesabsız qanunsuzluq əməllərini və.s ört-basdır etmək üçün, o, zamanında məsləhətli addımlarını atıb. Bu gün də nəticə göz önündədir. Məsələn, rayondakı mənbəmiz informasiya mərkəzimizi məlumatlandıraraq bildirir ki, dərs günü başlamazdan əvvəl, Zaqatalanın bütün təhsil ocaqlarında dərs saatları rəhbərliyin maraqları çərçivəsində bölünür. Elə ki, dərs gününün başlamasından bir qədər vaxt keçir, rayonun əksər məktəblərinin yuxarı sinif şagirdlərindən bəzilərini siniflərdə görmək mümkün olmur. Çünki, onların valideyinləri əvvəlcədən məktəb direktorları ilə anlaşa bilirlər və müəyyən “haqq-hesab”ın müqabilində, övladlarının repititor yanına getmələrinə ümumi razılıq əldə edə bilirlər. Əldə etdiyimiz məlumatlara görə belə bir razılaşma, hər valideyinə il ərzində min manata başa gəlir. Sözsüz ki, əldə olunan gəlirlər məktəb direktorları ilə şöbə müdiri arasında, əvvəlcədən razılaşdırılmış şərtlər əsasında bölünür.
Zaqatala təhsilində yaşanan belə bir ab-havanın varlığı onu söyləməyə əsas verir ki, bəli rəhbərliyin yarıtmaz idarəçiliyi vəziyyətin bu həddə gəlib çatmasına səbəb olan əsas amildir. Diqqəti cəlb edən digər hal da odur ki, rayon icra hakimiyyəti başçısının da vəziyyət haqda kifayət qədər məlumatlı olması və vaxtında qabaqlayıcı tədbirlər görməməsidir.
Artıq dövr dəyişib, zaman yeniləşib. Yəni, sabiq nazirin idarəçiliyi, bu gün yeni təfəkkürə, yeni idarəçilik üslubuna söykənən cənab Mikayil Cabbarovun idarəçiliyi ilə əvəzlənib. Rəhbərliyin dəyişdiyi ilk vaxtlarda, əmələ gələn ab-hava əksəriyyətdə belə bir fikir formalaşdırmışdı ki, Zaqatala təhsilində şöbə müdirliyi vəzifəsi, heç də Habil müəllimə düşərli olmayacaq. Bizlərdə də bu cür düşüncə tərzinin formalaşmasına səbəb o idi ki, Azərbaycanın təhsil sistemində sanki qara ləkə hesab olunan belə bir faktorun varlığı, Zaqatala təhsilinə artıq neçə illərdir ki, bədbəxtçilik və üzqaraldan əməllərdən başqa nəsə nəsib etməyib.
Sevindirici hal o oldu ki, cənab M.Cabbarov təyinatının ilk günlərindən müəyyən addımlarını atmağa başladı. Yerlərdən ünvanlanan şikayətlərin araşdırılması, baş verən neqativ amillərin müəyyən olunması, işinin öhdəsindən gələ bilməyən rəhbər şəxslərin dəqiqləşdirilməsi və vəzifələri ilə vidalaşmaları istiqamətində addımların atılması, hər kəsə ümid verdi. Belə olan halda inanırıq ki, bu il “yola salınacaq” vəzifə sahiblərindən biri də, cənab Habil Qurbanov olacaq. Həmin günün reallaşacağını tək biz yox, Zaqatala təhsilində əvəzsiz xidməti olanlar da səbirsizliklə gözləyirlər. İnanırıq ki, Habil müəllimin şöbə müdirliyindən “yola salınması” Zaqatala təhsilinə yeni bir nəfəs verəcək. Bu hər kəsin istəyi, həm də zamanın tələbidir.
Sadalanan problemlərin varlığı ilə əlaqədar, qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.
Daha ətraflı növbəti sayımızda.
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"