Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır
Bolge
Oxunub: 2 382
11 okt 2014 | 08:05
Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Rayon icra hakimiyyəti qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub

Tahir Kərimov Salyana İH başçısı təyin edildikdən sonra bu rayonda sözün həqiqi mənasında bir sıçrayış,tərəqqi hiss olunmağa başladı.Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Rayon icra hakimiyyəti qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail oldu.

Regionun digər rayonları kimi, Salyanda da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır.

Salyan rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Rayon mərkəzi — Salyan şəhəri gündən–günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Rayonda görüşüb söhbət etdiyimiz insanlarda bölgənin inkişafından razı qaldıqlarını bildirirlər.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov inkişafın bundan sonra da davamlı olacağını deyir.

İcra başçısı onu da əlavə edir ki, cari ilin birinci rübündə əldə olunan nailiyyətlər bu inkişafın bariz nümunəsidir.

İcra başçısı söhbətinə konkret misallarla davam edir:

— Salyan rayonunun sosial–iqtisadi inkişafı sahəsində cari ilin birinci rübündə görülən işlər cənab İlham Əliyevin imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial–iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Qısa tarixi bir müddətdə ən mürəkkəb sosial problemləri müvəffəqiyyətlə həll edərək Azərbaycanı güclü iqtisadi potensialı, maliyyə resursları, müasir infrastruktur şəbəkələri olan qüdrətli bir dövlətə çevirmək cənab İlham Əliyevin böyük uzaqgörənliyi, idarəçilik məharəti, beynəlxalq aləmdə nüfuzlu mövqeyi, qətiyyəti siyasi tədbirlərin sayəsində baş vermişdir. Son illər Salyan rayonu sözün həqiqi mənasında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün rayonda görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır. Şəhərin və ətraf ərazinin abadlaşdırılması istiqamətində tədbirlər ardıcıllıqla davam etdirilir.

Bu gün böyük razılıq hissi ilə deyə bilərəm ki, cənab İlham Əliyevin diqqət və qayğısı, tapşırıq və göstərişləri, aidiyyəti dövlət orqanlarının, xüsusən də Fövqəladə Hallar Nazirliyinin böyük səyi, ardıcıl tədbirləri sayəsində subasmaya məruz qalmış yaşayış məntəqələrində iqtisadi və sosial həyat tam bərpa olunmuş, bütün infrastruktur yenidən qurularaq insanların rahat şəraiti təmin edilmişdir.

Rayon icra hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur.

Azərbaycan Respublikası Prezident Administrasiyasının tövsiyələri rəhbər tutularaq əhali ilə hər həftə səyyar qəbullar keçirilmiş, qaldırılan problemlərin həlli istiqamətində son illərin ən yaxşı təcrübəsi olan, insanlarla birbaşa təmas yaratmağın əhəmiyyətindən lazımınca istifadə edilməsinə başlıca yer ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasətin başlıca məqsədi—hər şey insan naminə, insanın rifahı üçün olan proqram müddəası indi getdikcə daha dərin, daha konkret məzmun kəsb edir. Zaman hər bir insanın gərgin və yaradıcılıqla işləməsini tələb edir. Hamımız birgə işləməli, vətəndaşlıq borcumuzu yerinə yetirməli, cəmiyyətin rifahı naminə vicdanla çalışmaq nümunəsi göstərməliyik.

Çox qədim tarixə və zəngin ənənələrə malik olan Salyan indi özünün yeni inkişaf dövrünü yaşamaqdadır. Son bir neçə ildə rayon iqtisadiyyatına milyonlarla manat əsaslı vəsait qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Salyana etdiyi son səfərlər, rayonun sosial-iqtisadi inkişafına dair əlavə ayrılan vəsaitlər hesabına rayonun infrastrukturu nəzərəçarpacaq dərəcədə dəyişməkdədir. Yenilənən təkcə sosial-iqtisadi həyat deyil, eyni zamanda rayonda maddi-mənəvi dəyərlərin qorunması da yüksək səviyyədədir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 oktyabr 2013-cü il tarixində Muğan Babazanlı abidələrinin 2800 illiyinin keçirilməsi barədə Sərəncam imzalamışdır. Sərəncamda olduqca zəngin və böyük keçmişə malik Salyan ulu əcdadlarımızın ən qədim zamanlardan yaşayış məskəni seçdikləri ərazi kimi təqdim edilir. Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi Respublika Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Salyan rayon İcra hakimiyyəti ilə birlikdə geniş şəkildə qeyd edilməsi nəzərdə tutulur.

Muğan Babazanlı abidələrinin 2800 illik yubileyinin yüksək səviyyədə keçirilməsi bölgənin, bütövlükdə respublikamızın mədəni-ictimai həyatında mühüm hadisədir. Ona görə də özünün qədim tarixi ənənələri ilə fəxr edən Salyan yubiley tədbirini yüksək səviyyədə keçirməyə hazırlaşır.

İlk belə tədbir 10 oktyabr tarixində Salyan məktəblilərin şəhər mərkəzindən başlayaraq ümummili lider Heydər Əliyevin adını daşıyan parka qədər olan məsafəyə etdikləri yürüşlə start götürüb. Yürüşün sonunda tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət ediblər. Azerinfo.az Muğan Babazanlı abidələrinin 2800 illik yubileyinə həsr edilmiş həmin yürüşdən fotonu təqdim edir.

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır

Salyan - Hər şey əhalinin rifah halının yaxşılaşmasına hesablanır
Dünən, 16:24
İlham Əliyev bu şəxsləri medalla təltif etdi
Dünən, 16:00
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir
Dünən, 15:30
Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı
Dünən, 13:11
Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Dünən, 13:00
Deputat pəncərədən tullanıb qaçıbmış...
Dünən, 12:29
Nizami Kino Mərkəzinin divarını cızma-qara edənlər tutuldu
Dünən, 12:23
Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR
Dünən, 11:48
TƏCİLİ! Azərbaycan Ordusu BU İSTİQAMƏTDƏ yürüşə başladı
Dünən, 11:37
Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək
Dünən, 11:32
Trampdan yeni İran açıqlaması: Biz hələ başlamamışıq
Dünən, 11:22
SEPAH: "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirdik
Dünən, 10:42
Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?
Dünən, 10:38
Gəncədə avtomobil mağazaya girdi - Fotolar
Dünən, 10:20
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
Dünən, 09:38
Sürücülərin nəzərinə!
Dünən, 09:34
İran “Oracle”ı hədəf aldı
Dünən, 09:31
DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!
Dünən, 09:27
Türkiyə millisinə yeni himn bəstələyəcək
Dünən, 09:19
Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatdı
Dünən, 09:15
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 09:00
Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK
2-04-2026, 16:00
Ermənistan böyük güclərin toqquşma xəttində: seçki öncəsi polemika və geosiyasi mesajlar
2-04-2026, 15:30
Trampdan QALMAQALLI AÇIQLAMA: "Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir!"
2-04-2026, 14:23
Mərkəzi Bankdan qiymət artımları ilə bağlı PROQNOZ
2-04-2026, 13:11
Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb
2-04-2026, 12:29
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
2-04-2026, 12:13
Ağdam-Xankəndi dəmir yolunda tikintinin təxminən 43 %-i tamamlandı