Kamaləddin Qafarov: “Ordumuz soyqırımı qurbanlarının və şəhidlərin qisasını döyüş meydanında aldı”
---
Oxunub: 14
31 mar 2026 | 11:01
Kamaləddin Qafarov: “Ordumuz soyqırımı qurbanlarının və şəhidlərin qisasını döyüş meydanında aldı”


“Son iki əsr ərzində ermənilərin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları fonunda xalqımıza qarşı törədilmiş ən ağır cinayətlərdən biri də 1918-ci ilin mart soyqırımıdır”.

Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mətbuata açıqlamasında səsləndirib.

O, bildirib ki, həmin dövrdə baş verən hadisələr xüsusi qəddarlığı və geniş miqyası ilə seçilir. “Təkcə milli və dini mənsubiyyətinə görə qətlə yetirilən günahsız insanların sayı on minlərlə ölçülür. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə bolşevik silahlı dəstələri və erməni daşnak qrupları tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğınlar törədilmiş, minlərlə insan doğma yurdlarından zorla didərgin salınmışdır. Həmin qanlı hadisələr zamanı on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insan da erməni daşnak dəstələrinin hücumlarının qurbanı olmuşdur. Bu faciələrin baş verməsində “Daşnaksutyun” partiyasının iştirakı və təşkilatçı rolu isə danılmazdır. Tarixi mənbələr göstərir ki, Bakı Sovetinin təxminən 6 min silahlı əsgəri ilə yanaşı, “Daşnaksutyun”un 4 min nəfərlik silahlı dəstəsi də dinc əhaliyə qarşı həyata keçirilən qırğınlarda iştirak etmişdir. Bütün bunlar 1918-ci ilin mart-aprel hadisələrinin həm miqyasına, həm də qəddarlığına görə tarixdə ən dəhşətli qətliamlardan biri kimi qiymətləndirilməsinə əsas verir. Faciənin real miqyasını anlamaq üçün Bakı ilə yanaşı, Şamaxı və Qubada baş verən qırğınların da geniş şəkildə araşdırılması böyük əhəmiyyət daşıyır.”
Millət vəkili qeyd edib ki, 31 Mart soyqırımı ilə bağlı həqiqətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə atılıb: “Azərbaycan tarixinin müxtəlif dövrlərində xalqımızın üzləşdiyi haqsızlıqların araşdırılması kimi, 1918-ci il mart hadisələrinə də siyasi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə gündəmə gətirildi. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında qeyd olunur ki, XIX–XX əsrlərdə baş verən faciələr torpaqlarımızın zəbt olunması ilə müşayiət edilmiş və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi planlı soyqırımı siyasətinin tərkib hissəsini təşkil etmişdir. Həmin sənədin imzalanması ilə martın 31-i rəsmi olaraq “Azərbaycanlıların Soyqırımı Günü” elan olundu. Lakin tarix göstərdi ki, xalqımıza qarşı törədilən cinayətlər cavabsız qalmadı. 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsində Azərbaycan Ordusu düşmən üzərində qələbə qazanaraq şəhidlərimizin qisasını döyüş meydanında aldı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş birgünlük antiterror tədbirləri isə Qarabağda separatizmin tamamilə aradan qaldırılması ilə nəticələndi və Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Bu gün Azərbaycan Respubliksının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə üçrəngli bayrağımızın dalğalanması həm xalqımıza böyük qürur yaşadır, həm də soyqırımı qurbanlarının və şəhidlərimizin ruhuna ehtiramın ifadəsidir”.
Dünən, 16:24
İlham Əliyev bu şəxsləri medalla təltif etdi
Dünən, 16:00
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir
Dünən, 15:30
Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı
Dünən, 13:11
Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Dünən, 13:00
Deputat pəncərədən tullanıb qaçıbmış...
Dünən, 12:29
Nizami Kino Mərkəzinin divarını cızma-qara edənlər tutuldu
Dünən, 12:23
Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR
Dünən, 11:48
TƏCİLİ! Azərbaycan Ordusu BU İSTİQAMƏTDƏ yürüşə başladı
Dünən, 11:37
Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək
Dünən, 11:32
Trampdan yeni İran açıqlaması: Biz hələ başlamamışıq
Dünən, 11:22
SEPAH: "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirdik
Dünən, 10:42
Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?
Dünən, 10:38
Gəncədə avtomobil mağazaya girdi - Fotolar
Dünən, 10:20
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
Dünən, 09:38
Sürücülərin nəzərinə!
Dünən, 09:34
İran “Oracle”ı hədəf aldı
Dünən, 09:31
DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!
Dünən, 09:27
Türkiyə millisinə yeni himn bəstələyəcək
Dünən, 09:19
Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatdı
Dünən, 09:15
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 09:00
Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK
2-04-2026, 16:00
Ermənistan böyük güclərin toqquşma xəttində: seçki öncəsi polemika və geosiyasi mesajlar
2-04-2026, 15:30
Trampdan QALMAQALLI AÇIQLAMA: "Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir!"
2-04-2026, 14:23
Mərkəzi Bankdan qiymət artımları ilə bağlı PROQNOZ
2-04-2026, 13:11
Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb
2-04-2026, 12:29
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
2-04-2026, 12:13
Ağdam-Xankəndi dəmir yolunda tikintinin təxminən 43 %-i tamamlandı