Göydəniz Qəhrəmanov: “Regionda sülhün bərqərar olması siyasi sabitlik yaratmaqla yanaşı həm də iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açır”
---
Oxunub: 15
14 mar 2026 | 23:29
Göydəniz Qəhrəmanov: “Regionda sülhün bərqərar olması siyasi sabitlik yaratmaqla yanaşı həm də iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar açır”


“Müasir beynəlxalq münasibətlər sistemi yeni geosiyasi transformasiya mərhələsindən keçir. Bu prosesdə regional sabitlik və əməkdaşlıq mexanizmləri xüsusilə böyük əhəmiyyət kəsb edir. Bakıda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində çıxış edən Prezident İlham Əliyev məhz bu məsələlərə geniş toxunaraq Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqları diqqətə çatdırdı.
Cənab Prezident çıxışında vurğuladı ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman əsas prioritet olub. Uzun illər ərzində ölkəmizin qarşısında duran əsas məqsəd suverenliyin və ərazi bütövlüyünün bərpası idi. Dövlət başçısı qeyd etdi ki, bu məqsədə nail olmaq uzun müddət tələb edib və mürəkkəb proses olub. Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarını beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq müdafiə edib: “Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünü müdafiə hüququ çərçivəsində həyata keçirdik”. Qeyd olunmalıdır ki, Azərbaycanın münaqişənin həlli prosesində əldə etdiyi təcrübə beynəlxalq müstəvidə də böyük əhəmiyyət kəsb edir. Azərbaycan əvvəlcə işğal faktı ilə üzləşmiş, daha sonra isə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını azad etmişdir. Dövlət başçısının dediyi kimi, biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Bu yanaşma göstərir ki, ədalət və beynəlxalq hüquq bəzən yalnız qətiyyətli addımlar nəticəsində bərpa olunur.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov ifadə edib.

Daha sonra deputat Prezidentin öz çıxışında vasitəçilik institutuna dair səsləndirdiyi fikirlərə diqqət çəkərək onların önəmini vurğuladı: “Prezident İlham Əliyev bildirdi ki, uzun illər münaqişənin həlli ilə məşğul olan və ATƏT-in Minsk qrupu kimi tanınan vasitəçilik mexanizmi real nəticə vermədi. Bu format münaqişənin həllindən daha çox onun dondurulmasına xidmət edirdi. Məhz buna görə də Azərbaycan yeni yanaşma seçərək ikitərəfli danışıqlara üstünlük verdi. Dövlət başçısı vurğuladı: “Biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq”. Regionda sülhün bərqərar olması yalnız siyasi sabitlik yaratmaqla məhdudlaşmır. Bu proses həm də iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycanın qlobal logistika sistemində oynadığı rol çox önəmlidir. Ölkəmiz son illərdə nəqliyyat və logistika infrastrukturuna böyük investisiyalar yatıraraq mühüm tranzit mərkəzinə çevrilib. Bu gün Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əvəzolunmaz tərəfdaş kimi çıxış edir. Bu dəhlizlərin fəaliyyəti yalnız region ölkələri üçün deyil, bütövlükdə Avrasiya məkanında tədarük zəncirlərinin sabitliyi baxımından böyük əhəmiyyət daşıyır. Müasir dövrdə münaqişələrin nəqliyyat marşrutlarına mənfi təsir göstərdiyi şəraitdə Azərbaycan alternativ və etibarlı logistika imkanları təqdim edir. Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində intensiv iş aparılır. Bu layihə region ölkələri arasında əlaqələri genişləndirməklə yanaşı, Azərbaycanın müxtəlif hissələrini birləşdirən yeni nəqliyyat infrastrukturu yaratmağa imkan verəcək. Bütün bu proseslər göstərir ki, Azərbaycan regionda yalnız siyasi sabitlik yaradan dövlət deyil, həm də geniş iqtisadi və nəqliyyat əməkdaşlığı üçün platforma formalaşdıran əsas aktorlardan biridir. XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər də bu reallığı bir daha təsdiqlədi: sülh, təhlükəsizlik və bağlılıq bir-biri ilə sıx əlaqəli amillərdir və bu istiqamətdə əldə olunan nəticələr yalnız regional deyil, qlobal miqyasda da mühüm əhəmiyyət daşıyır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Dünən, 16:24
İlham Əliyev bu şəxsləri medalla təltif etdi
Dünən, 16:00
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir
Dünən, 15:30
Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı
Dünən, 13:11
Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Dünən, 13:00
Deputat pəncərədən tullanıb qaçıbmış...
Dünən, 12:29
Nizami Kino Mərkəzinin divarını cızma-qara edənlər tutuldu
Dünən, 12:23
Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR
Dünən, 11:48
TƏCİLİ! Azərbaycan Ordusu BU İSTİQAMƏTDƏ yürüşə başladı
Dünən, 11:37
Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək
Dünən, 11:32
Trampdan yeni İran açıqlaması: Biz hələ başlamamışıq
Dünən, 11:22
SEPAH: "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirdik
Dünən, 10:42
Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?
Dünən, 10:38
Gəncədə avtomobil mağazaya girdi - Fotolar
Dünən, 10:20
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
Dünən, 09:38
Sürücülərin nəzərinə!
Dünən, 09:34
İran “Oracle”ı hədəf aldı
Dünən, 09:31
DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!
Dünən, 09:27
Türkiyə millisinə yeni himn bəstələyəcək
Dünən, 09:19
Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatdı
Dünən, 09:15
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 09:00
Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK
2-04-2026, 16:00
Ermənistan böyük güclərin toqquşma xəttində: seçki öncəsi polemika və geosiyasi mesajlar
2-04-2026, 15:30
Trampdan QALMAQALLI AÇIQLAMA: "Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir!"
2-04-2026, 14:23
Mərkəzi Bankdan qiymət artımları ilə bağlı PROQNOZ
2-04-2026, 13:11
Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb
2-04-2026, 12:29
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
2-04-2026, 12:13
Ağdam-Xankəndi dəmir yolunda tikintinin təxminən 43 %-i tamamlandı