Göydəniz Qəhrəmanov: “Azərbaycanın sinerji modeli ölkəni gələcəyin enerji bazarında rəqabətədavamlı oyunçu kimi möhkəmləndirir”
---
Oxunub: 25
8 mar 2026 | 00:04
Göydəniz Qəhrəmanov: “Azərbaycanın sinerji modeli ölkəni gələcəyin enerji bazarında rəqabətədavamlı oyunçu kimi möhkəmləndirir”


“Azərbaycanın enerji diplomatiyası son illərdə miqyas və məzmun baxımından yeni mərhələyə qədəm qoyub. Bu gün ölkəmiz 16 dövlətə qaz tədarük edir və boru kəmərləri vasitəsilə ixrac coğrafiyasının genişliyinə görə dünya miqyasında ön sıralarda qərarlaşıb. Prezident İlham Əliyevin əvvəlki çıxışlarında səsləndirdiyi planların artıq reallığa çevrilməsi strateji xəttin ardıcıl və hesablanmış olduğunu təsdiqləyir. Qaz təchizatının Avropa hüdudlarından kənara çıxaraq Suriyaya qədər uzanması isə Azərbaycanın enerji siyasətinə humanitar ölçü də əlavə edir. Elektrik qıtlığı yaşayan bir ölkəyə dəstək göstərilməsi enerji resurslarının yalnız kommersiya deyil, həm də sabitlik aləti olduğunu nümayiş etdirir.”

Bu sözləri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə bağlı aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat fikirlərini davam etdirərək Məşvərət Şurası çərçivəsində yaşıl gündəliyin xüsusi yer tutmasının təsadüfi olmadığını diqqət mərkəzinə gətirib: “Regionda ən böyük külək elektrik stansiyasının, 240 meqavatlıq obyektin istifadəyə verilməsi və bundan əvvəl 230 meqavatlıq günəş stansiyasının işə salınması Azərbaycanın alternativ enerji strategiyasının konkret nəticələridir. Bu layihələrdə həm beynəlxalq investorların, həm də SOCAR başda olmaqla yerli şirkətlərin iştirakı balanslı tərəfdaşlıq modelini formalaşdırır. Yeni ötürücü xətlərin çəkilməsi, Qara dənizin dibi ilə Avropaya uzanacaq kabel və Mərkəzi Asiyadan Azərbaycana enerji bağlantısı layihələri gələcək üçün inteqrasiya platforması yaradır. Bu təşəbbüslərin əhəmiyyəti yalnız generasiya gücü ilə ölçülmür. Onlar bir çox ölkələrin enerji təhlükəsizliyi üçün fundamental xarakter daşıyır. Alternativ mənbələrə əsaslanan müqavilələrin artıq imzalanması isə planların kağız üzərində deyil, icra mərhələsində olduğunu göstərir. Eyni zamanda, Prezidentin vurğuladığı kimi, iqlim məsələlərinə ideoloji deyil, praqmatik yanaşma vacibdir. Azərbaycan qaz ehtiyatlarının uzunmüddətli perspektiv üçün kifayət etməsinə baxmayaraq, milyardlarla sərmayəni bərpaolunan enerjiyə yönəldir. Bu, enerji keçidinə məsuliyyətli və mərhələli yanaşmanın nümunəsidir. Xəzər dənizində müşahidə olunan ekoloji dəyişikliklər fonunda təmiz enerji təşəbbüslərinin genişlənməsi həm regional, həm də qlobal çağırışlara cavabdır. Beləliklə, Azərbaycanın enerji strategiyası iki paralel xətt üzrə inkişaf edir: bir tərəfdən qaz ixrac coğrafiyası genişlənir, digər tərəfdən yaşıl enerji infrastrukturu qurulur. Bu sinerji modeli ölkəni həm etibarlı təchizatçı, həm də gələcəyin enerji bazarında rəqabətədavamlı oyunçu kimi möhkəmləndirir” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını sonlandırıb.
Dünən, 16:24
İlham Əliyev bu şəxsləri medalla təltif etdi
Dünən, 16:00
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir
Dünən, 15:30
Şimaldan İKİBAŞLI Zəngəzur açıqlaması – ABŞ-nin GİZLİ planı
Dünən, 13:11
Azərbaycanda elektrik nəqliyyatı üçün yeni qaydalar hazırlanır
Dünən, 13:00
Deputat pəncərədən tullanıb qaçıbmış...
Dünən, 12:29
Nizami Kino Mərkəzinin divarını cızma-qara edənlər tutuldu
Dünən, 12:23
Azərbaycanda daha bir yol ödənişli olacaq - QƏRAR
Dünən, 11:48
TƏCİLİ! Azərbaycan Ordusu BU İSTİQAMƏTDƏ yürüşə başladı
Dünən, 11:37
Tehrandan İrəvana XƏBƏRDARLIQ: Müharibə davam edərsə, Ermənistan problemlərlə üzləşəcək
Dünən, 11:32
Trampdan yeni İran açıqlaması: Biz hələ başlamamışıq
Dünən, 11:22
SEPAH: "Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirdik
Dünən, 10:42
Elektron siqaret qadağası - Daha hansı məhsullara şamil olunur?
Dünən, 10:38
Gəncədə avtomobil mağazaya girdi - Fotolar
Dünən, 10:20
“Azeri Light”ın qiyməti 18 il əvvəlki rekorda yaxınlaşır
Dünən, 09:38
Sürücülərin nəzərinə!
Dünən, 09:34
İran “Oracle”ı hədəf aldı
Dünən, 09:31
DÇ-ni stadiondan izləmək istəyənlər oxusun!
Dünən, 09:27
Türkiyə millisinə yeni himn bəstələyəcək
Dünən, 09:19
Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatdı
Dünən, 09:15
Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Dünən, 09:00
Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK
2-04-2026, 16:00
Ermənistan böyük güclərin toqquşma xəttində: seçki öncəsi polemika və geosiyasi mesajlar
2-04-2026, 15:30
Trampdan QALMAQALLI AÇIQLAMA: "Makron çənəsinə dəyən zərbədən özünə gələ bilmir!"
2-04-2026, 14:23
Mərkəzi Bankdan qiymət artımları ilə bağlı PROQNOZ
2-04-2026, 13:11
Kəlbəcər şəhərinə daha 27 ailə yola salınıb
2-04-2026, 12:29
İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
2-04-2026, 12:13
Ağdam-Xankəndi dəmir yolunda tikintinin təxminən 43 %-i tamamlandı