Bakının “QUMAR KRALLARI” – ŞOK TƏFƏRRÜAT
Sosial
Oxunub: 1 113
28 fev 2016 | 00:09
Bakının “QUMAR KRALLARI” – ŞOK TƏFƏRRÜAT










Arzuman adlı şəxsin 28 May küçəsindəki «Bakı», «Fəvvarələr Meydanı»ndakı «Buta» restoranı, 20 Yanvarda isə «Real Klub»u fəaliyyət göstərir

Azərbaycanda son dönəmlər xeyli genişlənən və gizli şəkildə fəaliyyət göstərən qumarxanaların sayı durmadan artır. Əsasən Binəqədi rayonu ərazisində yağışdan sonrakı göbələk kimi çoxalan belə obyektlərin isə maraqlı rəhbərləri və bir o qədər də maraqlı himayədarları var.
Bildirək ki, edilən haqlı narazılıqlardan dolayı JAM.AZ-ın əməkdaşları qısa müddətdə olduqca maraqlı bir araşdırma aparıblar. Bu araşdırma nəticəsində məlum olub ki, əslində, qumarxanalar ayrı-ayrı şəxslər arasında bərabər şəkildə bölüşdürülməklə yanaşı, həm də paytaxtın mərkəzinə qədər yayılıb.
Araşdırmalardan o da bəlli olub ki, paytaxtın «QUMAR KRALLARI» var və onlar çox sərbəst şəkildə hərəkət edirlər. Onlarla bağlı edilən şikayətlərə isə ya baxılmır, ya da baxılsa belə lazımi tədbirlər görülmür. JAM.AZ həmin şəbəkənin işləri, obyektləri və fəaliyyəti ilə bağlı geniş araşdırma yazılara start verib və ilk sırada isə onların ən məşhurlarından biri ilə bağlı müfəssəl məlumat verməyə çalışacaq.
«Qumar Kralları» sırasında önəmli yerlərdən birini Arzuman adlı şəxs tutur. Arzuman kimsəyə güvənmədən Bakıda çoxlu sayda qumarxana açaraq, onları işlətməklə məşğuldur. Əsasən puluna güvənən bu şəxs adının dillərə düşməməsi üçün pul xərcləməkdən çəkinmir.

Araşdırmalar nəticəsində məlum olub ki, Arzumanın Bakıda toplam 18 qumar oynanılan obyekti var. Onlardan 9-u lotoxana şəklində, 9-u isə kazino formasında fəaliyyət göstərir. Maraqlı məqam odur ki, Arzuman adlı həmin şəxs hər yaşına uyğun olaraq bir qumarxana açıb. Məsələn, 41, 42, 43, 49…
Qeyd edək ki, bu qumarxanaların mərkəzi 28 May küçəsində yerləşən «Bakı» restoranındadır. Elə Arzumanın özü də məhz həmin restoranda əyləşir və digər obyektlərini oradan idarə edir. İşin ən maraqlı tərəfi odur ki, «Bakı» restoranında fəaliyyət göstərən qumarxananın əsas müştəriləri məhz dindarlardır. Xüsusən bu müştərilərin «Bakı»da peyda olmasının əsas pik nöqtəsi Nardaran olyalarından sonraya təsadüf edir. Niyə məhz həmin olaydan sonra dindarların Arzumanın qumarxanalarına dadanmalarının sirri hələlik məlum deyil.
Bu qumarxanalar şəhərin hər yerinə yayılmaqla, özünə yetərli qədər müştəri toplamağı da bacarıb. Məsələn, şəhərin mərkəzində, Fəvvarələr Meydanında fəaliyyət göstərən «Buta» restoranı da Arzumana məxsusdur. Və orada hər gecə qumar oynanıldığı xeyli adam tərəfindən təsdiqlənir.
Arzumanın şərik olduğu şəxslər də var və onlarla ortaq şəkildə qumarxanalar işlədir. Məsələn, 20 Yanvar metrosu ərazisində yerləşən «Real Klub» faktiki olaraq Sənan adlı şəxs tərəfindən işlədilir. Amma Sənan işin içində tək deyil, həmçinin onunla bərabər Arzuman və Süleyman adlı şəxslər də var.

Qeyd edək ki, bu apardığımız araşdırmanın çox kiçki hissəsidir. Hazırda əməkdaşlarımız toplan 20-yə yaxın olan və Arzumana bağlı olan qumarxanaların yerlərini müəyyən edərək, orada çəkilişlər aparmaqdadırlar. Yaxın günlərdə həmin videogörüntülər oxucularımıza təqdim olunacaq.
Barəsində söz açılan Arzuman Muradlı hakim Yeni Azərbaycan Partiyasının fəal üzvülərindəndir. O, hazırda YAP Səbail rayon təşkilatı İdarə Heyyətinin üzvüdür.2005-ci il parlament seçkilərində partiyanın deputatlığa irəli sürdüyü namizədlərindəni olub.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?