Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dunya
Oxunub: 6
23 sen 2026 | 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...


Rusiyalı məşhur yumorist Yevgeni Petrosyanın həyat yoldaşı Tatyana Bruxunovanın İtaliyaya planlaşdırdığı səfər baş tutmayıb.

Musavat.com xəbər verir ki, İtaliya ona viza verməkdən imtina edib.

Bruxunova sentyabrın 22-də Milana uçaraq Moda Həftəsində iştirak etməyi planlaşdırırdı.

Bruxunovanın sözlərinə görə, 13 il ərzində Avropaya səfərləri zamanı ilk dəfə belə vəziyyətlə qarşılaşıb.

“13 illik Avropa səyahətlərimdə bu, ilk dəfədir. İlk dəfə mənə heç bir əsaslandırma və izahat olmadan viza vermədilər. Sadəcə təmiz pasportumu geri qaytardılar”, – deyə o bildirib.

İtaliya tərəfinin viza verməməsinin konkret səbəbi açıqlanmayıb.

Bruxunova 2024-cü ilin noyabrında Ukraynadakı müharibə səbəbindən bəzi Avropa ölkələrinə səfərlərdən imtina etdiyini və bundan sonra “Rusiyanı sevən və dəstəkləyən” ölkələri seçdiyini bildirmişdi. 2025-ci ildə isə üzərində “Rusiya üçün parçalayarıq” məzmunlu şüar olan sviterə görə tənqid edildiyini açıqlamışdı.

Yevgeni Petrosyanın bioqrafiyasında Azərbaycan və xüsusilə Bakı ayrıca yer tutur. Əsl soyadı Petrosyans olan Yevgeni Vaqanoviç 16 sentyabr 1945-ci ildə Bakıda anadan olub. Atası Vaqan Petrosyans erməni, anası Bella Qriqoryevna isə yəhudi əsilli olub.

Petrosyan özü uşaqlığını xatırlayarkən Bakını həmin dövrün “internasional şəhəri” adlandırıb. Onun sözlərinə görə, müharibədən sonrakı illərdə Bakıda mədəni həyat olduqca canlı olub, incəsənət və bədii özfəaliyyət geniş yayılıb. Petrosyan məhz bu mühitdə səhnəyə maraq göstərməyə başlayıb.

Atası Vaqan Petrosyans Azərbaycan Pedaqoji İnstitutunda riyaziyyat müəllimi işləyib. Petrosyanın xatirələrinə görə, atasının keçmiş tələbələri ilə hətta illər sonra Moskvada da qarşılaşırmış. Həmkarları geniş biliyinə görə Vaqan Petrosyansı “yeriyən ensiklopediya” adlandırırmışlar.

Petrosyan atasının Bakı ilə bağlı maraqlı xatirəsini də bölüşüb. Onun sözlərinə görə, atasının akademik dostları Vaqan Petrosyansı dəfələrlə İrəvana köçməyə çağırıblar, lakin o, Bakını tərk etmək istəməyib. Petrosyanın danışdığına görə, atası əcdadlarının burada olduğunu və onların məzarlarını qoyub gedə bilməyəcəyini deyirmiş.

Petrosyan ata tərəfdən nənə və babasının 1915-ci ildə Şamaxının Kərkənc kəndindən Bakıya gəldiyini də bildirib.

Anası Bella Qriqoryevna təhsilcə mühəndis-kimyaçı olub, sonradan əsasən ev təsərrüfatı ilə məşğul olub. Petrosyanın xatirələrinə görə, anası vaxtilə atasının tələbəsi olub. O, valideynlərinin xatirəsini daim əziz tutduğunu və onları illər keçməsinə baxmayaraq tez-tez xatırladığını söyləyib.

Valideynlərinin incəsənətlə peşəkar əlaqəsi olmayıb. Atası oğlunun riyaziyyatçı olmasını istəyirmiş. Anası isə artist peşəsinin qeyri-müəyyənliyindən narahat imiş. Bununla belə, onlar Petrosyanın səhnəyə marağının qarşısını almayıblar.

Əksinə, valideynləri uşaqlıq illərində onu Bakıdakı teatr, opera, sirk və konsertlərə aparırmışlar. Petrosyan sonralar teatrın onun üçün “ruhun bayramı” olduğunu deyib. Teatra gedə bilmədiyi günlərdə isə evdə kartondan səhnə və dekorasiyalar düzəldərək özü tamaşalar qururmuş. Atasının zəngin kitabxanasından da istifadə edirmiş.

Petrosyan 12 yaşından Bakıdakı özfəaliyyət kollektivlərində fəal iştirak etməyə başlayıb. Felyeton və monoloqlar oxuyub, operettalardan səhnələr oynayıb, konsertlər aparıb, xalq və kukla teatrlarında çıxış edib.

Onun Bakı xatirələrinin maraqlı hissələrindən biri Müslüm Maqomayevlə bağlıdır. Petrosyanın danışdığına görə, özü 12, Maqomayev isə təxminən 15 yaşında olarkən eyni özfəaliyyət mühitində çıxış ediblər. Onlar Dənizçilər klubunun konsert briqadası ilə müxtəlif yerlərə gedərək pulsuz konsertlər veriblər. Petrosyan Maqomayevin hələ yeniyetməlik illərində saatlarla oxuya bildiyini və dostlarını ətrafına toplayaraq onlar üçün mahnılar ifa etdiyini xatırlayıb.

Təxminən 15 yaşında Dənizçilər klubunun kollektivi ilə ilk qastrol səfərinə çıxanda Petrosyanı yola salmağa təxminən 20 qohumunun gəldiyini də danışıb.

Petrosyanın Bakı həyatı 1961-ci ildə dəyişib. Məktəbdə son buraxılış imtahanını verdikdən cəmi bir gün sonra Bakı–Moskva qatarına minib. O, attestatının rəsmi təqdim olunmasını belə gözləməyib, sənəd sonradan Moskvaya göndərilib.

Moskvaya gedərkən Petrosyanın orada nə yaxın qohumu, nə də ona kömək edə biləcək tanışı olub. Beləcə, yeniyetmə yaşlarında doğulduğu Bakını tərk edərək gələcək səhnə karyerasını qurmaq üçün Moskvaya yollanıb.

Petrosyanın böyük səhnə karyerası Moskvada qurulsa da, onun artist kimi formalaşmasının başlanğıcı Bakı ilə bağlıdır. Uşaqlığı, ilk teatr təəssüratları, ilk səhnə çıxışları, ilk tamaşaçı gülüşü, Müslüm Maqomayevlə birgə özfəaliyyət illəri və ilk qastrol səfərləri Bakıda olub.

Yevgeni Petrosyan sonrakı illərdə Rusiya hakimiyyətini və Ukraynaya qarşı müharibəni açıq şəkildə dəstəkləyib. O, Rusiya hərbçiləri qarşısında da çıxış edib.
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Dünən, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Dünən, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Dünən, 12:00
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Dünən, 11:54
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Dünən, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Dünən, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Dünən, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Dünən, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Dünən, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Dünən, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Dünən, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Dünən, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Dünən, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Dünən, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır