«Sığorta Mamed»in daha bir gizli işi üzə çıxdı: MİLYONLUQ YEYİNTİ İDDİASI

«Azərsığorta»nın rəhbəri hər il aztəminatlı ailələrin sığortası adı altında Maliyyə Nazirliyindən onmilyonlarla manat pul alırmış
Azərbaycanın sığorta bazarında ad çıxarmış, lakin mənfi yöndə tanınan «Azərsığorta» Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovla bağlı yeni ilginc məlumatlar yayılıb. Redaksiyamız xəbər verir ki, «Sığorta Mamed» kimi tanınan şirkət rəhbəri uzun illərdən bəri yığdığı sərvətini artıq ölkədən çıxarmağa başlayıb.
Məlumatlarda deyilir ki, əsasən, Türkiyədə mülklər almağa cəhd edən sözügedən şəxs artıq bu istiqamətdə bir sıra addımlar atıb. Belə ki, qardaş ölkədə daşınmaz əmlaka sərmayə qoyan Mamed Mamedov prosesi davam etdirməyə çalışır.
Bu əsnada, o da qeyd edilir ki, şirkət rəhbərinin müavini Aftandil Hacıyev və mühasibi Əfruz Şərifova da onunla eyni addımı atırlar. Bu şəxslər də bütün pullarını qonşu ölkənin əmlak sektoruna yatırmaqla məşğuldurlar. Bildirilir ki, «Azərsığorta»da bütün maliyyə əməliyyatlarına nəzarət edən üçlük bütün məsələlərdə birgə hərəkət etməyə üstünlük verirlər.
Redaksiyamıza verilən son məlumatlara görə, «Sığorta Mamed»in işləri bununla bitmir. Onun Çexiyanın əmlak bazarına da ayaq açdığı vurğulanır. Bildirilir ki, şirkət rəhbəri Çexiyanın Karlovı Varı şəhərində özünə dəyəri bir neçə milyon dollarla ölçülən villia inşa etdirib. İldə 3-4 dəfə villasına baş çəkən Mamed Mamedov, orada istirahət edərək, geri dönür.
Saytımıza yazan mənbə həmçinin bir sıra ağır ittihamlar da səsləndirib. Belə ki, bu dəfə söhbət sığorta ilə bağlı şirkətin etdiyi saxtakarlıqlardır. Mənbə Redaksiyamıza yazır: «Hər il aztəminatlı ailələrin evlərinin sığortası adı altında Maliyyə Nazirliyindən on milyonlarla manat vəsait alınır. Amma heç bir ailəyə sığorta şəhadətnaməsi verilmir. Ayrılmış pullar isə ayrı yolla şirkət rəhbərinin cibinə axır. Həmin ailələrin bundan xəbəri yoxdur. Ona görə də, evləri yanıb kül olsa belə, yenə də onlara hər hansı bir sığorta pulu ödənilmir. Halbuki Mamed Mamedov həmin pulları öz adına yazdıraraq, götürməklə məşğuldur».
Mənbə vurğulayır ki, «Azərsığorta»nın rəhbəri hər yerdə bildirir ki, dövlət sığortası anlayışı və institutu yalnız Azərbaycan və Belarusiyada mövcuddur. Və beləcə, bu işlərə məəttəl qaldığını qeyd edir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?