“Uroloji Mərkəz»dən şikayət edənləri həbs edirlər?-VİDEO
Baş həkim Kamal Abdullayev ondan narazı qalan xəstəni və ya valideyni əraziyə baxan polisə təhvil verdirir
Bakıda fəaliyyət göstərən bir çox özəl klinikalarda qalmaqallı hadisələrin baş verməsi adi hala çevrilib. Hələ bir müddət əvvəl tanınmış klinikalardan birində körpə uşağın əməliyyat edilməsi zamanı həkim onu ömürlük şiksət etmişdi.
Bəzi klinikaların rəhbərləri isə bir qədər də irəli gedərək, onlardan şikayətçi düşən şəxsləri həbslə də hədələyirlər. Hətta bir neçə dəfə belə halların yaşanmasına da səbəb olublar.
Bakıda fəaliyyət göstərən «Uroloji Mərkəz» Klinikasıyla bağlı irəli sürülən iddialardan biri də onlardan şikayətçi düşənlərin cəzalandırılmasıdır. Klinikanın rəhbəri Kamal Abdullayevin xaraktercə tünd xasiyyətli biri olduğunu elə işçiləri də bilir. Düzdür, idarəçilikdə tündxasiyyətlilik bir qədər işə yarasa da, bir çox hallarda işçi ilə münasibətlərdə gərginliklərə də səbəb olur. Lakin bizi maraqlandıran məqam baş həkim Kamal Abdullayevin xarakteri və ya onun işçiləri olan münasibətləri deyil.
«Uroloji Mərkəz» Klinikasına müraciət edən pasiyentlər heç də burada göstərilən xidmətdən, habelə müalicə və müayinədən məmnun qalmırlar. Külli miqdarda pulları çıxan, lakin qarşılığında sağlamlığına qovuşmayan insanlar məcburiyyət qarşısında qalıb, klinikanın fəaliyyətindən müvafiq dövlət qurumlarına şikayət edirlər. Ancaq bu yanaşma tərzi Kamal Abdullayevin xoşuna gəlmir. O səbəbdən də sahə üzrə Polis Bölməsinə apratdırılır. Və orada hətta saxlanıldığı da qeyd olunur.
Bir klinikada xəstənin şikayətçi olmasının həbslə və ya həbs edilə biləcəyi təhdidi ilə üzləşməsi sözün həqiqi mənasında Azərbaycanda ilk hadisədir. Doğrusu, hətta ən yüksək vəzifə sahiblərinin himayəsində olan tibb ocaqlarında belə baş həkimlər belə bir risqə getmirlər. Belə olan təqdirdə, Kamal Abdullayevin kimə və nəyə güvəndiyi kifayət qədər müəmmalıdır. Hər halda bunun məntiqli açıqlaması olmalıdır.
Xatırladaq ki, «Uroloji Mərkəz» Klinikasında xəstələrin əməliyyatlarında da bəzi hallarda ciddi qüsurlər meydana çıxır. Hələ bir müddət əvvəl 18 yaşlı Ömər Şıxəliyev sidik yolları daxilində tük bitməsindən əziyyət çəkdiyi üçün əməliyyat olunub. 6 dəfə baş tutan cərrahi müdaxilənin isə heç bir xeyri olmayıb.
Ömərin valideyni bildirir ki, Kamal Abdullayev 2000 dollar müqabilində bu xəstəliyi müalicə edəcəyinə söz verib. Borc taparaq, həmin pulu baş həkimə ödəyən ata Şıxəliyev bildirir ki, oğlu 25.06.2015-ci ildə yenidən əməliyyat olunub. Amma sonradan məlum olub ki, baş həkim sadəcə əməliyyat edib. «Bu əməliyyatın Ömərə heç bir xeyri olmadı. Çünki onun xəstəliyi sağalmadı. Əksinə, oğlumun durumu getdikcə ağırlaşmağa başlayıb».
Maraqlıdır ki, Vaqif Şıxəliyev də təsdiqləyir ki, «Uroloji Mərkəz» Klinikasından şikayətçi olanlara qarşı təzyiqlər edilir, təhdid olunurlar, hətta məsuliyyətə belə cəlb edilirlər.
Yayımlanmış videodakı Afiq Məmmədov isə sözügedən klinikada ötən il əməliyyat olunub. Özü də ona səhv diaqnoz qoyulubmuş. Başına gələnlərdən şikayətçi olan Məmmədovu isə klinikaya yaxın ərazidə yerləşən bölməyə aparıblar. Orada onu məsliyyətə cəlb edəcəklərini bildiriblər.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ