100 mindən artıq insanın həyatı təhlükədədir - AZƏRBAYCANDA
Sosial
Oxunub: 2 367
17 fev 2016 | 19:51
100 mindən artıq insanın həyatı təhlükədədir - AZƏRBAYCANDA












Bakı və Abşeronu nəzərə almasaq, ölkə ərazisində 100 mindən çox əhalisi olan 350-360 yaşayış məntəqəsi sürüşmə təhlükəli zonada yerləşib

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, respublika ərazisinin 24-25%-i sürüşmə təhlükəli zonadır.

“Ərazimiz tarixən sürüşmə zonası sayılsa da, onların miqyas və ölçülərinin artmasının bir səbəbi antropogen təsirlərlə bağlıdır. Bu, əsasən Bakı və onun ətraf ərazilərinə aiddir. Bakıda kanalizasiya və su kəmərlərinin bəzi sahələrdə köhnə olması səbəbindən onlardan sızan sular sürüşmə sahələrini aktivləşdirir. Masazır və Bakının digər qəsəbələrində, həmçinin Badamdarda kanalizasiya sisteminin olmaması, şambalardan istifadə olunması nəticəsində kanalizasiya suyu birbaşa qurunta ötürülür. Nəticədə, süxurlarda ilişkənlik azalır, yamacboyu aşağı hərəkət edir. Şəhərdə kanalizasiya sisteminin axıntıların qarşısını almaq üçün işlər görülsə də, proses başa çatmayıb”.

E.Əlizadə bildirib ki, bu gün paytaxtda sürüşmə sahələrinin aktivləşməsi 30-40%-i məhz antropogen amillərlə bağlıdır.
“İnsan təsiri olmasa, yamaclarda istinad divarları çəksək, suvarmanın həddini keçməsək və yaşıllaşdırma işləri aparsaq, sürüşmə meyilli əraziyə əlavə rütubət gətirməsək, genişlənmənin qarşısını ala bilərik. Bayılda, Zığda, Masazırda, Günəşlidə kərpic zavodunun yanındakı yolda, Masallı və Lənkərandakı ərazilərdə sürüşmənin səbəbi də insan amilidir.
Lənkəran və Kiçik Qafqaz zonası klassik sürüşmə zonaları deyil. Həmin ərazilərdə sürüşmə sahələrinin artması aparılan tikinti işləri, yamacların həddən artıq kəsilməsi, suvarılma ilə bağlıdır”.

E.Əlizadə Azərbaycan ərazisində son dövrlərdə intensiv yağan yağışlar və qar nəticəsində kifayət qədər çox rütubət toplandığını deyib.

“Temperaturun artması, qar örtüyünün intensiv əriməsi sürüşmə təhlükəli yamaclarda süxurların rütubətlə dolmasına səbəb olub. Nəticədə, süxurlar arasında ilişkənlik qabiliyyəti xeyli azalıb. Ölkə ərazisində mövcud potensial sürüşmə sahələrində - Böyük Qafqazın cənub-şərq yamacında, yəni Qobustan, İsmayıllı, Şamaxı və Ağsu aşırımında nisbi fəallaşma müşahidə olunur”.

Onun sözlərinə görə, sürüşmə zonalarının aktivləşməsi ilə yanaşı, yeni sürüşmə sahələri də yaranıb:

“Xüsusən yol kənarlarında, Muğanlı-Ağsu çay dərəsində, dağlıq ərazilərdəki sürüşmələr daha çox aktivləşib. Hətta sürüşməyə meyilli yeni ərazilər yaranıb. Ağsu dolaylarında da vəziyyət nisbətən gərgin olaraq qalır. Əvvəllər sürüşmənin nisbətən az müşahidə olunduğu Kiçik Qafqazın şimal-şərq yamacında, yəni Gədəbəy, Daşkəsən, Göygöl və Goranboy rayonları ərazisində çay dərələrində və ona yaxın ərazilərdə mövcud sürüşmə sahələri ilə yanaşı, yeni yaranmış sürüşmə sahələrində də aktivlik müşahidə olunur.

Lənkəran zonasında sürüşmə sahələri fəallaşıb. Belə ki, əvvəllər yalnız Lənkəran-Lerik rayonları arasındakı yolun müəyyən sahələrində sürüşmə müşahidə edilirdi. Yolun təsiri nəticəsində yamacların kəsilməsi və dikliyin artması ilə sürüşmə sahələri artıb. Son dövrlər Masallı rayonunda və Yardımlı çökəkliyində yeni sürüşmə sahələri yaranmaqdadır. Sürüşmə sahələrinin intensivliyi Qusar, Şabran, Siyəzəndə, Xızı rayonlarında, qismən də Quba rayonunda Vəlvələ çökəkliyində sürüşmə sahələrinin fəallaşması müşahidə edilir.
Bakıda ən fəal sürüşmə sahəsi Zığdır, orada artıq süxurların dəyişməsi adi gözlə də müşahidə olunur. Təhlükə hər gün artmaqdadır. Nisbi fəallaşma Bayıl amfiteatrında, xüsusilə Şəhidlər Xiyabanı ilə teleteatr arasında, Badamdar yamacında da müşahidə olunur. Yollarda əmələ gələn çatlar gərginliyin artdığını göstərir. Ümumiyyətlə, respublika ərazisində sürüşmə sahələrində nisbi fəallaşma müşahidə edilir. Hələ ki, böyük gərginlik yoxdur, lakin fəslin dəyişməsi, yaz yağışları sürüşmə təhlükəli ərazilərdə fəallığı artıracaq. Nəzərə almalıyıq ki, əriyən qar süxurları doldurub”.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?