Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı
Sosial
Oxunub: 1 217
13 fev 2016 | 15:09
Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı










“Azərbaycana Bakı-Tiflis-Qars dəmir yolu işə düşənə kimi 30 ədəd yataq tipli sərnişin vaqonunun gətirilməsi planlaşdırılır”

Bu sözləri anspress-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycana vaqonlardan 10-u 2016-cı ilin birinci yarısı gətiriləcək.

“Digər 20 vaqon isə BakıTiflis-Qars dəmir yolu fəaliyyətə başlayana qədər Azərbaycana gətiriləcək. Bu istiqamətdə işlər gedir. Gətiriləcək vaqonların tikintisinə başlanılıb”, – deyə qurum rəsmisi qeyd etdi.

N.Əzməmmədovun sözlərinə görə, vaqonlar İsveçrənin “Stadler Rail Group” şirkətindən alınacaq. “Amma bu qatarlar Bakı – Sumqayıt istiqamətində hərəkət edənlərdən fərqlidir. Yəni birmərtəbəli olacaq. Yeni gətirilən qatarlarda geniş salon, Wi-Fi, biznesclass, restoran və digər xidmətlər olacaq. Yataq tipli qatarda 10, 20, 30 nəfərlik yerlər var”, – deyə Nadir Əzməmmədov bildirdi.

Qurum rəsmisi onu də əlavə etdi ki, hazırda beynəlxalq qatarların yenilənməsi prosesi gedir: “Amma gələcəkdə ölkədaxili qatarların yenilənməsi və təmiri həyata keçiriləcək”.

Son dövrlər Azərbaycanın dəmir yolu nəqliyyatında yeniliklər baş verir. Ötən ilin mayında “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları Azərbaycana gətirilib.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. Bu Azərbaycana ilk ikimərtəbəli qatarlardır.

İkimərtəbəli elektrik qatarları sentyabrın 15-də Bakı – Sumqayıt sərnişin sahəsində istifadəyə verilib. Amma bütün bu yeniliklərə baxmayaraq, hələ ki, dəmir yolu nəqliyyatında problemlər tam həllini tapmayıb. Əsas problemlər qatarların uzun müddət istismarda olması və beynəlxaq standarlara uyğun hərəkət sürətinin olmamasıdır.

Hazırda böyük dövlətlər bir-biri ilə ən sürətli qatarların alınması və istehsalı sahəsində rəqabətə giriblər.

Dünyada ən sürətli qatarlar Çin və Yaponiyadadır. Çində Guangzhou ilə Şuhan şəhərlərini arasında xidmət edən qatarın maksimum sürəti isə saatda 394.2 kilometrdir. Super yüksək sürətdəki qatar, 1069 kilometrlik səfəri, təxminən 3 saatda reallaşdırır. Əvvəllər isə bu səfər 10 saatda edilirdi. Türkiyədə də sürət qatarları fəaliyyət göstərir. Hazırda sürət qatarı vasitəsi ilə Ankaradan İstanbulla 3 – 4 saata çatmaq olur. Sürət qatarları beynəlxalq standartlara uyğun bütün xidmətlər göstərir.

Yəqin ki, yaxın illər ərzində Azərbaycanın da regionları arasında belə sürət qatarları şütüyəcək. Çünki hazırda paytaxt Bakıdan Balakən, Qazax, Astara və digər istiqamətlərə hərəkət edən qatarlarda sürət və xidmət problemi tam həll edilməyib.Wi-Fi-lı qatarlarda gedəcəyimiz vaxt açıqlandı
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?