Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO
Sosial
Oxunub: 1 060
6 fev 2016 | 13:30
Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO











“Bu cihazları polislər özləri internetlə Çindən alır”

Azərbaycanda yol polislərinin istifadə etdikləri və uzaq məsafədən nəfəs verilməklə işləyən bəzi alkotesterlər saxtadır.

Azerinfo.az Avtosfer.az-a istinadən xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan videoda öz hüquqlarını bilən sürücünün YPX əməkdaşınlarına verdiyi “Göstərdiyiniz cihazın alkotester olduğuna əminsiniz? Sizə Baş Dövlət Yol Polisi İdarəsindən verilən alkostester budurmu?” – sualına əvvəlcə inspektorlar “Bəli” cavabı versə də, sonradan “Xeyr, bu, ilkin tibbi müayinə üçündür” cavabını verirlər.

Sürücü daha öncə Çin istehsalı olan bu alkotesterlə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsində bu sorğuya cavab olaraq mayor Əfqan Əliyevin cavabı belə olub:

“Bu alkotesterləri inspektorlar özləri Çindən alırlar, onların bu avadanlığı istifadə etməyə ixtiyarları yoxdur”.

Sürücünün inadkarlığını görən inspektorlar qanuni alkotesterlə sərxoşluğu müəyyən etməli olublar.

Qeyd edək ki, dövlət tərəfindən (Baş Polis İdarəsindən və Baş Dövlət Yol Polisi İdarəsindən-red.) verilən sərxoşluğu yoxlayan cihazların əslində çemodanı və qəbz çap edən avadanlığı olmalıdır. Sürücü isə uzaqdan üfürmədən, birdəfəlik müştüklərlə təchiz edilmiş cihaza rahat nəfəs verməlidir. Azərbaycanda qanuni şəkildə ölkəyə gətirilən, reyestrdən keçən, yol polislərinə verilməli olan alkotesterlər Kanada istehsalı “DriveSafe” markalı alkotesterlərdir.

Onlar ildə iki dəfə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müqayisəli dövlət yoxlamasından keçirilməlidir. Yoxlamadan keçirildikdən sonra sınaq protokolu tərtib edilir və bu barədə sənəd verilir. Yalnız bu halda həmin cihazlarla inzibati xəta törətməsi barədə qərar çıxarmaq olar.

Nazirlər Kabinetinin 2014-cü il tarixli, 209 saylı qərarına görə, yol polisi sürücünün sərxoşluğunu alkotesterlə müayinə etdikdən sonra nəticə kağızda çap olunmalıdır. Bundan əlavə, alkotestertə yalnız bir dəfə istifadə üçün nəzərdə tutulan müştük taxılmalıdır və sürücü həmin müştüklə üfürdükdən sonra müayinə baş tuta bilər.

Hazırda isə yol polisləri qara rəngli, müştük taxılmayan alkotesterdən istifadə etməklə sürücülərə kənardan üfürməyi məsləhət görürlər.

Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO
Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO
Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO
Yol polisi sərxoş sürücüləri qanunsuz aparatlarla yoxlayırmış - FOTO + VİDEO

Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?