“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin yekunları
“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib
4 fevral 2016-cı il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2015-ci ilin yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev hesabat məruzəsində tədbir iştirakçılarının diqqətini rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə yönəldərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Rayonda sənayenin əsas iqtisadi göstəriciləri barədə ətraflı məlumat verən icra başçısı, ötən ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyini və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 359 milyon manatlıq məhsul istehsal olunduğunu, 2014-cü ilə nisbətən 94,9 faiz artım sürəti əldə edildiyini, istehlakçılara 2 milyard 348,4 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,5 faizi qədər sənaye məhsulu göndərildiyini, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,7 faiz təşkil etdiyini, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3996 daimi iş yerinin yaradıldığını vurğulayıb.
A.Fərzəliyev İlk Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirildiyini nəzərə çatdıraraq, ilk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtüklərinin yenidən qurulduğunu, yeni inşa olunan Olimpiya Stadionunun ətrafında sahəsi 15 hektar olan yamacda yaşıllıqların, həmçinin, Böyük Şor gölü ətrafında Olimpiya Stadionuna yaxın ərazidə yeni bulvar zolağının və rayonun Heydər Əliyev prospekti ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində yeni parkın salındığını, eyni zamanda paytaxtımızın giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 ədəd yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 ədəd yaşayış binasının tikintisinin yüksək keyfiyyətlə davam etdirilərək həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə veriləcəyini qeyd edib.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 193 nömrəli tam orta məktəbdə yeni akt və idman zallarının tikintisinin başa çatdırıldığını qeyd edən natiq, hal-hazırda Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda, Respublika Uşaq Reabilitasiya Mərkəzində, 21 saylı musiqi məktəbində əsaslı təmir işlərinin davam etdirilərək, bir sıra təhsil müəssisələrində mütəmadi olaraq cari təmir işlərinin aparıldığını əlavə edib.
A.Fərzəliyev hesabat dövründə rayonda gözdən əlillərin kompakt yaşadığı ərazidə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən gözdən əllilər üçün 132 mənzildən ibarət yeni binanın istifadəyə verilməsinin əlilliyi və sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb.
Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 2529 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 26 səyyar görüş və qəbullar zamanı edilən 239 müraciətdən 229-nun (96 %) öz müsbət həllini tapdığı, 10-nun isə (4%) nəzarətə götürüldüyü nəzərə çatdırılıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatlar və əldə olunmuş uğurlar barədə danışaraq, hesabat dövründə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri yüksək dəyərləndirib, geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirib, həmçinin Nərimanov rayonunun ölkəmizin bütün sahələrdə inkişafına bundan sonra da yeni töhfələr verəcəyinə əminliyini bildirib.
T.Tağıyev əldə olunmuş bütün uğur və nailiyyətlərin dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl və köklü islahatların, uğurlu siyasətin məntiqi nəticəsi olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev və Hikmət Babaoğlu, Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov, Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mənsurə Göyüşova və Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Vilayət İsmayılov rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilən geniş abadlıq və quruculuq işlərinini, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması naminə görülən tədbirləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə ötən ildə görülən böyük işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü