Mərkəz direktoru yardımı imkanlı şəxslərə verir
Sosial
Oxunub: 1 038
4 fev 2016 | 15:32
Mərkəz direktoru yardımı imkanlı şəxslərə verir











İlyaz Mahmudov köhnə qaydalara yenilərini əlavə edib

Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbər təyin edildikdən sonra bir sıra keyfiyyət dəyişiklikləri baş versə də, xeyli sayda problemlərin qaldığını inkar etmək mümkün deyil. Ayrı-ayrı rayonlarda yerli mərkəzlərin rəhbərlərinin əvvəlki səviyyədə pul qazanmaq həvəsinin önünü kəsmək isə mümkünsüz hala çevrilib.

Mətbuat xəbər verir ki, Kürdəmir rayonunda da vəziyyət dəyişməz qalıb. Durum o qədər fərqli şəkil alıb ki, camaat özü nəyi necə edəcəyini bilmir. Ona görə ki, rayon Sosial Müdafiə Mərkəzinin direktoru İlyaz Mahmudov tamamilə yeni qaydalar tətbiq etməyə başlayıb.

Məlumatlarda deyilir ki, Mahmudovun hərəkətlərinə camaat «şərikli çörək prinsipi» adını veriblər. Ona görə ki, mərkəz direktorunun yeni qaydaları ünvanlı sosial yardımlara şərik olmaqdan başqa bir şey deyil.

Daxil olan məlumata görə, Kürdəmir ƏSMM-in direktorunun yeni qaydasına əsasən 2 il müddətinə ünvanlı sosial yardım almaq istəyən şəxslər ilk növbədə onunla razılaşmalıdırlar. Bu razılaşma isə alınacaq pulun yarısının direktora çatmasından ibarətdir. Əks təqdirdə, heç bir rayon sakini bir qara qəpik də pul almaq imkanına malik olmaz.

İddialara görə, İlyaz Mahmudov bu işləri birbaşa görmür və onun SMM-in qarşısında xüsusi maklerləri var. Həmin maklerlər sənədləri alıb baxdıqdan sonra, onu içəri «ötürür» və danışıq aparırlar. Aparılan danışıqların nəticəsində razılaşma əldə olunur və məsələ həllini tapır.

Məlumatlarda o da vurğulanır ki, Kürdəmirdə ünvanlı sosial yardım alanlar arasında imkanlı şəxslər daha çox üstünlük təşkil edir. Ona görə ki, imkanlı adamlar bəri başdan pulun yarısını verməklə işlərini həm təminat altına alırlar, həm də asan şəkildə yardım sahibi olurlar. Kasıb insanlar isə pul vermədikləri üçün günlərlə SMM-ə gedib, gəlməkdən başqa çarə tapa bilmirlər.
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Dünən, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Dünən, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Dünən, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Dünən, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Dünən, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Dünən, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Dünən, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Dünən, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Dünən, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Dünən, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Dünən, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Dünən, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Dünən, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Dünən, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Dünən, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Dünən, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Dünən, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Dünən, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?