Diqqət! Bakıda bu ətləri satmaq istəyirlərmiş — ŞOK FOTOLAR
Sosial
Oxunub: 1 154
28 yan 2016 | 18:24
Diqqət! Bakıda bu ətləri satmaq istəyirlərmiş — ŞOK FOTOLAR










Bakı şəhərinə satış üçün gətirilən mənşəyi məlum olmayan, qida üçün yararsız ətlər aşkar edilib

Bu barədə Ölkə.Az saytına Kənd Təsəsrrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xitmətinin mətbuat katibi Yolçu Həsənov məlumat verib:

"İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanların icrası məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən nəzarəti tədbirlər davam etdirilir.

Aparılan tədbirlər çərçivəsində yanvarın 24-də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhərində reyd keçirmişdir.

Alınmış məlumat əsasında keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün Ağcabədi rayonu Aşağı Avşar kəndindən gətirilən, Məmmədov Aqil Əvəz oğluna məxsus 1100 kq -dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu olan Yusifov Nofər Novruz oğlunun idarə etdiyi “Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşın saxlanılmışdır.

Avtomaşında olan heyvan cəmdəklərinə baxış keçirilən zaman onların heç birinin mənşəyi, sağlamlığı haqqında müşayətedici və baytarlıq sənədlərinin olmadığı müəyyən edilmişdir.
Avtomobil "Baytarlıq şəhərciyi"nə gətirilmiş, cəmdəklərdən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunmuşdur. RBL-nın ekspertizasına əsasən yoxlanılan 30 (otuz) nümunə ət və 2 (iki) nümunə daxili orqanlarda (ağciyər, qaraciyər, qarın) aparılan bakterioloji müayinələr zamanı hər bir nümunədə bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olundu. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı hər bir nümunənin keyfiyyətsiz olduğu müəyyən edildi və baytarlıq-sanitariya cəhətdən yararsızdır. Daxil olan 23 (iyirmi üç) nümunə ət və 2 (iki) nümunə daxili orqanlar (ağciyər, qaraciyər, qarın) iribuynuzlu heyvana məxsusdur. Digər 7 (yeddi) nümunə ət isə at ətinə məxsusdur. Beləliklə, aparılan müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin hər biri qida üçün yarasızdır və baytarlıq-sanitariya tələblərinə cavab vermir.

Cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq zərərsizləşdirilməsinə qərar verilmişdir. Yuxarıda adları qeyd edilən vətəndaşlar barəsində isə ciddi inzibati tədbirlər görüləcəkdir.
Qərara uyğun olaraq yanvarın 27-də cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılmışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir".

Diqqət! Bakıda bu ətləri satmaq istəyirlərmiş — ŞOK FOTOLAR
Diqqət! Bakıda bu ətləri satmaq istəyirlərmiş — ŞOK FOTOLAR
Bu gün, 11:05
Tehran: ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silahları İrana qarşı istifadə edib
Bu gün, 11:00
Pezeşkianın və Əraqçinin riyakarlığı: Azərbaycana hücum etməmişik
Bu gün, 10:52
XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib
Bu gün, 10:48
Rusiya müharibəni qızışdırır: Moskva kəşfiyyat məlumatlarını Tehrana ötürür
Bu gün, 10:45
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
Bu gün, 10:37
İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi
Bu gün, 10:34
Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib
Bu gün, 09:00
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Dünən, 23:51
SEPAH Bakıda bu strateji obyektləri partlatmaq istəyirmiş - DTX ifşa etdi
Dünən, 16:00
BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
Dünən, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
Dünən, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
Dünən, 14:00
İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
Dünən, 13:45
Azərbaycan İrandan diplomatik heyətini çıxarır
Dünən, 13:11
Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
Dünən, 13:02
İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
Dünən, 12:29
Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
Dünən, 12:23
Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
Dünən, 11:33
Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
Dünən, 11:22
Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
Dünən, 10:57
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
Dünən, 10:23
Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
Dünən, 10:16
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Dünən, 09:44
Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
Dünən, 09:37
Xameneinin varisinin təyinatını təxirə salındı
Dünən, 09:32
Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı