Bizləri belə aldadırlar: Kontak Home və Bakuelektronics-ın telefon fırıldaqları - Şok faktlar - VİDEO
Sosial / Video
Oxunub: 362
27 okt 2023 | 22:22
Bizləri belə aldadırlar: Kontak Home və Bakuelektronics-ın telefon fırıldaqları - Şok faktlar - VİDEO


"Son 5 ildə Azad İstehlakçılar Birliyinə ən çox mürəkkəb texniki vasitələrdən şikayət olunur. Bunlar arasında mobil telefonlardan olan şikayətlər üstünlük təşkil edir. Standarta uyğun olmayan, istehlakçının təlabatını ödəməyən, saxta və köhnə telefonların təzə adı ilə satılması və s. kimi hallar müşahidə olunur. Telefon satışı ilə məşğul olan qurumlar istehlakçıları aldatmaq üçün sanki biri-birilə yarışırlar. Birinci-ikinci yerləri də ardıcıl olaraq Kontakt Home ilə Bakuelektronics bölüşür".

Bu fikirləri Bakupost.az videomüsahibəsində Azad İstehlakçılar Birliyinin (AİB) sədir Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, hazırda istehlakçıları aldatmaqda Kontakt Home öndə gedir:
"Bu şirkət sanki "pulunu ver mənə, itik cəhənnəmə" prinsipi ilə işləyir. Yəni malı satır, istehlakçının tələbinə uyğun olmayan bir mal aşkarlanır. Məsələn, istehlakçı təzə telefon alır, açır görür ki, telefonda şəkil var, demək işlənmiş telefondur. Bu zaman istehlakçı onu qaytarmaq və ya dəyişmək istəyir. Amma necə deyərlər, qapılar bağlanır. Müdriyyətin, heç kəsin qəbuluna düşmək mümkün olmur. Alqoritm "a" bəndi belədir: get servisə. İstehlakçı gedir servisə. Hansı ki servis də onların özünündür. Servis istehlakçının xeyrinə bir şey yazar? Sevis baxır, telefonu alan kimi ona bir cız salır. İstehlakçı onu görmür. Servisin işçisi bir lupa ilə göstərir, deyir ki, bura cız salmısan, bu telefon qarantiyadan çıxıb, gərək sən pullu təmir etdirəsən. Keçək "b" bəndinə. Ola bilsin ki, elə həmin cızığı satıcı salır. Ver, baxım deyir, alıcı üzünü döndərən kimi ora bir balaca cız qoyur. Yeri gəlmişkən, onu da deyim ki, bu cız xəstəliyi Kontak Home-dan Bakuelektronics və digər şirkətlərə keçdi və 4 il davam etdi. AİB buna qarşı çox ciddi mübarizə apardı. Bu işdə İqtisadiyyat Nazirliyi də bizə kömək etdi. "Cız xəstəliyi" qutardı".



Eyyub Hüseynov qeyd edib ki, Kontakt Home-də indi də yeni "trend"də olan "suya salmısan" xəstəliyi başlayıb:
"Vətəndaş gedir servisə, orada baxırlar, əksər hallarda deyirlər ki, heç bir şey yoxdur, nə dəyişmirik, nə qaytarmırıq və s.. Dükan da deyir, servis belə rəy verib. İstehlakçı nə qədər istəyir ki, müdriyyətin qəbuluna girsin, sübut etsin ki, vəziyyət belədir, amma çox çətinlik çəkir. Bundan sonra istehlkaçı ya bizə, ya da İqtisadiyyat Nazirliyinin uyğun şöbəsinə müraciət edir. Bizə yazılı müraciət olunur və mümkün olanı edirik. Bizim bu məsələdə əsas işimiz medianın köməyi ilə qurulur. Eyni zamanda şikayətləri dövlət orqanlarına da yönəldirik. Dövləq orqanları da şikayəti həmin şirkətlərə yönəldir. Onlar da yekə bir məktub yazırlar. Dövlət qurumu onun bir nüsxəsini bizə, bir nüsxəsini də şikayətçiyə göndərir.Və altdan da yazır ki, buyur, məhkəməyə müraciət et. Beləcə anormal vəziyyət daim davam edir".
E.Hüseynov dəfələrlə məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinə müraciət etdiyini də vurğulayıb:
"Demişəm ki elektron mallar satan qurumları toplayırsız, bir dəfə xəbər edin və 3 dəqiqə vaxt verin, onlara 1-2 söz deyim. Hələ də bu baş tutmur. 26 il ərzində mən yalnız onların hüquqşünasları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərləri ilə görüşmüəm. Onda da özüm getmişəm. Bu görüşə niyə şərait yaratmırlar. Çünki istehlakçı hüquqlarını qoruyan bir təşkilatın rəhbəri onlar üçün arzuolunmaz şəxsdir".
E.Hüseynovun fikrincə, bunun digər səbəbi isə ölkədə istehlakçı siyasətinin zəif olmasıdır:
"1995-ci ildə "İstehlakçıların hüquqları haqqında" qanun qəbul olunub. sonradan qanuna 7 dəfə dəyişiklik olunub, hamisi da istehlakçıların zərərinə. Qeyd etdiyim kimi texnologiya dəyişir, onlayn təcarət genişlənir, cəmiyyət, həyat, biznes irəli gedir, qanun isə köhnədir. O qanunu yerinə yetirməli insanlar da həmin dövlət qurumunda birləşiblər. Onlar çox passiv işləyirlər. Bunun ciddi səbəblərindən biri odur ki, dövlət məmurları fəal şəkildə bizneslə məşğul olurlar. Belə bir şəraitdə istehlakçı hüquqlarının pozulması davam edir".
E.Hüseynov müsahibə zamanı Kontak Home-un istehlakçı hüquqlarını pozmasına dair konkret misallar da çəkib, bir sıra şikayətlər haqda danışıb.
Bu gün, 11:56
TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
Bu gün, 11:38
SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
Bu gün, 10:51
“İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
Bu gün, 10:47
Prezident qəbul keçirdi - Foto
Bu gün, 10:34
Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
Bu gün, 10:14
Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
Bu gün, 09:51
“Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”
Bu gün, 09:42
Bu yollar tıxaclıdır - Siyahı
Bu gün, 09:32
Bakıda atəşfəşanlıq oldu -Fotolar
Bu gün, 09:30
Ərdoğandan NATO bəyanatı: "Heç bir bədbin proqnoz özünü doğrultmadı"
Bu gün, 09:26
Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək
Bu gün, 09:11
"Putinin Trampa "yox" deməsi çətin olacaq" — Zelenskidən yeni açıqlama
Bu gün, 09:00
Bu gündən Məhərrəm ayı BAŞLAYIR
Dünən, 12:02
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Dünən, 11:45
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Dünən, 11:27
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
Dünən, 11:22
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Dünən, 11:12
XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
Dünən, 10:46
Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
Dünən, 10:41
Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
Dünən, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Dünən, 09:53
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
Dünən, 09:48
Qardaşlığımızın möhürlənməsinin beşinci ili
Dünən, 09:38
Flora Kərimovanın vəziyyəti - Açıqlandı
Dünən, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
Dünən, 09:23
“İranla saziş imzalandı, hamını təbrik edirəm!”
Dünən, 09:16
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib