"DAY - DAYISI" NAZİR OLAN MƏHƏRRƏM NOVRUZOV İŞ ADAMININ BAŞINA SİLAH DAYADI
Sosial / Maraqli / Video
Oxunub: 275
23 may 2023 | 18:20
"DAY - DAYISI" NAZİR OLAN MƏHƏRRƏM NOVRUZOV İŞ ADAMININ BAŞINA SİLAH DAYADI


“Hacı” ləqəbli Məhərrəm Novruzovun qaranlıq əməllərindən ötən reportajımızda qısa bəhs etmişdik. Material Reallıq TV də yayımlanandan sonra Məhərrəm Novruzovun rəhbəri olduğu “Bağçalı Evlər” şirkətinin Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksindən redaksiyamıza çoxlu məktublar daxil omaqdadır. Qurtuluş 93 – də tikilən binaların “Bağçalı evlər” şirkətinə məxsus olması və satılan evlərə sahiblənən vətəndaşların aldadılması ciddi narazılığa səbəb olub. Belə ki, şirkət rəhbəri Məhərrəm Novruzov evləri vətəndaşlara satarkən onların mənzillərinin tezliklə özəlləşdiriləcəyinə və çıxarışla təmin olunacağına söz veribmiş. Lakin illər keçməsinə baxmayaraq vətəndaşlar Məhərrəm Novruzovun sözünə əməl etmədiyini və onları aldatdığını görürlər. Bununla yanaşı Qurtuluş 93 – ün rəhbəri mənzillərə təbii qazın verilməsini də həyata keçirtməkdən yayınır və vətəndaşlar qarşısında götürdüyü öhdəlikləri icra etməkdən imtina edir. Təbii qazın verilməməsi yaşayış kompleksində vətəndaşların ciddi problemlərlə üz üzə qoyub. Dəfələrlə “Hacı” ləqəbli Məhərrəm Novruzova müraciət edən sakinlər verdiyi öhdəlikləri yerinə-yetirməyi tələb etsələrdə onun cavabı eyni olub: Kim istəmir Qurtuluşda yaşamasın. Təbii qazın mənzillərə verilməməsi Məhərrəm Novruzova əlavə qazanc gətirməkdədir. Hacı qış payız və qış mövsümündə hər mənzilə görə 40 manat pul yığır və bunu verməyənləri müxtəlif üsullarla cəzalandıra bilir. Yaz və yay mövsümündə hər evdən 25 – 30 manat pul toplayan Novruzovun özəl qaydaları yaşayış kompleksinin sakinlərini bezdirib. Olunan çoxsaylı şikayətlərə və narazılıqlara Məhərrəm Novruzovun cavabı qısadır – Gedin hara şikayət edirsiniz edin. Mənim arxamda nazir dayanır. Narazılıqlara məhəl qoymayan “Hacı” Masazırdan keçən böyük neft və qaz kəmərlərinin üzərində böyük tikintilər aparmaqdadır. SOCAR şirkətinə məxsus olan həmin ərazilərdə qanunsuz tikintilərin aparılması böyük təhlükə mənbəyi olsa da Məhərrəm Novruzova “dur” deyən yoxdur. Xatırladaq ki, kəməe üzərində tikilmiş “Xəzər Food” restoranı və digər bu kimi iaşə obyektləri hazırda fəaliyyət göstərir və onların fəaliyyəti böyük faciə ilə sonuclana bilər. Day dayısı nazir olan “Hacı”nın laqeyd münasibəti daha bir neçə insanın həyatına son qoya bilər. Biz Reallıq Tv olaraq Məhərrəm Novruzovun arxalandığı nazir day – dayısının kimliyinə növbəti araşdırmalarımızda aydınlıq gətirəcəyik. Xatırladaq ki, “Hacı” ləqəbli Məhərrəm Novruzovun fəaliyyəti daim qanunları pozmaqla müşaiyyət olunub və ölkə mediasında dərc edilən xəbərlər arasında “Bağçalı evlər” şirkətinin rəhbərinin pandemiya və karantin dövründə, hətta novruz bayramı dönəmində bəzi ailələrin dolanışığına müdaxilə etməsi halları da baş verib ki, bunun nəticəsində “Hacı”nın evinin qarşısında intihara cəhd də edilib. Məhərrəmov Novruzovun kriminal keçmişi ilə bağlı 2017-ci ildə Ukraynanın Lvov şəhərində yaşayan azərbaycanl iş adamı Nazim Qəzənfərovun mediaya açıqlamaları olmuşdu. O bildirmişdi ki, Məhərrəm Novruzov əmlakını zor gücünə qəsb edib. Onun açıqlamasında qeyd olunurdu: “Bildiyiniz kimi bir ilə yaxındır əmlakımı zor gücünə qəsb edən, onun üçün gördüyüm işlərin – tikdiyim obyekt və restoranların pulunu verməkdən imtina edən “Qurtuluş – 93” Yaşayış Kompleksinin sahibi Məhərrəm Novruzov pulla saxladığı adamları ilə birgə mənim başıma silah dayayaraq etibarnaməyə qol çəkdirib. Məni buraxandan sonra isə elə həmin gün notariusa gedib etibarnaməni ləğv etdirmişəm. İki gün sonra isə məni təkrarən tutublar, zorla pasportum və firmanın sənədləri əlimdən alaraq məcburi qaydada, silahlı təhdidlə öz maşınlarında notariusa aparıbar. Elə orada da alqı-satqı edib pulları mənimsəyiblər. Qəzənfərov daha sonra bildirir: O gündən də əmlakımın geri qaytarılması uğrunda mübarizə aparır, təzyiqlərlə üzləşirəm. Bu təzyiqlərin davamı Məhərrəm Novruzovun sifarişi ilə Azərbaycanda tikdiyim yaşayış və qeyri-yaşayış sahələrinin qarşılığında alacağım pulun kiçik bir hissəsi olaraq baş etibarnamə ilə verilən “Mersedes ML” markalı avtomobil və “Qurtuluş-93”də yerləşən üç otaqlı mənzil də əlimdən alınıb. Qardaşım Qəzənfər Qəzənfərovun işə heç bir aidiyyatı olmadığı təqdirdə Şabran polisinə, oradan da Bakıya aparılıb. Lakin mətbuatın məsələni işqılandırmasından sonra onu sərbəst buraxıblar. Məhərrəm Novruzov isə iddia edib ki, Azərbaycana valyuta gətirmək xatirinə Ukraniyada iş görmək istəyib. Bəs nə üçün o bu pulları qanuni yolla deyil, qeyri-qanuni yollarla ölkədən çıxarırdı? Əgər o dediyi pulları qanuni yolla çıxarıbsa, buyursun, ortaya sənəd-sübut qoysun”. Bildirək ki, Reallıq Tv iş adamı Nazim Qəzənfərovun söylədiyi faktları araşdırır və yaxın günlərdə həmin araşdırmanı diqqətinizə çatdıracağıq. Məhərrəm Novruzovun və yaxınlarının qanunsuz əməlləri bunlarla bitmir. // reallıq.tv
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO