Hesablama Palatası AZAL-da: Həqiqi yoxlama, yoxsa tamaşa?.. - NƏ BAŞ VERİR?
Sosial
Oxunub: 163
15 noy 2022 | 19:19
Hesablama Palatası AZAL-da: Həqiqi yoxlama, yoxsa tamaşa?.. - NƏ BAŞ VERİR?


Hesablama Palatası AZAL-da aparılan yoxlamalardan sonra qiymətlərin optimallaşdırılmasını tövsiyə edib.
Hamıya məlumdur ki, AZAL -ın təklif etdiyi qiymətlər çox yüksək səviyyədədir. Bu özünü əsasən beynəxalq uçuşlar zamanı büruzə edir. Göstərilən xidmət və qarşılığında təklif edilən qiymət tərs mütənasibdir. Yəni mütəxəssislər belə hesab edir. Amma hər kəsə bəllidir ki, qiymətləri inzibati qaydada endirmək də çıxış yolu deyil. “AZAL” inhisarçıdır, hökumət bu şirkətin rəqabətsiz şəraitdə işləməsinə şərait yaradır. Ona görə də AZAL istədiyi qiyməti diqtə edə bilir.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, AZAL-ın qiymətləri, aviabiletlərə tətbiq etdiyi qiymətlər AZAL-ın göstərdiyi xidmət üzrə ən yaralı, ən mənfi məqamdır. İqtisadçının fikrincə, bu ondan irəli gəlir ki, AZAL monopolist şirkətdir. Yəni faktiki olaraq ölkədə mülki aviasiya üzrə AZAL-dan başqa heç bir avia şirkət yoxdur, fəaliyyət göstərmir. AZAL-ın praktiki olaraq rəqabət aparmaq üçün qarşısında heç bir digər avia şirkət mövcüd deyil. Bu səbəbdən də, AZAL aviabiletlər üzrə istədiyi qiymətləri tətbiq edir. Tətbiq edilən həmin qiymətləri AZAL-ın göstərdiyi xidmətlərə müvafiq olub-olmadığı qətiyyən heç bir şəkildə nəzərə alınmır.

P.Heydərov deyir ki, bu indinin problemi deyil. Neçə illərdir ki, bu çox ciddi bir müzakirə mövzusu, ciddi bir problem hesab edilir. Haqlı olaraq sərnişinlərin, AZAL-ın xidmətindən istifadə edənlərin narazılığına şərait yaradır. Buna görə də, Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində, bilavasitə bu faktı ortaya çıxarması heç bir halda qeyri-adi bir məsələ hesab oluna bilməz.

“Ümumiyyətlə, Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində üzə çıxardığı neqativ halın, yalnız məhz bundan ibarət olduğu, hətta ciddi mübahisə olunmalıdır. Əslində AZAL monopolist şirkət olduğuna görə, neqativ hal var. AZAL-da hamını narahat edən məsələ aviabiletlərin qiymətlərinin baha olmasıdır. Hesablama Palatasının AZAL-da apardığı yoxlamalar nəticəsində üzə çıxardığı əgər yeganə məsələ bu hesab olunursa, bu heç bir reaksiya doğurmur. Əslində həmin yoxlamaların özünün keyfiyyətinə ciddi şübhələr yaradır. Ortaya ciddi suallar çıxarır. Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində yalnız bu faktın ortaya qoyulması kifayət hesab edilmir”,- deyə o qeyd edib.

İqtisadçı hesab edir ki, mülki aviasiya sahəsində rəqabət şəraitinin yaranmasına nail olunmasa, o zaman AZAL-ın qiymətlərindən vətəndaşların narazılığı ilə qarşılaşacağıq. Bundan sonra qiymət amili məsələsində neqativ hallar davam edəcək. Yəni bütün bu problemlərin həll yolu, bazarda digər iştirakçıların olmasını da təmin etməkdir.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq