Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...

Xəbər verildiyi kimi, mayın 11-də Lənkəranda qısa fasilə ilə iki dəfə güclü zəlzələ baş verib. Birinci zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub. Rayonda 4,4 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Lənkəran sakinləri təkanların çox güclü olduğunu və buna görə qorxduqlarını bildiriblər. Yaşlı sakinlərdən biri isə qeyd edib ki, 50 ildir belə zəlzələ görməyib.
Xoşbəxtlikdən canlı itki və dağıntı olmayıb. Bununla belə, təkcə bölgə sakinlərini deyil, ümumiyyətlə, Azərbaycan əhalisini belə bir sual düşündürür: bu, daha güclü yeraltı təkanın xəbərçisi ola bilərmi? Qonşu İranda, Türkiyədə tez-tez baş verən zəlzələlərin Azərbaycanla nə dərəcədə bağlılığı var?
Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı:
“Əvvəlki müsahibələrimdə də bildirmişdim ki, 2024-cü ildə Azərbaycanda hiss olunan zəlzələlər olacaq. Hətta qeyd etmişdim ki, 4.5- 5.5 maqnitudalı zəlzələlər baş verəcək. Lənkəranda baş verən zəlzələ bunun təzahürüdür. Təbii ki, bu cür zəlzələlər il boyu davam edəcək. Biz hiss olunan zəlzələlərdən qaça bilməyəcəyik. Çünki biz bir dövriliyi yaşayırıq. Seysmik və tektonik aktivliyi yaşayırıq. Azərbaycanda bir neçə seysmik aktiv olan bölgə var. Bu ərazilər bir-biri ilə əlaqədar olaraq təkan rolunu oynayır. Misal üçün, Lənkəranda baş verən zəlzələ ocağında daha güclü zəlzələlərin olması nəzəri baxımından gözlənilmir. Amma qonşu ocaqlarda aktivləşmə müşahidə oluna bilər. Bu, birtərəfli baxışdır”.
“Qonşu ölkələrdə tez-tez baş verən zəlzələlərin Azərbaycanla nə dərəcədə bağlılığı var” sualına gəlincə isə seysmoloq dedi ki, ölkəmiz böyük meqatektonik zonada yerləşir: “Türkiyə, Azərbaycan, İran və Xəzər dənizi boyu ərazilər Türkmənistana tərəf böyük bir meqatektonik bölgədir. Bu nəhəng bölgədə müxtəlif kiçik və irihəcmli qırılmalar, pozuntular mövcuddur və bunlar bir-biri ilə əlaqədardır. Ola bilməz ki, qonşuda böyük həcmli qırılmalar baş versin, amma Azərbaycandan bu yan keçsin. Bu, fizika qanununa da ziddir. Təbii ki, qonşu bölgələr digər sərhəddə olan seysmik və tektonik bölgələri daha da silkələndirir. Nəticədə Azərbaycanda davamlı olaraq bu il seysmik aktivlik müşahidə edəcəyik, bu, qaçılmazdır”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə jurnalistlərə açıqlamasında bildirib ki, Lənkərandakı zəlzələ nəticəsində elə dağıntılar yoxdur. Ən keyfiyyətsiz tikinti materialları olan çay daşlarından tikilmiş evlərdə müəyyən çatlar var.
Onun sözlərinə görə, güclü zəlzələnin baş verməsi ehtimalı yoxdur: “Biz analiz etdik ki, ayrılan enerjinin gücü nə qədərdir. Əhaliyə də müraciət etdik ki, narahat olmasınlar. Lənkərandakı zəlzələdən sonra çoxlu afterşoklar qeydə alınıb. Lakin bunların içərisində 4,4 bal olan hiss edilib. Hazırda zəlzələnin təkrarlanması ilə bağlı qorxu yoxdur və güclü zəlzələ gözlənilmir”.
Qeyd edək ki, ötən gün dünyada bir neçə ərazidə güclü zəlzələ olub. Rusiyada Baykal gölü ətrafında 6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Vahid Geofizika Xidməti bildirir ki, yeraltı təkanlar Ulan-Udedə 4 bal, İrkutskda isə 3 bala qədər hiss olunub. Dağıntı və insan tələfatı yoxdur. Eyni zamanda Sakit okeanın sahilində - Qvatemala ilə Meksika sərhədində 6,7 maqnitudalı zəlzələ olub. Milli Seysmologiya, Vulkanologiya, Meteorologiya və Hidrologiya İnstitutunun (INSIVUMEN) məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Qvatemalanın bir neçə şəhərində infrastruktur obyektlərinə zərər verib, avtomobil yolları və binaların uçması qeydə alınıb. İnsan tələfatı barədə məlumat yoxdur. Zəlzələnin episentri San-Markosun təxminən 90 kilometrliyində 25 kilometr dərinlikdə olub. Yeraltı təkanlar yerli vaxtla saat 05:39-da baş verib.
Dünən, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
Dünən, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
Dünən, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video
Dünən, 10:00
"Şeytan"ın sonu gəldi: İllərlə axtarılan narkobaron ələ keçdi
Dünən, 09:50
Tramp: Dördüncü dəfə də prezidentliyə namizədliyimi irəli sürəcəyəm
Dünən, 09:37
Maliyyə Nazirliyinin xidməti avtomobilləri "su qiyməti"nə satışa çıxarılır – SİYAHI
Dünən, 09:27
Həbs edilən iş adamları kimlərdir-izlər Xızıya aparır
Dünən, 09:15
Ali təhsil müəssisələrindən xaric edilmiş şəxs əsgərliyə nə vaxt çağırılır?
Dünən, 09:11
Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
Dünən, 09:05
Həftəsonu su hövzələrinə üz tutanlara - Çağırış
Dünən, 09:00
"Sea breeze"dən cəmi 2 kilometr aralıda ekoloji fəlakət – Pirşağı bağlarında zibil dizə çıxır - FOTOLAR
24-07-2026, 16:00
İranın ticarət gəmilərinə vurduğu zərər onun ABŞ-da dondurulmuş pullarından ödəniləcək - Tramp
24-07-2026, 15:30
Bakıda bu evlərin qiyməti kəskin qalxır
24-07-2026, 14:45
İlham Əliyev bu qanunu təsdiqlədi
24-07-2026, 14:41
Avtomobil Yolları Dövlət Agentliyinin şirkəti ləğv olunur
24-07-2026, 14:37
Prezident bu ölkədəki səfiri geri çağırdı
24-07-2026, 14:34
Vəzifəli şəxslər həbs olundu - Məmməd Musayevlə əlbir olublar - ADLAR
24-07-2026, 14:22
Britaniya müharibəyə hazırlaşır, bəs britaniyalılar? – Şok rəqəm!
24-07-2026, 14:00
Paşinyana “Sülh müqaviləsini tez imzala” çağırışı – Kritik ZƏNG
24-07-2026, 13:10
Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24-07-2026, 13:07
Türkiyənin əsas müxalifət partiyası olan CHP parçalandı
24-07-2026, 12:03
Balakəndə küçə itlərini zəhərləyirlər?
24-07-2026, 11:11
Azərbaycan şəhərində İran-Ermənistan görüşü – Bakıya mesaj?
24-07-2026, 11:07
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 20-dən çox şəxs xəsarət aldı
24-07-2026, 11:03
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
24-07-2026, 10:53
Şantaj körpüsü