Cənab Seyidovun bu qədər sərvəti hardandır?.. - İLGİNC FAKTLAR
Sosial
Oxunub: 194
15 noy 2022 | 22:22
Cənab Seyidovun bu qədər sərvəti hardandır?.. - İLGİNC FAKTLAR


Mərhum Prezident Heydər Əliyevin qurucusu olduğu, 1993-cü ildən iqtidarda olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 ili tamam olur. Hakim partiya 800 min üzvü özündə birləşdirməklə ölkənin ən böyük partiyası, uzun illər Milli Məclisdə çoxluğu əlində saxlayan yeganə siyasi qüvvədir. YAP-ın buna necə nail olması başqa yazının mövzusudur, amma bu o demək deyil ki, hakim partiya haqqında yazılası başqa mövzu yoxdur. Məsələn, yüz minlərlə kasıb vətəndaşın üzv olduğu partiyanın hesabına topdağıtmaz sərvəti olan oliqarxlar formalaşıb. Qohumbazlıq, hakimiyyətdən su-istifadə, dövlət əmlakını talama və s. natəmiz üsullarla ağılagəlməz var-dövlətə sahib olan bu şəxslər YAP-ın ictimai nüfuzuna böyük xələl gətirir.

Onların sayı xeyli çoxdur, bu yazıda birinci onluqda gələn isimlərdən biri – YAP Suraxanı təşkilatının sədri Vüqar Seyidovdan bəhs edəcəyik. Bu barədə redaksiyamıza YAP kularlarından maraqlı məlumatlar daxil olub.

Cənab Seyidov kimdir? YAP Siyasi Şurasının üzvü, uzun illər Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmuş Hacıbala Abutalıbovun qardaşı Osman Abutalıbovun kürəkəni. Əlbəttə, bu qohumluq YAP-ın rayon sədrinin oliqarxa çevrilməsində mühüm rol oynayıb. Amma bu yeganə vasitə deyil.

Vüqar Seyidov 14 Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Şirvan şəhərinə başçılıq edən İlqar Abbasovla birlikdə rayonun gəlirli sahələrinə əl qoyub. Torpaq, vəzifə satmaqdan tutmuş dövlət resurslarına sahiblənməklə dəyəri on milyonlarla dollarla ölçülən daşınmaz əmlaka, ayda yüz minlərlə gəlir gətirən biznesə sahib olub.

Mənbə onlardan bəziləri haqqında redaksiyamıza maraqlı məlumatlar göndərib. Belə ki, Nizami rayonu, 8-ci km. yaşayış sahəsi, M.Abbasov küçəsi 2 ünvanında ümumi sahəsi 809.82 kvm olan 4 mərtəbəli ofis binası ona məxsusdur. Cənab Seyidov bu gəlirli obyekti həyat yoldaşı Reyhan Seyidovanın adına sənədləşdirilib. Bundan başqa Binəqədi rayonu, Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi 70 f ünvanında yerləşən, ümumi sahəsi 506 kvm olan kafe-çayxana, “Yaşıl Ada Uşaq Bağçası MMC” də həyat yoldaşı Reyhan Seyidovanın adınadır. Bundan əlavə Vüqar Seyidov yaxın qohumu Rəna Nazim qızı Abutalıbovanı Yeni Günəşlidə yerləşən 23 saylı uşaq bağçasına müdir təyin etdirib.

Mənbə bildirir ki, Qaraçuxur qəsəbəsində yerləşən “Qədim Qarabağ” restoranı, Yeni Günəşli, Abbas Fətullayev küçəsindəki beton zavodu və 20 hektar torpaq sahəsi də YAP təşkilat sədrinin biznes imperiyasına daxildir.

Məlumata görə, Vüqar Seyidov tikinti sektoruna da baş vurub, mənbə bildirib ki, hazırda 21 yaşayış binasının tikintisi üçün hazırlıqlar gedir. YAP-ın yerli sədri eyni zamanda Nərimanov və Nəsimi rayonları ərazisində hündürmərtəbəli binalar tikdirib.

Cənab Seyidovun bahalı maşın həvəskarı olduğu da verilən məlumatlar sırasındadır. Mənbə bildirib ki, onun avtomobil kolleksiyasına “Range Rover”, 77-ZZ-776 nömrəli son model “Toyota Land Cruiser”, “Mercedes Benz Maybach” və s. lüks modellər daxildir.

Vüqar Seyidovun qaynatası Osman Abutalıbov da böyük biznes sahibidir. Belə ki, o 2009-cu ildə Türkiyədə “Baytaş Su və Meşrubay Pazarlama Sanayi Ticarət Limited” şirkətində 16,7 faiz pay alıb. 2010-cu ilin mayında əvvəlcə şirkətin adı (Nida Su və Meşrubat Pazarlama Sanayi Ticaret Limited) oktyabrda isə payçıları dəyişib. Abutalıbov onu tamamilə Azərbaycan kapitallı şirkətə çeviərək sahiblənib. Dekabrda şirkət İstanbuldan Sakarya bölgəsində – Sapancaya köçürülüb. Mənbə bildirir ki, burada Osman müəllimin və ortqalarının 14 min kv.metrdən çox daşınmaz əmlakı olub. Amma 5 il sonra – 2015-ci ilin sonunda ortaqlar qəflətən şirkətin ləğv edilməsi haqda qərar qəbul ediblər.

Mənbə Seyidov-Abbasov cütlüyünün Suraxanı rayonunda çoxşaxəli işbirliyi ilə bağlı da redaksiyamıza maraqlı məlumatlar verib.

Bizi izləyin. //gununsesi.info//
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu