Sahil Babayevin vaxtı NƏDƏN ERKƏN YETİŞDİ... - Bunun günahkarı kimdir..?
Sosial
Oxunub: 355
7 in 2022 | 22:50
Sahil Babayevin vaxtı NƏDƏN ERKƏN YETİŞDİ... - Bunun günahkarı kimdir..?


Azərbaycanın son tarixində Sahil Babayev qədər qalmaqallı və ziddiyyətli nazir olmayıb.
Söhbət Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayevdən gedir.
Məlumdur ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsindən sonra gənc, islahatçı Sahil Babayevin nazir təyin edilməsi cəmiyyətdə müəyyən ümidlər yaratmışdı ki, bu sferada ciddi müsbət dəyişikliklər olacaq. Amma...
Əmması odur ki, Sahil Babayev nəinki ümidləri doğrultmadı, hətta sələfi Səlim Müslümovun atasına rəhmət oxutmağa başladı.
Sahil Babayevə tam səmimi olaraq deyirik ki, sənin barəndə aylar, illər sonra yazılanları, biz sən nazir olan kimi rayonda olanda bizə təfsilatı ilə danışdılar. Amma biz yazmadıq, gözlədik, düşündük ki, bəlkə...
Cənab Sahil Babayev, kimin nənəsinin erməni, yaxud moltanı olması bizim üçün müzakirə mövzusu deyil.
Biz ciddi media orqanı olaraq o düşüncədəyik ki, bu dünyada heç kim valideynlərini və vətənini özü seçmir. Bu taleh, qəzavü-qədər işidir. Adam dostunu, gələcək yoldaşını, peşəsini seçə bilər, amma valideyni seçmək mümkün deyil.
Ona görə də biz bu cür arqumentlərdən sizə və yaxud kiməsə qarşı istifadə etmirik.
Biz kiminsə regional mənsubiyyətinə, yaxud dini-etnik mənsubiyyətinə görə ittiham olunmasının qəti əleyhinəyik. Amma...
Əmması odur ki, sivil dünyada dövlət-vətəndaş, məmur-dövlət münasibətləri var.
Əgər dövlət başçısı sənə etbiar edib, etimad göstərib nazir vəzifəsinə təyin edibsə, ( bundan böyük nə ola bilər ) sən bunu mütləq doğrultmalısan. Bu az qala bir aksiomadır.
Başa düşdünmü, cənab Sahil Babayev. Bizi sənin mənşəyin, etnik kimliyin maraqlandırmır.
İndi ən azı insaf naminə özün de görək, sən cənab Prezidentimizin etimadını az-çox olaraq doğrulda bildinmi..?
Bəli, bu il aprelin 21-də nazir təyin olunmağının 4 ili tamam oldu, yəni 5-ci ildir ki, nazirsən.
Bu müddətdə nə iş gördün, hansı islahatlar apardın...?
İcazə ver biz bir neçəsini deyək..?
Minlərlə, bəlkə də on minlərlə insanı dövlətdən, hakimiyyətdən narazı saldın...
Hörmətli Sahil Babayev, deyirsən ki, filankəslər saxta yolla veteran olub, saxta yolla əlillik dərəcəsi alıb. İranlılar demişkən, xeyli xub.
Sahil Babayev, sən 1980-ci ildə Bakı şəhərində anadan olmusan.
Rəsmi tərcümeyi-halında yazılıb ki, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi işləmisən.
Axı, 19 yaşlı 1-2-ci kurs tələbəsi SOCAR-da necə baş mütəxəssis işləyə bilərdi..?
Deməli, saxta veteranlıq, saxta müavinət məsələsini birinci sənin özündən başlamaq lazımdır.
Və vətəndaşlar saxta yolla əlillik dərəcəsi ala bilməz, əgər alıblarsa, onun arxasında böyük cinayətkar məmur şəbəkəsi var.
Cənab, Sahil Babayev bu gün də həmin şəbəkə sizin rəhbərliyiniz altında rüşvət və korrupsiya əməllərini davam etdirir. Və heç bir xəstəliyi olmayanlara yalandan karlıq, korluq diaqnozu qoyularaq pensiya verilir.
Amma, Sahil Babayev, Qarabağ müharibəsinin iştirakçısı 9 aydır özünə pensiya düzəldə bilmir.
Bunun günahkarı kimdir..?
Əlbəttə, sizin rəhbəri olduğunuz nazirlik.
Ehtiyatda olan zabit yazır ki, 1991-ci ildən könüllü olaraq Milli Orduda qulluq elədim və 1997-ci ildə ailə vəziyyəti və sağlamlığım ilə əlaqədar tərxis olundum.
O vaxtdan etibaran 12 il neft sənayesinin müxtəlif müəssisələrində sıravi işçi olaraq ən ağır işlərdə çalışdım. 2009-cu ildən etibarən sağlamlığım əmək fəaliyyəti ilə məşğul olmağa imkan vermədiyi üçün ümumi xəstəlik diaqnozu ilə ikinci dərəcəli əlillik statusu aldım. O dövrdən etibarən mütamadi olaraq səhiyyə müəssisələrində, məruz qaldığı xəstəliklərlə bağlı müalicələr keçib, tibbi epikrizləri aidiyyatı orqanlara təqdim edib.
Keçmiş həbrçi zabit yazır ki, keçən ildən Sahil Babayev pensiya təminatımı dayandırdı.
Sahil Babayev, bu adam həyatını Əfqanıstan müharibəsində, sonra Qarabağ müharibəsində qoyub, sonra ən ağır sahələrdə işləyib. Bu insanın pensiya təminatını niyə ləğv etmisən..?
Deyirsən ki, bu da saxta veterandır..?
Cənab Sahil Babayev, bəlkə sənin özünü təftiş edək.
Tam əminliklə deyirk ki, bu yaxın zamanda olacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S. Sahil Babayev, görəsən bu qədər biyabırçılığın qarşısında bir nazir olaraq üzərinizə düşən məsuliyyət haqqında heç düşünürsünüzmü? Əlillərin qarşısına çıxaraq onların halına yanası bir işçinizdə yoxdurmu? //gundelik-baku.com//
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq