Şöbə müdirinin oğlu mərcdə 200 min manat pul uduzub

Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur
Ötən gün Bərdənin icra başçısı Vidadi İsayev və Kəlbəcərin təhsil şöbəsinin müdiri Elmira Şükürova ilə bağlı məlumat vermişdik. Redaksiyamıza daxil olan məlumatlarda iddia edilirdi ki, xanım Şükürova hələ Ağdamda təhsil şöbəsinin müdiri işləyən zaman Bərdədə məcburi köçkünlər üçün inşa edilən binadan 30 mənzil alıb. Və bu alış-veriş icra başçısı Vidadi İsayevlə onun arasında olub. Həmçinin bu ticarət xanım şöbə müdirinə 150 min manata başa gəlib.
Məlumatı verən mənbə vurğulayıb ki, iki il qabaqcadan alınmış mənzillər tikinti işləri başa çatdıqdan sonra 15 min manatdan satışa çıxarılıb və qısa müddətdə satılıb.
Redaksiyamızın araşdırmalarına görə, Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil. Həmin məlumatlara görə, sözügedən şəxs Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb. İddia olunur ki, həmin obyektləri Şükürovaya elə Vidadi İsayev satıb.
Araşdırmalar zamanı o da bəlli olub ki, təhsil şöbəsinin müdiri həmçinin Ağdam-Bərdə yolunun üzərində iri heyvandarlıq kompleksinin də sahibi kimi tanınıb. Uzun müddət fəaliyyətdə olan bu kompleks sonradan satılıb. Özü də Elmira Şükürova Kəlbəcərə təhsil şöbəsinin müdiri getdiyi ərəfədə. Görünür, ona pul lazım olub və bu səbəbdən də illərlə əziyyət çəkib, yaratdığı əsas gəlir mənbələrindən birini satmalı olub. Bu satışın əsas səbəbi isə olduqca maraqlıdır.
Redaksiyamız xəbər verir ki, ilk baxışdan Elmira Şükürovanın bu heyvandarlıq kompleksini Kəlbəcərə təhsil şöbəsinin müdiri getmək üçün satdığı təəssüratı yaranır. Əslində isə məsələ tamam başqadır və işin içində 200 min manatlıq bir borc məsələsi mövcuddur.
Məlumatlarda qeyd edilir ki, Elmira Şükürovanın hazırda Gəncə Apellyasiya Məhkəməsində çalışan oğlu belə borcları mütəmadi olaraq yaradır. Sonuncu belə hadisə bir müddət əvvəl baş verib. Redaksiyamıza məlumat verən mənbə bildirir ki, Emin Bayramov davamlı olaraq mərc oyunlarına qatılır və bu səbəbdən də külli miqdarda pullar uduzur. Qeyd olunur ki, sonuncu dəfə məhkəmə işiçisi Gəncə şəhərində yerləşən «Topaz»ın yerli şöbələrinin birində ard-arda böyük məbləğli futbol mərclərinə girişib. Nəticədə, 200 min manatlıq bir borc yaranıb.
Mənbə vurğulayır ki, bu borc məsələsi getdikcə şişərək, problemə çevrilməyə başlayıb. Emin Bayramov həmin borcun 50 min manatlıq hissəsini bağlasa da, digər qismini ödəmək gücündə olmadığını bildirib. Lakin «Topaz»ın nümayəndəsi yerdə qalan 150 min manatın da tez bir zamanda ödənilməsini tələb etməyə başlayıb, əks təqdirdə, ciddi problem yaşanacağı barədə xəbərdarlıq edib.
Redaksiyamıza daxil olan bilgilərə görə, işin böyüdüyünü görən Elmira Şükürova oğlunu dardan qurtarmaq üçün Ağdam-Bərdə yolunun üzərindəki heyvandarlıq kompleksini sataraq, oradan aldığı pulla oğlunun borclarını bağlayıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI