"Kərbəlada müalicə alan müəllimlər" - İLGİNC MƏLUMATLAR
Sosial
Oxunub: 309
24 yan 2022 | 15:39
"Kərbəlada müalicə alan müəllimlər" - İLGİNC MƏLUMATLAR


Ötən ilin son günlərində, yəni 29 dekabr 2021-ci il tarixində "DogruXeber.az" informasiya portalında "Əlbir olub bir ayı bir şir ilə..." başlığı altında yazılı məlumat yayımlanmışdı. Məlumatda Yardımlı rayon Separadi kənd orta məktəbinin "Kərbəla" ziyarətinə gedən iki müəlliminin, "imza atdığı" qanunsuz əməllərindən bəhs edilirdi.

Linkə bax !

Belə ki, redaksiyamıza daxil olan məlumata görə, Yardımlı rayon Separadi kənd orta məktəbinin müəllimləri Hüseynov Neman Mirhüseyn oğlu və hazırda təqaüddə olan Əliyev Bəxtiyar Xanış oğlu 08.10.2019-cu il tarixində yuxarıda da qeyd etdiyimiz kimi "Kərbəla" ziyarətinə getmək üçün ölkədən çıxıblar. 25.10.2019-cu ildə isə ölkəyə qayıdıblar.

İndi deyəcəksiniz, burda nə var ki,?!

Maraqlı olan işin o tərəfidir ki, hər iki müəllimin ölkəni tərk etdiyi gündən, yəni 08.10.2019-cu il tarixindən adlarına Yardımlı rayon Mərkəzi Xəstəxanasında bülleten açılıb. Hələ üstəlik tam maaşları da təmin edilib.

Biz bu məlumatlar barəsində Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq. Rasim Əkbərov araşdırıb, sonra redaksiyamıza məlumat verəcəyini bildirdi. Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə də eyni cavabı verdi.

Lakin, artıq ikinci aydır ki, hər iki rəhbər şəxsin araşdırmalarının nəticələri barəsində heç bir məlumat yoxdur. Amma, biz Baş Həkim Rasim Əkbərovla və Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə ilə telefon əlaqəsi saxlayan kimi, ardından Neman Hüseynov bizə zəng edib, "balaca oğlan" olmadığını diqqətimizə çatdırmışdı. Daha sonra təkrar zəng etdiyində isə redaksiyamıza gəlib, özü açıqlama verəcəyini bildirmişdi və xahiş etmişdi ki, "Manaf Səmədzadəyə , həmçinin Rasim Əkbərova bir də zəng etməyək. Onlar narahat olur". Biz də onların narahatçılığına və həyəcanına anlayış göstərib susduq və rahat araşdırıb qanunda da göstərildiyi kimi bir ay müddətində cavab vermələrini gözlədik. Amma, görünür bu müddət onlarda məsuliyyət yerinə, rahatlıq yaratdığı üçün hələ də susmaqda davam edirlər. Məsələdən xəbərdar olsa da, adı çəkilmədiyi üçün Yardımlı rayon Prokurorluğu mövzuya kənardan seyirçi qaldı.

Dövlət Sərhəd Xidməti (DSX) də "daş atdı, başını tutdu". Yəni, onlar da sorğumuzu hansısa bizə məlum olmayan səbəblərdən cavablandırmadı. Görünür, Neman Hüseynov doğrudan da "balaca oğlan" deyilmiş.

Eşitdiyimizə görə, bu qədər məsul qurumlarda "ikinci işi"ndən dolayı ona xüsusi adamlar, "xüsusi rəğbət" bəsləyirlər.

Bütün məlumatları bir materialda qeyd edib, mövzunu çox uzatmaq istəmirik. Amma, növbəti yayımlarımızda Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin kimliyi və fəaliyyəti, Rasim Əkbərovun Yardımlı rayon Mərkəzi Xəstəxanasında idarəçiliyi, həmçinin çalışqan, yaslarda mollalıq, toylarda tamadalıq edən, bir sözlə "daşdan çörək çıxaran" gənc müəllim Neman Hüseynovun yay aylarında, harda hansı işlərlə məşğul olduğu barəsində təfərrüatları diqqətinizə çatdıracağıq.

Ardı var...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq