İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra etmirlər
Sosial
Oxunub: 1 114
16 yan 2022 | 14:21
İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra  etmirlər




"ecofront" ictimai birliyi öz feysbuk səhifəsində belə bir məqalə paylaşıb;

Nazir Muxtar Babayevin əmrini vecinə almayanlar kimlərdir. Yoxsa Nazir gözdən pərdə asmaq üçün əmr verir?

Haftoni meşəbəyliyində etiraz etdiyimiz əsas əraziyə bitişik və əsas etiraz hədəfi olan ərazidən 20 dəfə ! böyük 120 hektar məhv edilmiş meşə ərazisinin taleyi hələ də qeyri müəyyən və cəzasız qalır. Müqavilənin ləğvi üçün nazirin verdiyi əmr yerinə yetirilmir! (Sarı rənglə işarələnmiş)

Bu ərazi Lənkəranda Asfalt zavodunun direktoru Asfalt Raqib adlı şəxsə - Raqib Məmmədova verilib. Müqavilə onun oğlunun adına bağlanıb. Asfalt Raqib təkcə Nazir Muxtar Babayevin ona verdiyi 100 hektarı məhv etməklə qalmayıb, nazirliyin öz audit yoxlamasına görə 30 hektar da əlavə yeri məhv edib.

Görün meşə necə yiyəsiz yerdir ki, kimsə 30 hektar meşəni "səhvən" artıqlaması ilə məhv edir. və Nazirliyin bundan aylar illər sonra ictimai etirazlardan sonra xəbəri olur. Yoxsa hava xoş idi.

Lap xəbəri olandan sonra da bu audit yoxlamasını həyata keçirən bu cinayəti ortaya çıxaran şəxsi vəzifədən vururlar ki, sənin başın qaçıb deyəsən. Bu audit yoxlamasına əsasən Nazir Muxtar Babayev gözdən pərdə asmaq üçün bir əmr verir ki, 2 ay müddətinə qanunsuz bağlanmış müqavilələr ləğv edilsin.

İki ay artıq tamam olub amma səs soraq yoxdur. Bu müqavilə qanunsuz bağlanmayıb amma niyyəti qanunsuz olub, və niyyətə uyğun olaraq müqavilə şərtləri kobud sürətdə pozulub 100 hektar meşə nazirin icazəsi ilə amma müqavilə şərtlərinə zidd + 30 hektar meşə isə "icazəsiz" mahv edilib.

Bu müqavilə də ləğv edilməli və məhv edilmiş meşənin yerində təbii bərpaya kömək tədbiləri görülməlidir, meşə cinsi ağaclar əkilməlidir. Təqsirkarlar cəzasız qalmamalıdır.

----------------------------------

Keçən yay Haftonidə baş verən meşə qırğınları ETSN in necə rüsvayçı və həyasız bir qurum olduğunu göstərdi. Bir başa nazir Muxtar Babayevin öz göstərişi ilə həyata keçirilən dağıdıcı fəaliyyət onun günah keçiləri tərəfində həyasızcasına təkzib edilirdi. Yalnız təkzib edilməz faktlardan və davamlı ictimai nifrətdən sonra daha yuxarı dövlət qurumlarının müdaxiləsindən sonra bu dağıdıcı layihə ləğv edildi və yerində meşə cinsi ağaclar əkildi.

O həyasız təkzibləri edən Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov (və onun müavini) artıq vəzifədən uzaqlaşdırılıb. Amma bu dağıdıcı fəaliyyətə razılıq verən nazir Muxtar Babayev özünə yoqa ilə məşğul olan zavallı xoşniyyət bir adam obrazı biçib öz fəaliyyətinə davam edir. Hələ də Haftoni cinayətinə görə dəymiş ziyan açıqlanmayıb, Beta şirkəti və, və ya digər təqsirkarlar məsuliyyətə cəlb edilməyib. Çünki bu hadisələr birbaşa Muxtar Babayevin məlumatı olaraq və göstərişi ilə baş verib.

Ecofront olaraq həmin ərazidə və digər məhv edilmiş meşələrdə bağ salınmasına hər addımda etiraz edəcəyik. Hətta salınmış bağların belə bir gün məhv edilib təbiətə qaytarılması üçün əlimizdən gələni edəcəyik. Meşəyə göz dikən hər bir sahibkar anlamalıdır ki, bu fəaliyyət dağıdıcıdır və qanunsuzdur. Muxtarlar Namiklər əbədi deyil. Bu adamlar vəzifədən qovulanda onların əlində bir kağız parçası qalacaq. və bir gün Azərbaycan xalqı Azərbaycan Dövləti öz təbiətinə sahib çıxacaq.

Monte Ferro MMC (AGA Group, Caspian Plaza, Dəmirçi Plaza) Agrarco MMC, Aqroİnkişaf 2017 MMC (PaşaHoldinqə aid olduğu deyilən şirkətlər), Beta Tea, və çoxlu irili xırdalı şəxslər və şirkətlər tarixə meşə cinayətkarı kimi düşəcəksiniz. Söz ağır gəlirsə bağışlayın. Təbiətə 1000 manatdan artıq ziyan dəyəndə cinayət tərkibi daşıyır.


İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra  etmirlər
İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra  etmirlər
İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra  etmirlər
İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra  etmirlər
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib