Ali təhsil sistemində VİLAYƏT QAYDALARI... - Müəllimlərin HARAYI...
Sosial
Oxunub: 426
12 yan 2022 | 20:46
Ali təhsil sistemində VİLAYƏT QAYDALARI... - Müəllimlərin HARAYI...



"Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu, yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik". DİA.AZ bildirir ki, bu barədə AzTU-nun bir qrup müəllimi adından edilən müraciətdə deyilir.

ƏVVƏLİ BURADA:

Texniki Universitetdəki BƏRBAD MƏNZƏRƏ nazirliyin umrundadırmı? - İLGİNC FAKTLAR

Müəllimlər daha sonra yazır:
"Tamamilə ciddi olaraq, universitetdə belə pıç-pıçlar da dolaşmaqdadır ki, bəlkə müxtəlif strukturlarda olan təxribatçı elementlər Vilayət Vəliyev kimi bir adamı qəsdən, təxribat məqsədi ilə bu vəzifəyə təyin ediblər və onu qoruyurlar ki, o, universiteti iflic vəziyyətinə gətirsin və dağıtsın.

Texniki Universitetdə belə bir acınacaqlı vəziyyətin yaranmasının, yeri səhv düşmüş cəmi bir adamın Respublikanın texniki təhsili səviyyəsində bu qədər fəlakətlər törətməsinin, hələ də nəinki cəzasız qalmasının, həm də öz əməllərini davam etdirməsinin bir səbəbi də bizim ali təhsilimizdə olan idarəçilik sisteminin qüsurlarıdır. 90-cı illərin sonunda bizim ali təhsil sistemində islahatlar aparıldıqda və Avropa təhsil sisteminə, yəni Balonya sisteminə keçildikdə bizim ali təhsil müəssisələrinə Avropada olduğu kimi çox böyük özünüidarəetmə səlahiyyətləri verildi və Təhsil Nazirliyi bir təşkiledici, idarəedici və nəzarətedici orqan kimi öz əhəmiyyətini itirdi.

İndi aydın olur ki, bu bizim üçün hələ tez imiş. Universitet rektorlarının bəziləri bundan istifadə edərək, özlərini kiçik padşahlar kimi hiss edirlər və demək olar ki, heç kimin qarşısında cavabdeh deyillər. Universitet elmi şuraları isə belə rektorlar üçün yalnız şirma vəzifəsini yerinə yetirir və onların özlərini daha da sərbəst hiss etmələrinə şərait yaradır. Təhsil Nazirliyinin demək olar ki, universitetlər üzərində real hakimiyyəti qalmayıb. Təhsil Nazirliyi və şəxsən nazirin heç bir real səlahiyyəti yoxdur və nə rektorları təyin edə, nə də vəzifədən kənarlaşdıra bilər. Sual olunur, onda bəs Təhsil Nazirliyi nəyə lazımdır?

Lakin hər halda müxtəlif yoxlayıcı və nəzarət edici orqanlar hələ də vardır. Biz az da olsa ümid edirik ki, bizim yazılarda göstərilən faktlarla və Azərbaycan Texniki Universitetində son iki ildə yaranmış vəziyyətlə heç olmazsa Nazirlər Kabinetinin təhsil məsələləri ilə məşğul olan müvafiq strukturları, Respublika Hesablama Palatası və elə Təhsil Nazirliyinin özü də maraqlanacaq və müvafiq tədbirlər görəcək.

Hələ ki, gec deyil (bəlkə də artıq gecdir), V.VƏLİYEVİN TƏRƏFİNDƏN TEXNİKİ UNİVERSİTETİN ELMİ-PEDAQOJİ GENOFONDUNUN MƏHV EDİLMƏSİNİN, KADRLARIN DAĞIDILMASININ QARŞISINI ALIN. Bu, ölkəmizin də, ölkəmizdə texniki təhsilin də xeyrinə olardı".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləmıyə hazırıq...
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq