Rəsmi qurumların un və çörəyin qiymət həddini müəyyən etmək hüququ yoxdur - HƏQİQƏTƏN DƏ...
Sosial
Oxunub: 464
10 yan 2022 | 20:44
Rəsmi qurumların un və çörəyin qiymət həddini müəyyən etmək hüququ yoxdur - HƏQİQƏTƏN DƏ...


2022-ci il yanvarın 6-da Azərbaycanda un və çörəyin qiymətinin yuxarı həddi müəyyən edilib. Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, bir sıra iri üyüdülmüş buğda idxalçıları, eləcə də un və çörək istehsalçıları ilə müzakirələr aparılıb. Görüş qiymət manipulyasiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbir kimi təşkil olunub.

İdxal olunan məhsulların qiymətləri və emal xərcləri nəzərə alınmaqla unun və çörəyin yuxarı qiymət həddi müəyyən edilib: 50 kq unun topdansatış qiyməti 35,9 manat, ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti (500 q) 0,5 manat, ənənəvi (yumru) çörəyin pərakəndə satış qiyməti (650 q) - 0,65 manat.

İqtisadçı ekspert Azər Mehdiyev AYNA-ya şərhində deyib ki, Azərbaycanın dövlət strukturlarının, o cümlədən Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin un və çörəyə yuxarı və ya aşağı qiymət həddini təyin etmək hüququ yoxdur: “Bu xidmət bu və ya digər sahədə inhisarçılığın mövcudluğunu müəyyən etməli, bu barədə ictimaiyyəti məlumatlandırmalı və onların aradan qaldırılması üçün təkliflər hazırlamalıdır”.

DİA.AZ-ın məlumatına görə, Tarif Şurasının nümayəndəsi Səməd Əliyev də AYNA-ya etiraf edib ki, Azərbaycanda dövlətin unun və çörəyin yuxarı qiymət həddini müəyyən etmək hüququ yoxdur: “Ölkədə qiymətlərin tənzimlənməsi ilə Tarif Şurası məşğul olur. Lakin Tarif Şurasına un və çörəyin yuxarı qiymət həddini müəyyən etmək səlahiyyəti verilməyib”.

Əgər dövlət qurumlarının unun və ya çörəyin yuxarı qiymət həddini müəyyən etmək hüququ yoxdursa, onda Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və ya çörək istehsalçılarına öz şərtlərini hansı əsasla diktə edir?

Cavab almaq üçün Xidmətin daxil olduğu İqtisadiyyat Nazirliyinə müraciət etdik. Nazirliyin nümayəndəsi Seyran Ədilov un və çörəyin qiymətinə yuxarı həddin müəyyən edilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələrinin un və çörək istehsalçıları ilə görüşməsi faktını təsdiqlədi. Dövlət qurumlarının unun və çörəyin qiymətini müəyyən etmək hüququ olmadığını xatırlatmağımıza isə Ədilov “bunu bilmirəm” qısa cavabı ilə kifayətlənərək, telefonu qapatdı...
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...