AZAL-ın azalmayan TAMAHI... - Bu il də BALTA KƏSƏCƏK?
Sosial
Oxunub: 437
28 dek 2021 | 18:20
AZAL-ın azalmayan TAMAHI... - Bu il də BALTA KƏSƏCƏK?



Bir müddət əvvəl Milli Məclis “Turizm haqqında” qanunu müzakirə etdi. Məlum oldu ki, bəs Azərbaycanda turizmin inkişafının qarşısını alan səbəblərdən biri də “AZAL”-ın qiymətlərinin baha olması imiş.
Deputat Aqil Abbas qiymət məsələsəinə toxunaraq qeyd etdi ki, İrəvandan İstanbula reys açılır və biletin qiyməti bizim pulla cəmi 80 manat olacaq. O, hətta istehza ilə bildirib ki, Zəngəzur dəhlizinin açılmasını gözləyir ki, maşınla İrəvana, oradan da İstanbula getsin. Deputatlar “Azal”-ln qiymət siyasətini müzakirə etsələr də özləri dedikləri kimi dedikləri yenə də havada qaldı. “AZAL”-ın qiymət siyasəti uzun illərdir ki, dəyişmir. Əgər buna siyasət demək mümkündürsə.

Öncə qeyd edək ki, ölkədən uçuşların 97 faizi “AZAL” vasitəsilə həayata keçirilir. Qiymətlər baha olmasına baxmayaraq, ziyanla işləyir və dövlətdən dotasiyalar alır. Baxmayaraq ki, “AZAL” dövlət şirkətidir, qurumun xərcləri və gəlirləri şəffaf şəkildə açıqlanmır. “AZAL” rəhbərliyi dəfələrlə qurumun ziyana işlədiyini desə də, bu barədə mətbuata tutarlı və şəffaf açıqlamaları da olmayıb. Burada “gəlir hara gedir” sualını vermək yerinə düşür.

DİA.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, “AZAL”-ın yarıtmaz fəaliyyəti ölkə başçısının da gözündən qaçmayıb. O çıxışlarının birində qeyd edib ki: ““Azərbaycan Hava Yolları”nın (AZAL) bütün təyyarələrini dövlət alıb. Bütün aeroportları dövlət tikib. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək?”

Ancaq görünən odur ki, bütün narazılıqlara, etirazlara baxmayaraq, “AZAL”-ın qiymət siyasətini dəyişməyə niyyəti yoxdur. Bu siyasətin dəyişməsi üçün mütəxəssislərə görə, qurum qismən özəlləşdirilməli və rəhbərlik dəyişdirilməlidir. Bu isə, hələ ki, mümkün kimi görünmür. “AZAL” rəhbəri dəfələrlə tənqid edilsə də, qurumun zərərlə işlədiyi bildirilsə də, alınan dotasiyaların hara və necə xərcləndiyi açıq şəkildə bildirilməsə də, görünən odur ki, Cahangir Əsgərovu görünməz bir əl qoruyur.

Səmərəsiz fəaliyyət, yarıtmaz qiymət siyasəti, puldan doymayan gözlər bu gün hamının narazılığına səbəb olsa da, qiymətlərin baha olması dəfələrlə müzakirə edilsə də, “AZAL” susmağa üstünlük verir. Belə getsə, həqiqətən Zəngəzur dəhlizi açılandan sonra hamı avtomobillə Ermənistana ordan da İstanbula gələcək ki, ucuz başa gəlsin. Heç onu gözləməyə də ehtiyac yoxdur, quru sərhədləri açılsa, artıq vətəndaşlar sərbəst şəkildə Gürcüstana ordan isə, Türkiyəyə gələ biləcəklər. “AZAL”-ın qiymətlərinin baha olmasını pandemiya ilə əlaqələndirlənlər olsa,da hamıya məlumdur ki, bu şirkətin təklif etdiyi qiymətlər hər zaman baha olub. Bu gün şirkətin saytına girib baxdığınız zaman İstanbula biletin qiyməti 296,02 manatla - 825,70 manat arasında dəyişir. Bu isə, sözügedən Ermənistan-İstanbul reysindən dəfələrlə bahadır. Hər zaman iki dövlət, bir millət deyirik. Hətta Azərbaycandan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə getmək belə mümkündür.

Yəni, qardaşımız onu ziyarət etmək üçün bizə hər bir şərait yaradır. Amma biz nə edirik? “AZAL” bizim qardaşımızı ziyarət etməyimizə mane olur. Görünən odur ki, bu şirkət illərdir qoruduğumuz “İki dövlət, Bir millət” birliyimizlə razılaşmır, ya da bu siyasətə maneə yaratmağa çalışır.

Ümid edirik ki, yaxın zamanda “AZAL”-ın "ağalıq" siyasətinə “dur” deyiləcək...
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq