“Məni generail İsrail Əliyevdən qoruyun” – Tanınmış həkim ölkə rəhbərliyindən kömək istəyir
Sosial
Oxunub: 426
23 dek 2021 | 22:50
“Məni generail İsrail Əliyevdən qoruyun” – Tanınmış həkim ölkə rəhbərliyindən kömək istəyir


"Mən öz əməyimlə dolanan həkiməm. 05.12.2021-ci il tarixdə, günorta saatlarında Bakı şəhər, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində etibarnamə əsasında idarə etdiyim "Porshe" markalı, 90 VY 999 dövlət nömrə nişanlı avtomobilim Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, mənzil 23-də qeydiyyatda olan İsmayılova Esmira Vaqif qızı tərəfindən idarə edilən "Hyundai" markalı, 99 EE 414 dövlət nömrə nişanlı avtomobillə vurulub. Nəticədə maşınıma ümumilikdə 16380 manat dəyərində ziyan dəyib". DİA.AZ xəbər verir ki, bunları "AzPolitika.info" saytına müraciətində həkim Aslanov Pərviz Rafiq oğlu yazıb.

Onun sözlərinə görə, hadisəni törədən Esmira İsmayılova bildirib ki, zərər bütünlüklə onun tərəfindən ödəniləcək: "Telefonunu uzadaraq xahiş etdi ki, əmisi ilə danışım. Telefonda həmin şəxs özünü general İsrail Əliyev kimi təqdim edərək avtomobilə dəyən zərərin onun tərəfindən ödəniləcəyini vurğuladı. Mən də həmin şəxsə inandım. Hadisə yerinə gələn polis əməkdaşları da qəzada təqsirin Esmira İsmayılovada olmasını təsdiq edərək, ona cərimə yazdılar. Hadisədən sonra maşınımı təmirə apardım. Sığorta şirkəti dəyən zərərin 5000 manatını qarşılayacağını bildirsə də, sonradan ödəniş etməkdən imtina etdi. Qalan 11380 manat zərəri də Esmira İsmayılova və general İsrail Əliyev ödəmək istəmirlər".

Həkim əlavə edir ki, qarşı tərəf pulu ödəməkdən imtina etməsi azmış kimi, üstəlik, onu təhdid edir: "Əvvəla, onu qeyd edim ki, sonrakı söhbətlərdə Esmira İsmayılova general İsrail Əliyevin katibəsi olduğunu dedi. Daha sonra İ.Əliyev general rütbəsindən və əlaqələrinin geniş olmasından istifadə edərək, mənə ayrı-ayrı nömrələrdən zəng etdirirərək hədə-qorxu gəldirir. Özü də şəxsən mənə bir neçə dəfə zəng edərək sığortanın verdiyi pul ilə yetinməyi, əlavə heç nə istəməməyi tələb edib. Ölkə mətbuatında bəzi "generalların" cinayətləri haqqında çoxsaylı faktlar dərc olunur. Məsələn, general Rövşən Əkbərovun adam öldürməkdə təqsirləndirilərək həbsə məhkum edilməsi məndə və ailəmdə qorxu yaradıb... Əvvəlcə qorxdum, şikayət etməyim, bəlkə elə özümə problem yaratmayım, ailəm, uşağım var. Amma sonda şikayət etməyi qərara aldım və dövlətimizdən məni İsrail Əliyevdən qorumasını xahiş edirəm. Onu da istisna etmirəm ki, bu şikayətim generalın başqa fəaliyyətlərinə də işıq sala bilər".

Pərviz Aslanov xatırladır ki, Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə hədə-qorxu ilə tələbetmə cinayətidir. Bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə xüsusilə ağırlaşdırıcı hallara daxildir və beş ildən on ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır. Həkim media vasitəsi ilə Prezident İlham Əliyevdən və hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyir. "Yuxarıda qeyd edilənlərə əsasən İsrail Əliyev və onunla əlbir olan şəxslərlə bağlı hüquq müstəvisində ölçü götürülməsini rica edirəm", - müraciətdə qeyd olunur.

P.Aslanovun şikayəti ilə bağlı general İsrail Əliyevlə əlaqə saxladıq. O, sualımızı dinlədikdən sonra həkim haqqında yazılası mümkün olmayan ifadələr işlədərək dəstəyi asdı.

Qeyd edək ki, Pərviz Aslanov general İsrail Əliyevlə bağlı Nərimanov Rayon Prokurorluğuna müraciət edib. Habelə hadisəni törədən Esmira ismayılova ilə bağlı onun qeydiyyatda olduğu ərazi üzrə Qaradağ Rayon Məhkəməsinə də şikayət ünvanlayıb. Həkimin şikayəti icraata götülərək gələn ilin yanvar ayının 19-na hazırlıq iclası təyin edilib.

Həkimin haqqında bəhs etdiyi general İsrail Əliyevə gəldikdə, o, uzun müddət Fövqəladə Hallar Nazirliyində Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi olub. Hazırda nazirliyin sistemində çalışmadığı bildirilir.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq