İnam Kərimovun YARMARKA İMİTASİYASI... - FAKT BUDUR!
Sosial
Oxunub: 455
23 dek 2021 | 23:39
İnam Kərimovun YARMARKA İMİTASİYASI... - FAKT BUDUR!


Dekabrın 20-dən etibarən Bakı, Abşeron ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən şəhərə" adlı yarmarkalar təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin bu yarmarkalarında kənd məhsullarının satışı həyata keçirilir. Nazirliyin məlumatına görə, yarmarkada satılan məhsulların qiyməti olduqca münasibdir. Qurum vurğulayır ki, kartofun bir kiloqramı 0.5, soğan – 0.45, pomidor – 1.3, portağal – 1, pendir – 10, süzmə də - 3 manatdan başlayaraq təklif edilir.

"Əvvəlki kimi 4-5 kilo pomidor, xiyar alan yoxdur"
Bakıda metronun "Gənclik" stansiyası yaxınlığında təşkil olunmuş yarmarkada satıcılar AzadlıqRadiosunun əməkdaşına alıcıların az olduğundan gileyləniblər. Onların sözlərinə görə, insanlar gəlirlər, maraqlanırlar, bir-iki kiloqram nəsə alıb gedirlər: "Əvvəlki kimi 4-5 kilo pomidor, xiyar alan yoxdur".

Lakin fermerlər deyir ki, rayonlara baxanda Bakıda yenə də alıcı çoxdur: "Rayonda, ümumiyyətlə, tək-tük alıcı tapmaq olar, çünki maddi vəziyyət bir qədər çətindir. Elə ona görə bura o ümidlə gəlmişik ki, heç olmasa, mayanı çıxardaq".
Qiymətlərə gəlincə, satıcılar deyir ki, yarmarkada yer onlara pulsuz verildiyinə görə məhsulu mağazalara, firmalara payladıqları qiymətə alıcılara təqdim edirlər.

Qiymətlərdə fərqlər…
Amma orada qiymətlər Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı qiymətlərdən bir qədər fərqlənir. Portağal – 1.5-1.7 manata, naringi – 2-2.5 manata, kartof isə 0.55-0.8 manata təklif edilir. Bəzi alıcılar da bu sarıdan narazılıqlarını gizlətmirdilər.

Teref.az-ın məlumatına görə, KTN-dən "Turan"a bildirilib ki, əsas məqsəd fermerlər üçün alternativ kanal yaratmaq, bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatını təbii və ekoloji təmiz məhsullarla dolğun şəkildə qarşılamaqdır: "Yarmarka 100 fermer üçün nəzərdə tutulub. Nəqliyyat problemi olan fermerlər üçün Kənd Təsərrüfatı Nazirliyi pulsuz logistika xidməti təşkil edib, məhsulların Bakıya, yarmarkaya gətirməsi təmin olunub".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, uzun illərdir bu kimi tədbirlər yalnız görüntü üçün təşkil olunur: "Guya onlar həm istehsalçının, həm də istehlakçının qayğısına qalırlar. Əslində isə məsələ başqadır. Azərbaycan balaca ölkədir və kəndlilərin elə bir problemi yoxdur ki, istehsal etdikləri məhsulu realizə edə bilməsinlər. Məhsul keyfiyyətlidirsə, onun qiyməti əlçatandırsa, tədarükünü, satışını təşkil etmək problemi yoxdur".

Ekspertin fikrincə, hökumət ajiotaj yaradır: "Guya ki, bazarlarda, marketlərdə qiymətlər ona görə bahadır ki, fermerlər öz məhsulunu bazara çıxara bilmirlər. Əslində isə nə baş verir? Bu yarmarkalar artıq 15 ildən çoxdur təşkil olunur".

V.Məhərrəmli sual edir: "O yarmarkalara məhsulu kim gətirir? Bələdiyyə sədrlərinin, yerli icra orqanlarının tapşırığı ilə rayon bazarlarından məhsul alan xüsusi adamlar. Amma onların özləri də narazıdır. Çünki özləri mal alırlar, onun daşınma xərclərini ödəyirlər, gətirirlər, yarmarkada isə onlara qiymət diktə olunur".

Onun sözlərinə görə, yarmarkada satılan məhsulların qiymətində digər yerlərlə müqayisədə az fərq var: "Hətta daha ucuz qiymətə məhsulu sata bilmirlər. Əhali artıq başa düşüb ki, yarmarkada vaxt itirməkdənsə yaxın məsafədə olan marketdən eyni keyfiyyətdə olan məhsulu eyni qiymətə almaq mümkündür".

Mövzu ilə bağlı yerli hakimiyyət orqanları ilə isə danışmaq mümkün olmayıb.
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO