Memarlıq və İnşaat Universitetində nə baş verir ?
Sosial
Oxunub: 309
20 dek 2021 | 21:47
Memarlıq və İnşaat Universitetində nə baş verir ?


Gülçöhrə xanım niyə hər yerə zəng edirdi ki, vallah mən Ramiz Mehdiyevin toyunda olmamışam…
Xanım rektorun şəxsi klinikası, “avtostoyanka”ları…

Allah bütün övladlara, nəvələrə toy qismət eləsin.
Amma Azərbaycanda az qala toy da, vay da siyasiləşib..
Bunun bariz nümunəsini Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan akademik Ramiz Mehdiyevin nəvəsinin toyunda gördük.
Deməli, iri məmurlar, deputatlar, rektorlar, icra başçıları toydan 2 gün sonra bütün saytlara, media qurumlarına zəng edib yalvar-yaxar edirdi, “ilan dili çıxarırıdı”, xahiş edirdi ki, mən toyda olmamışam, bunu mütləq yazın…
Belələrindən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova idi.
AzMİU-nun Mətbuat və informasiya şöbəsi dayanmadan xəbər paylaşırdı ki, vallah Gülçöhrə xanım nəinki toyda oynayıb, hətta iştirak da etməyib.
Hətta yayılan xəbərlərdə o da qeyd olunurdu ki, Gülçöhrə xanım toyda guya deputat Mixail Zabelinlə birgə oynayıb.
Bütün bu xəbərlərdən sonra saytlar təkzib verdi və Gülçöhrə xanımın ürəyi rahat oldu.
Görəsən, xanım rektor Gülçöhrə Məmmədova niyə bu qədər narahat idi ?
Əlbəttə, karantin dövründə toy məclislərində iştirak etmək olmazdı. Amma, bu qədər təlaşa, narahatçılığa, panikaya düşməyə nə ehtiyac var idi…?
Deməli, ciddi səbəblər olub…
Belə ki, Gülçöhrə Məmmədova universitet rektoru olmaqla yanaşı, həm də böyük miqyaslı rüşvətxor və korrupsionerdir. Bax, buna görə, əldən-ayaqdan gedirdi…
Bəli, 22 ildir ki, Gülçöhrə Məmmədova Memarlıq və İnşaat Universitetini şəxsi təssərüfatı, özəl kantoru kimi istifadə edir.
Xanım rektor müəllimlərə tapşırır ki, tələbələri “kəsin” ki, arxasınca gələn olsun…yəni pul gətirsin.
Gülçöhrə Məmmədovanın adı kütləvi şəkildə universitet müəllimlərinin adına kredit götürməkdə hallanıb və rektor tərəfindən təkzib olunmayıb.
Biz əbəs yerə yazmadıq ki, universitet Gülçöhrə xanımın şəxsi kantorudur. Bəli, Gülçöhrə xanımın bacısı universitetdə “imtahan biznesinin” başında dayanır, bütün imtahan, qayıb, kəsir pullarını o yığır.
Bütün bunlar azmış kimi Gülçöhrə Məmmədova “tender maxinasiya”ları ilə milyonlara sahib olub.
Belə ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün “A- Delfin- AA” MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün “İnci Grour of Comranies” MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün “Aysberg SH” MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat MMC-yə 24 min 944 manat, idarənin xərcləri üçün “Xəzri Grour” MMC-yə 109 min 769 manat, inventarın alınması üçün “Qardaşlar Mebel-3” MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün “Gesco” ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün “Automax TT” MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün “Aslift” MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün “AZRENA AA” MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün “Automax” TT MMC-yə 19 min 943 manat, cari təmir üçün “Retro Holding” MMC-yə 43 min 999.6 manat pul ödəyib.
Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi – 935 min 269.89 manat belə xərclənib.
1 milyon manata yaxın vəsait…
Fikir verdinizsə, Gülçöhrə xanım təkcə mebel almağa 250 min manat xərcləyib, liftə xidmət üçün isə təxminən 50 min manat.
Xanım rektor başa düşmür ki, tələbələrdən yığılan təhsil haqqı 250 min manata mebel almaq üçün deyil e…
Yaxşı Gülçöhrə xanımın iştahasını başa düşdük.
Bəs axı, Hesablama Palatası Azərbaycan Memarlıq və İnşaat Universitetinə, eləcə də onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin auditini aparmışdı. Və xeyli qanunnsuzluqlar, maxinasiyalar ortaya çıxmışdı. Nəticə nə oldu ?
Əlbəttə, heç nə.
Sadəcə, universitetin və kollecin baş mühasiblərinə xəbərdarlıq edildi, hətta rektor baş mühasibi işdən də çıxara bilmədi, çünki şərik olublar, məhkəmədə açıb hər şeyi deyərdi.
Bəli, Gülçöhrə Məmmədova mənimsədiyi milyonların hesabına bu gün özəl klinikaya, avtodayanacaqlara, ticarət obyektlərinə sahibdir.
Bax, beləcə dairə qapanır və Gülçöhrə Məmmədovanın maxinasiyaları davam edir…Gundəlik Bakı
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı