Ərəbə olar, bizə yox - Bu raconu Hüseynqulu Bağırov kəsib?

Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir
Ölkəmizdə turizmin əksər növlərinin - kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s. inkişafı üçün geniş imkanlar mövcuddur.
Son illər Azərbaycanda inkişaf edən turizm növlərindən biri də ovçuluq turizmidir. Məhz ov turizmi üçün ölkəmizin əlverişli şəraitə malik olması son illər ərəb şeyxlərinin də diqqətini cəlb edə bilib. Belə ki, ərəb şeyxləri müxtəlif vaxtlarda Azərbaycana gələrək burada ovla-xüsusilə quş ovu ilə məşğul olurlar.
Lakin ərəblərdən fərqli olaraq yerli ovçularımızın ov etməsi üçün lazımi şərait o qədər də yaxşı deyil.
Bu barədə Modern.az saytına Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədr Füzuli Əşrəfov bildirib. O qeyd edib ki, hazırda cəmiyyətin 25 minə yaxın üzvü var və onların ov etməyə həvəsləri var.
“İnsanların ova həvəsi ildən-ilə artsa da ov təsərrüfatlarımızın olmaması onları bizdən uzaqlaşdırır. Cəmiyyətin hər bir üzvi ovla məşğul olmaq istəyir. Sadəcə ov sahələri azaldığı üçün ovçularımız ov edə bilmir və onlar bizdən uzaqlaşırlar. Yalnız 2-3 təsərrüfat sahəsi var ki, orada ov edə bilirik.
Xüsusi Dövlət Mühafizə xidmətinin nəzdində Ovçuluq Cəmiyyəti yaranıb və onların da 2-3 əraziləri var ki, bunlar Sarısudur, Gizlədir və orada ovlamağa icazə verirlər, Qalanları isə demək olar ki dağınıq vəziyyətdədir, baxımsızdır”.
F.Əşrəfov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onlarla ovla bağlı bağladıqları müqavilə birtərəfli sürətdə ləğv edilib.
“Hələki bizə ov üçün ərazi ayrılmayıb. Ova həvəs artdığı zamanda bizim cəmiyyətin sahəsi olmadığına görə insanlar artıq bizdən uzaqlaşırlar”.
Azərbaycanda əsasən qış mövsümündə ova icazə verildiyini deyən cəmiyyət sədri qeyd edib ki, artıq ov mövsümü başlayıb və aktivlik müşahidə olunur.
“Azərbaycanda ən çox quş və dağ keçisi ovlanır. Quşlardan isə qaşqaldaq, qaz, ördək, çöl quşları ən çox ovlanır”.
Ərəb şeyxlərinin Azərbaycana həvəs etmələrini isə F. Əşrəfov daha çox onların ov quşlarını öyrətmək səbəbi ilə əlaqələndirib.
“Bizdə olan məlumatlara görə əcnəbilər, xüsusilə ərəb dövlətlərindən quş ovuna gəlirlər. Onlar öz xoşları gəlirlər, bizim ərazilərdə öz quşları ilə ov etməyi xoşlayırlar. Təsərrüfatlardan istifadə edirlər və əsasən də gətirdikləri ov quşları ova öyrədirlər”.
F. Əşrəfov bu günə qədər rəhbəri olduğu təşkilatın üzvlərinin qanunsuz ovla məşğul olmadığını da bildirib:
“Əgər şəxs ovçudursa, o qanunu bilir və bir cəmiyyətə üzv olanda bu barədə məlumatlandırılır, bütün qayda-qanunlar ona izah olunur. Bizim cəmiyyətə üzv olanlar mədəni adamlardır və onlar brakanyerliklə məşğul olmurlar”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI